Microsoft Word forma muhazire docx



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#41760
1   ...   14   15   16   17   18   19   20   21   22
kartoqrafiya

Qlobus  miqyasının  təyin  edilməsi.  Qlobuslarda  əksər  hallarda  miqyas  göstərilir. 

Ə

gər qlobusda miqyas yazılmazsa, onu təyin etmək olar. Bunun üçün əvvəlcə möhkəm 



sap  vasitəsilə  qlobus  üzrə  ekvatorun  uzunluğu  ölçülür,  sonra  həmin  uzunluq  yer 

ellipsoidi üzərindəki uyğun uzunluğa bölünərək, qlobusun ədədi miqyası hesablanır. 

Adətən  qlobusların  miqyası  hər  hansı  bir  yuvarlaq  ədədə  bərabər  olur.  Bunu 

nəzərdə tutaraq, hesablanmış ədədi miqyası yaxın yuvarlaq ədədə tamamlamaq lazımdır. 



Qlobus  üzrə  uzunluğun  ölçülməsi.  Bir  çox  təcrübi  işlərdə,  xüsusən  aviasiyanın 

surətlə  inkişafı  ilə  əlaqədar  olaraq  yer  kürəsinin  müxtəlif  nöqtələri  arasında  ən  qısa 

məsafələri bilmək lazım gəlir. Həmin məsafələr yeri kürə qəbul etdikdə böyük dairələrin 

qövsləri üzrə ölçülür. 

Qlobusda  uzunluğu  ölçmək  üçün  möhkəm  sapdan  (yaxud  da  millimetr  bölgüləri 

olan metrlik polad ruletkadan) istifadə etmək olar. Bunu üçün ölçülən xətin başlanğıc və 

son  nöqtələrinə  qlobusun  radius  istiqamətində  iki  iynə  sancılır.  Sonra  iynələrin  yuxarı 

uclarına  çəkilmiş  sap qlobusun  səthinə düşənə  qədər aşağı  ebdirilir.  Qlobusun  səthi ilə 

sapı dartdıqda o, böyük dairə qövsü boyunca uzanır. 

Nöqtələr  arasındakı  məsafəni  L  bilmək  üçün  qlobus  üzrə  ölçülmüş  xəttin 

uzunluğunu L' qlobus miqyasının məxrəcinə M vurmaq lazımdır, yəni; L = L'M 

Melikov Behruz




Kartoqrafiya 

Ə

hlimanov R.M. 

 

Misal. Miqyası 1:50 000 000 olan qlobus üzərində iki nöqtə arasındakı məsafə L' = 

65,5mm  ölçülmüşdür.  Həmin  miqyasda  qlobus  səthindən  1sm  məsafə  yer  üzərində 

500km-ə (1mm isə 50km-ə) uyğun olduğundan L = 65,5x50km = 3275km. 

Qlobus  üzrə  sahələrin  hesablanması.  Qlobus  üzrə  sahələri  hesablamaq  üçün 

paletkadan  istifadə  edirlər.  Ərazi  kiçik  olub,  uzunsov  deyilsə  qlobus  səthinin  əyriliyi 

həmin kontur sahəsinin paletk ilə ölçülməəsinə təsir göstərmir. ərazi böyük olarsa (məs, 

Afrika) onun sahəsi hissə-hissə ölçülür. 

Materik və başqa ərazinin sahəsini təxmini surətdə də təyin etmək olar. Bunun üçün 

meridian və paralellərin qlobus üzərində əmələ gətirdiyi trapeslərdən istifadə edilir. 

Bu trapeslərin sahəsi xüsusi kartoqrafik cədvəllərdən götürülür. 

Ə

razinin sahəsini təyin etmək üçün kontur daxilinə düşən tam və natamam trapeslər 



sayılır  (natamam  trapeslər  gözəyarı  təyin  edilir)  və  onların  qiymətlərinə  görə  bütün 

ə

razinin sahəsi hesablanır. 



 

Melikov Behruz



Document Outline

  • Microsoft Word - forma muhazire.docx
  • Microsoft Word - forma muhazire.docx
  • Microsoft Word - forma muhazire.docx
  • Microsoft Word - forma muhazire.docx
  • Microsoft Word - forma muhazire.docx
  • Microsoft Word - forma muhazire.docx

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin