Microsoft Word forma muhazire docx



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#41760
1   2   3   4   5   6   7   8   9   ...   22
kartoqrafiya

Kartoqrafiya 

Ə

hlimanov R.M. 

 

1-ci  şəkildə  eyni  bir  ərazinin  aerofotoşəklini  və  xəritəsini  müqayisə  etdikdə 



kartoqrafik  şərti  işarələrin  xüsusiyyətlərini  aydın  görmək  olar.  Burada  müəyyən 

hündürlükdə təyyarədən görülən yer səthinin əsl şəkli xəritədə həndəsi xarakterli təsvirlə 

ə

vəz  edilmişdir.  Göründüyü  kimi,  kartoqrafik  şərti  işarələr  Yer  səthi  obyektlərinin  bir 



çox  fərdi  xüsusiyyətlərini  elə  bil  pozur,  bununla  da  təsvivi  sadələşdirir  və  xəritənin 

yükünü azaldır. 

Kartoqrafik şərti işarələrin istifadə edilməsi böyük ərazi sahələrini, hətta bütün yer 

səthini bir baxışla əhatə etmək üçün təsviri çox kiçiltməyə imkan verir. 

3.  Xəritədə  təsvir  ediləb  obyekt  və  hadisələrin  kartoqrafik  generalizasiyası. 

Miqyasın  kiçilməsi  ilə  əlaqədar  olaraq  daha  xırda  təfsilatın  xəritədə  təsvir  edilməsi 

mümkün  olmadığı  üçün  bunlardan  bəziləri  atılır,  konturların,  xətlərin  kiçik  əyriləri  isə 

ümumiləşdirilir  (düzləşdirilir).  Xəritənin  təsvirində  olan  həmin  proses  kartoqrafik 

generalizasiya adlanır. 

Beləliklə,  göstərilən  xüsusiyyətləri  nəzərə  alaraq  coğrafiya  xəritəsinə  belə  tərif 

vermək olar. 

Yer  səthinin  kiçildilmiş,  ümumiləşdirilmiş  və  müəyyən  bir  kartoqrafik 

proyeksiyada şərti işarələrlə təsvirinə coğrafiya xəritəsi deyilir. 

Lakin  həmin  tərif  yer  səthini  (su  obyektlərini,  relyefi,  bitki  örtüyünü,  yollar 

şə

bəkəsini,  sərhədləri  və  s.  obyektləri  )  xarakterizə  edən  xəritələr  üçün  düzgün  sayıla 



bilər.  Belə  xəritələr  ümumcoğrafi  xəritələr  adlanır.  Yer  səthinin  mükəmməl  təsvirini 

göstərən topoqrafik xəritələr ümumcoğrafi xəritələrə aiddir. 

Xəritədə  yerin  fiziki  səthindən  əlavə  bir  sıra  müxtəlif  təbii  və  ictimai-iqtisadi 

obyekt və hadisələrdə təsvir olunur. Bu qrup xəritələrdə müxtəlif xüsusi ( geoloji, iqlim, 

sənaye, etnoqrafik və s.) xəritələr aiddir. 

Beləliklə, coğrafiya xəritəsi yer səthinin kiçildilmiş, ümumiləşdirilmiş və müəyyən 

bir  kartoqrafik  proyeksiyada  şətri  işarələrlə  təsviri  olub,  müxtəlif  təbii,  ictimai-iqtisadi 

obyekt və hadisələrin bir-birilə qarşılıqlı əlaqədə yerləşməsini göstərir. 

Melikov Behruz




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin