Kartoqrafiya
Ə
hlimanov R.M.
onunla sıx əlaqədar olan morfometriya xəritənin, xüsusən mühəndisi və elmi tədqiqat
işlərində istifadə edilməsi üsulu kimi nəzərdə tutulur. Bu kitabda kartometriya və
morfometriya məsələləri “Xəritələrin istiadə edilməsi” bölməsində şərh edilir.
7. Kartoqrafiya istehsalının təşkili və iqtisadiyyatı- kartoqrafiya müəssələrinin
istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırma metodlarını işləyib hazırlayır, onların iş
təcrübəsini öyrənir və ümumiləşdirir.
Kartoqrafiyanın riyaziyyat, geodeziya, topoqrafiya, coğrafiya, geologiya,
torpaqşünaslıq və s. elmlərlə sıx əlaqəsi vardır.
Riyaziyyatdan, xüsusən riyazi kartoqrafiyada, kartometriya və morfometriya
işlərində daha çox istifadə olunur.
Kartoqrdafiya geodeziyadan Yerin forması və ölçüləri haqqında dəqiq məlumat və
istinad məntəqələrinin koordinatlarını alır. Topoqrafiya və aerotopoqrafiya bütün
coğrafiya xəritələrinin tərtib edilməsi üçün ilk kartoqrafik materialları-ərazinin böyük
miqyaslı xəritəsini verir.
Obyekt və hadisələrin xüsusiyyətlərini və bir-biri ilə qarşılıqlı əlaqəsini vermək və
onları xəritələrdə düzgün təsvir etmək üçün kartoqrafiya coğrafiya, geologiya,
torpaqşünaslıq və s. təbiət elmlərindən məlumat alır.
Katroqrafiya isə öz növbəsində coğrafi və başqa tədqiqtların aparılması üçün əvəz
edilməz vasitə olan xəritə verir. Bu xəritələr üzrə təd
qiqatçılar (coğrafiyaşünaslar,
kartoqraflar, geoloqlar, torpaqşünaslar və b.) müxtəlif obyekt və hadisələrin yer üzərində
yayılma qanunauyğunluqlarını, bir-birilə qarşılıqlı əlaqəsini, asılılığını, inkişafını və s.
xüsusiyyətlərini müəyyən edirlər. Heç də təsadüfi deyil ki, məşhur Sovet alimi akademik
L.S.Berq xəritəni “coğrafiyanı alfa və omeqası” adlandırmışdır.
Melikov Behruz
|