də sabit sosial institut kimi özünü bildirir. Hər şeydən əvvəl elm – gerçəkliyin
sistemləşmiş idrak olunmasıdır, hansı ki, onun əsas və qanunauyğun cəhətlərini qanun,
anlayış, kateqoriya və s. mücərrəd – məntiqi formada meydana gətirir. Mənəvi istehsalın
digər növləri kimi, elm gerçəklik üçün sanki paralel olan və obyektiv dünyanın əsas
cəhət və xüsusiyyətlərini əks etdirən ideal Aləmi yaradır. Beləliklə, elm o faktın
aşkarlanmasından başlayır ki, insanı əhatə edən aləm mahiyyət etibarilə heç də onun
duyğularında, qavrayış və təsəvvürlərində qarşısına çıxan şəkildə olan dünya deyil. Və
bu gözəgörünməyən mahiyyətə varmaq üçün hər kəsin həyata keçirdiyi adi zehni
məliyyatlardan xeyli dərəcədə fərqli olan mükəmməl əqli səylərin göstərilməsi
olduğu kimi bu – peşəkar olan rəssamların, şairlərin, musiqiçilərin yəni dünyanın estetik
mənimsənilməsi sahəsindəki mütəxəssislərin yaradıcılığını bildirir. Gerçəkliyin mənəvi
mənimsənilməsinin bu üsulu fəlsəfədə «estetika» kateqoriyası ilə izah olunan sosial
Mənəvi həyatın digər növlərindən fərqli olaraq incəsənət insan əqlinə yox, məhz
onun hisslərinə müraciət edir. Gerçəkliyin mahiyyəti və bəzi hallarda gözə görünməz
cəhətlərini təkrarlamağa baxmayaraq incəsənət bunu hissi – əyani şəkildə etməyə çalışır.
Məhz bu fakt onun insana təsir etmək gücünü artırır. Bununla əlaqədar dünyanın
mənimsənilməsi üsulu olan incəsənətin əsas xüsusiyyətlərini fərqləndirək. Bunlar:
-estetik gerçəkliyin yaradılmasının başlıca vasitələri olan bədii obrazlar, simvollar;
-ümumiləşdirmənin «çevrilmiş» üsulu – incəsənətdə ümumi olan mücərrəd yox,
məhz son dərəcədə konkret səciyyə daşıyır (ədəbiyyatda istənilən qəhrəman – böyük
şə
xiyyətdir, lakin eyni zamanda ümumi xarakteri, tipi bildirir);
-uydurma və fantaziyanın qəbul edilməsi və eyni zamanda bu uydurma
məhsullarından «əsl həqiqətin» tələb olunmasıDin – mənəvi həyatın formalarından
biridir. Və o mürəkkəb bir quruluşu bildirir. Formalaşması sinfi cəmiyyətin meydana
gəlməsi dövrünün bitməsinə təsadüf edən Dinin strukturunda üç element fərqlənir.
Bunlar: dini şüur, dini pərəstiş (sitayiş), dini təşkilatlar; . Dini şüur dini psixologiya və
dini ideologiya kimi iki müstəqil səviyyədən ibarətdir. Dini psixologiya - dini şüurun
daşıyıcıları, din ilə bağlı olan bütün mühitin təsiri altında formalaşan və dindarlara xas
olan dini təsəvvür, hiss, meyllər və adət-ənənələrin məcmusudur. . Dini şüur dini
psixologiya və dini ideologiya kimi iki müstəqil səviyyədən ibarətdir. Dini psixologiya -
dini şüurun daşıyıcıları, din ilə bağlı olan bütün mühitin təsiri altında formalaşan və
dindarlara xas olan dini təsəvvür, hiss, meyllər və adət-ənənələrin məcmusudur. Dini
ideologiya – peşəkar ilahiyyatşünas və din xadimləri timsalında dini təşkilatların işlədiyi
və təbliğ etdiyi dini ideyalar sistemidir. Dini pərəstiş – xəyalən fbvqaltəbii yaxud real
şə
kildə mövcud olan obyektlərə dindarların təsir etmə istəklərinə köməklik göstərən
simvolik hərəkətlər məcmusudur. dualar aiddir. Dini pərəstişin rolu çox böyükdür. Onun
köməkliyi ilə dini təşkilatlar sadə, hissi – konkret formada dindarların şüuruna dini
ideyaları çatdırır. Din mövcud olması və inkişafında dini təşkilatlarda böyük rol oynayır.
Ə
xlaq - ictimai və şəxsi mənafelərin əldə olunması məqsədilə insanların ünsiyyət və
hərəkətlərini tənzim edən norma, qayda və dəyərləndirmə sistemidir. Mənəvi şüurda
müəyyən tarixi mərhələdə ən optimal sayılan insan davranışının stereotipii, şablonu
tfadə olunur.
Ə
xlaq norma və qaydaları əksər hallarda kortəbii şəkildə olsa belə tarixən təbii
yolla formalaşır. Uzunmüddətli gündəlik kütləvi həyat təcrübəsindən əmələ gələrək
onlar faydalanan…. cəmiyyət tərəfindən şəksiz-şübhəsiz dərk olunması təqdirdə
müəyyən nümunə səviyyəsinə qalxırlar. Beləliklə, prinsip etibarilə əxlaq insanların
kollektiv iradəsinin təzahürü hesab edilə bilər, hansı ki, qaydalar, tələblər,
qiymətləndirmələr sistemi vasitəsilə ayrı-ayrı şəxslərə məxsus maraqların digər
insanların və bütövlükdə cəmiyyətin maraqları ilə uzlaşdırmağa çalışır.
Dostları ilə paylaş: