Microsoft Word forma muhazire docx



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#41760
1   ...   14   15   16   17   18   19   20   21   22
kartoqrafiya

Kartoqrafiya 

Ə

hlimanov R.M. 

 

qlobus  hazırda  Leninqradda  M.V.Lomonosov  adına  muzeydə  saxlanılır.  1889-cu  ildə 



Parisdə ümumdünya sərgisində diametri 12,75m, ağırlığı isə 10ton olan qlobus müşahidə 

edilmişdir.  Belə  böyük  qlobuslar  çox  nadir  hallarda  düzəldilir,  çünki  bunların  istər 

hazırlanması,  istərsə  də  istifadəsi  çox  çətinlik  törədir.  XIX  əsrdən  başlayaraq  kiçik 

ölçülü tədris qlobusları hazırlanır. 

SSRİ-də  qlobuslar  Baş  Geodeziya  və  Kartoqrafiya  İdarəsinin  fabriklərində 

düzəldilir. 

Öz növlərinə görə qlobuslar çox müxtəlif olur. Bunlardan ən çox yayılanı fiziki və 

siyasi  qlobuslardır.  Fiziki  qlobuslarda  əsasən  relyef  və  hidroqrafiya,  siyasi  qlobuslarda 

isə  dünyanın  siyasi  bölgüsü,  ayrı-ayrı  dövlətlər  və  s.  təsvir  edilir.  Tək-tək  hallarda 

geoloji, iqlim, relyef və s. qlobuslar da hazırlanır. Tədris işlərində miqyası 1:30 000 000, 

1:50 000 000 və 1:80 000 000 olan qlobuslar daha çox işlədilir. 

Qlobus  coğrafiya  dərslərində  çox  əhəmiyyətli  bir  vəsait  olub,  yerin  kürə  şəklində 

olmasını  əyani  olaraq  nümayiş  etdirir,  yer  oxunun,  qütblərin,  ekvatorun,  paralellərin, 

meridianların,  həmçinin  yer  səthinin  ayrı-ayrı  hissələrinin  (dənizlərin,  qitələrin  və  s  ) 

yerləşməsi və böyüklüyü haqqında düzgün təsəvvür yaradır. Qlobusun miqyasını bilərək 

onda  ayrı-ayrı  coğrafi  obyektlərin  uzunluğu  və  sahəsini  ölçmək  və  bir  çox  başqa 

məsələlər həll etmək olar. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin