Kartoqrafiya
Ə
hlimanov R.M.
Mühazirə 4
Yerin forması və böyüklüyü
Coğrafiya xəritələrini tərtib etmək üçün yerin forması ölçülərini bilmək lazımdır.
Geodeziya kursundan məlumdur ki, yerin nəzəri forması geoiddir. Gedid
formasının təyin edilməsi isə ali geodeziyanın ən mühüm vəzifələrindən biri hesab
olunur. Bu məsələnin həlli üçün dərəcə ölçmələri aparılır və yer səthinin müxtəlif
nöqtələrindən ağırlıq qüvvəsi təyin edilir. Geoid düzgün riyazi fiqur olmadığına görə
geodeziya və kartoqrafiya işlərində o, köməkçi və şərti səth olan ellepsoidlə (bəzi
hallarda isə kürə ilə) əvəz olunur. Çünki məlum olan bütün riyazi səthlərdən geoidə ən
yaxın olanı ellepsoiddir.
Ellipsin öz kiçik oxu PP
1
ətarfında fırlanmasından alınan fiqur fırlanma ellepsoidi,
yaxud sferoid adlanır.
Yer ellepsoidinin elementləri aşağıdakı hərflərlə işarə edilir:
a-
böyük (ekvatorial)yarımox
b-
kiçik (qütbi) yarımox
α
= a-b/a – yer ellepsoidinin basıqlığı,
e
2
= a
2
–b
2
/a
2
Müxtəlif vaxtlarda bir çox alimlər yer ellepsoidinin ölçülərini təyin etmişlər.
Rusiyada keçən əsrin 80-cı illərindən başlayaraq alman astronomu Besselin (1784-
1846) ellopsoidinin ölçüləri işlədilirdi. Çünki digər ellepsoidlərə nisbətən Rusiya ərazisi
üçün onun daha əlveroişli olduğu tədqiq edilmişdir.
Qeyd etmək lazımdır ki, Bessel yer ellepsoidinin ölçülərini hesablayarkən, onun
dərəcə ölçmələrinə aid materialı az idi.
Böyük Oktyabr Sosialist inqilabından sonra Sİ-da dərəcə ölçmələrinə aid çox
böyük işlər görülmüş və astronomiya-geodeziya işlərinə aid çoxlu material toplanmışdır.
Melikov Behruz
|