Microsoft Word giriw. docx



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix28.12.2021
ölçüsü5,82 Mb.
#17014
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
    Bu səhifədəki naviqasiya:
  • Sxem
 

 

 

 

 

 

 


12 

 

Sxem 



Məşğulluq fondundan istifadə istiqamətləri 

 

 

Dövlət  büdcədənkənar  fondlarının  funksiyası  onun  büdcəsinin  gəlir  və 



xərclərinin formalaşdırılması və bu fondun büdcəsinin icrasına nəzarətdən ibarətdir. 

Büdcədənkənar fondlar iki yolla yaradılır: büdcədən xüsusilə vacib təyinata malik 

müvafıq xərclərin ayrılması və büdcədənkənar fondların öz xüsusi gəlir mənbələri 

hesabına formalaşdırılması. 

Büdcədənkənar  fondlarm  formalaşdırılması  zamanı  yenidən bölgü  prosesində 

milli gəlirin səfərbərliyə alınmasının əsas metodları aşağıdakılardır: xüsusi vergilər 

və yığımlar; büdcə vəsaitləri və istiqrazlar. 

Büdcədənkənar  fondların  büdcə  gəlirlərinin  formalaşdırılması  mənbələri 

aşağıdakılardır: 

• 

büdcə vəsaitləri; 



• 

müvafıq qanunvericilik aktları ilə nəzərdə tutulmuş məcburi ödəmələr; 

• 

fıziki və hüquqi şəxslərin könüllü ödəmələri; 



• 

fondun  hüquqi  şəxs  kimi  həyata  keçirdiyi  kommersiya  fəaliyyətindən 

mənfəət. 

Büdcədənkənar fondlar maliyyə sisteminin tərkib hissəsinə daxil olsada bir sıra 

mühüm, yalnız onlara xas olan xüsusiyyətlərə malikdir: 

Dövlət  idarəetmə  və  icra  hakimiyyəti  orqanları  tərəfındən  yaradılır,  ciddi 



məqsədli təyinata malikdirlər; 

 



13 

 



Büdcədənkənar fondların vəsaiti büdcənin tərkibinə daxil edilməyən dövlət 

xərclərini maliyyələşdirmək üçün istifadə olunur; 

Hüquqi və fıziki şəxslərin məcburi tədiyyələri hesabma təşkil olunur; 



Ancaq sonradan onlar digər gəlir mənbələrinə də malik ola bilərlər. 

Fonda sığorta ödəmələri və onların ödənilməsi prosesindəki qarşılıqlı əlaqələr 

vergi  təbiətinə  malikdir,  vergilər  kimi  onlann  da  tarifləri  dövlət  tərəfındən 

müəyyən edilir və ödənilməsi məcburidir. 

Büdcədənkənar  fondların  pul  resursları  dövlət  mülkiyyətindədir  və  qanunda 

nəzərdə tutulduğundan başqa digər məqsədlərə sərf edilməsi qəti qadağandır. Onun 

həmçinin büdcə vəsaiti kimi sərf edilməsi və hansı məqsədə isə yönləndirilməsi qəti 

qadağandır.  nkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, onlarda bu fondların sayı 

çoxdur  və  vəsaitlərin  həcmi  bəzən  büdcə  vəsaitinə  bərabərdir.  Eyni  zamanda 

məqsədli  proqramların  həllində  büdcədənkənar  fondlar  getdikcə  daha  çox  rol 

oynamağa başlayır. 

Büdcədənkənar  fondların  tarixi  çox  qədimdir.  Onların  bəziləri  hətda  büdcə 

yaranmamışdan  çox  -  çox  əvvəl  mövcud  olmuşdur.  Dövlətin  iqtisadi  vəzifələri 

genişləndikcə  bu  proqramları  həyata  keçirmək  üçün  xüsusi  hesablar  və  fondlar 

yaradılırdı. 

Büdcədənkənar fondların sayının artması bir sıra səbəblərlə izah olunur: 

iqtisadiyyatın  qeyri  sabitliyi  şəraitində  dövlətin  təsərrüfat  həyatına 



müdaxiləsi  və  sahibkarlığa  maliyyə  köməkliyi  göstərməsi  üçün  əlavə  vəsaitə 

ehtiyacı yaradılır. 

bu  fondlar  müstəqil  olduqlan  üçün  onun  vəsaiti  dövlət  tərəfındən  yeni 



mühüm,  xüsusi  diqqət  tələb  edən  vəzifələrin  yerinə  yetirilməsinə  yönəldilə bilər. 

