Kartoqrafiya
Ə
hlimanov R.M.
3)
Qlobus səthində təsvir konformdur, yəni qlobus üzərində götürülmüş
fiqurların bucaqları yer səthindəki uyğun bucaqlara bərabər, tərəfləri isə
mütənasibdir.
Qlobuslarda meridianlar 10°-dən yaxud 15°-dən, paralellər isə bir qayda olaraq
10°-dən bir cızılır. Qlobus ekvatorunda bölgülər 1°-dən qeyd edilir, 10°-dən isə onların
qiymətləri yazılır. Paralellərin en dairələri Qrinviç meridianı və onun davamı 180°-lik
meridian üzərində yazılır.
Qlobusları hazırlamaq üçün əvvəlcə karton yaxud kağız kütləsindən (papye-maşe)
kürələr düzəldilir. Sonra bütün yer səthinin coğrafi xəritəsi uzunluq dairəsi 30° olan 12
meridian zolağı üzərində cızılır (qütb hissələri iki dairə şəklindəayrıca cızılır). Meridian
zolaqları və qütb hissələri kleysterdə ısladılaraq qlobus kürəsinin səthinə yapışdırılır. Bu
zaman həmin səthlər (zolaqlar və dairələr) sadəcə olaraq əyilməyir, deformasiya
edilərək kürə üzərinə yapışır. Qlobuslar adətən mail oxlu hazırlanır; oxun mailliyi isə
bütün qlobuslarda 66,5° olur
Dostları ilə paylaş: |