Kartoqrafiya
Ə
hlimanov R.M.
Hər hansı bir ərazinin xəritəsini tərtib etmək üçün əvvəlcə çöl işləri aparmaq
lazımdır. Bu çöl işləri isə müxtəlifr geodeziya, topoqrafiya, aerofototopoqrafiya,
planalma və nivelirləmə işlərindən ibarətdir. Hazırda topoqrafik xəritələr demək olar ki,
tamamilə aerofotoplanalma üsulu ilə tərtib olunur.
Kiçik miqyaslı coğrafiya xəritələrinin tərtibi üçün bilavasitə çöl işləri aparılmır; bu
məqsədlə nisbətən böyük miqyaslı kartoqrafik materiallardan istifadə olunur.
Yer səthini göstərən digər kartoqrafik təsvirlər: qlobuslar, müxtəlif relyef
modelləri, blok-diaqramlar coğrafiya xəritəsinin iki xüsusiyyətini – kartoqrafik
generalizasiyanı və kartoqrafik şərti işarələri özlərində saxlayır, lakin riayzi qurulma
üsullarına görə xəritədən fərqlənirlər. Belə kii, yerin modeli olan qlobusun qurulmasında
kartoqrafik proyeksiya istifadə edilmir. Relyef modelləri ( relyef xəritələri) üçölçülü
təsvir olub, yer səthinin nahamarlığı haqda təsəvvür yaradır. Blok – diaqramlar ( yer
qabığının kəsilişi ilə birlikdə) yer səthini perspektiv təsvirdə göstərən müstəvi
şə
killərdir.
Ay və başqa planetlərin xəritələri öz xüsusiyyətlərinə görə coğrafi xəritələrə
oxşardır, lakin onlarda təsvir olunan obyektlər başqadır. Bu xəritələr başqa məqsəd
güdürlər və onların tərtibində xüsusi kartoqrafik şərti işarələr sistemindən istifadə
olunur.
Dostları ilə paylaş: |