Məhz ciddi məqsədli təyinata malik olan büdcədənkənar fondların təşkili səmərəli 

dövlət nəzarərtini təmin edir. 

büdcədənkənar fondlar müəyyənin şəraitdə, daha doğrusu onların müsbət 



saldo qalığı olarsa büdcə kəsirinin örtülməsi üçün istifadə oluna bilər. 

Büdcədənkənar fondlar iki qaydada ayrılır: 




14 

 



Büdcədən  xüsusi  əhəmiyyət  kəsb  edən  sahələrə  müəyyən  xərclərin 

aparılması hesabına; 

Xüsusi gəlir mənbəyinə malik olan büdcədənkənar fondların yaradılması. 



Büdcədənkənar fondlar öz mahiyyətinə görə iki əsas qrupa bölünürlər: Sosial 

təvinatlı fondlar və iqtisadi fondlar. 

Hər iki fondların maddi mənbəyi milli gəlirdir.Milli gəlir vergilər və rüsumlar, 

istiqrazlar  və  büdcə  vəsaıti  şəklində  büdcədənkənar  fondlara  cəlb 

edilir.Büdcədənkənar  fondlar  Milli  Gəlirin  dövlət  tərəfındən  əhalinin  müəyyən 

sosial  qruplarının  xeyirinə  yenidən  bölüşdürülməsi  formasıdır.Büdcədənkənar 

fondlarda cəmlənmiş vəsait sonradan geniş təkrar istehsalın ehtiyacları üçün istifadə 

olunur. 


Ümumiyyətlə, belə qəbul edilmişdir ki, dövlət büdədənkənar fondları dövlətin 

maliyyə 


resurslarının 

 

 



sosiaı-iqtisadi 

 

 



siyasətə 

 

uyğun    



bölüşdürülməsimexanizmlərindən  biridir.  Bu  zaman  dövlət  əhali  gəlirlərinin  bir 

hissəsini  müxtəlif  sosial-iqtisadi  tədbirlərin  maliyyələşdirilməsi  məqsədli  fondları 

səfərbərliyə alır. Büdcədənkənar fondlarının formalaşması dövlətin iki əhəıniyyətli 

vəzifəsinin həllinə şərait yaradır: iqtişadiyyatın öncül sahələrinin əlavə vasaitlərlə 

təmin edilməsi vəəhaliyə göstərilən sosial xidmətlərin genişləndirilməsi. 

Tarixən  müəyyən  edilmişdir  ki,  büdcədənkənar  fondların  büdcədən  ayrılması 

tədricən  baş  vermişdir.Büdcədənkənar  fondların  yaranması  dövlətin  öz  maliyyə 

resurslarının daha səmərəli istafadəsinə şərait yaratmışdır.Büdcədənkənar fondların 

ə

sas xüsusiyyəti onun dəqiq təhkim edilmiş gəlir mənbələrinə və bir qayda olaraq, 



vəsaitlərin məqsədli istifadəsinə malik olmasıdır. 

Müasir  iqtisadi  şərait  bir  tərəfdən  maliyyə  vəsaitlərinin  dövlət  şeviyyəsində 

cəmləşməsi,  digər  tərəfdən  isə  vaciblilik  dərəcəsinə  görə  ictimai  tələbatların 

ödəınilməsi  üçün  məqsədli  pul  fondlarımn  yaradılmasına  tələbat  yaradır.Bununla 

ə

laqədar  olaraq  dövlət  büdcədənlcənar  fondları  sistemi  islahatların  əsas 



istiqamətlərinin  müəyyən  edilməsinin  obyektiv  zəruriliyi  meydana  çıxır.Müasir 

mərhələdə  bu  fondların  fəaliyyətlərini  tənzimləyən  qanunvericilik  bazasının 




15 

 

büdcədənkənar  fondların  formalaşması  və  istifadəsinin  maliyyə  mexanizminin 



transformasiyasına istiqamətlənən aktiv yenilənməsi həyata keçirilir. 

Bu baxımdan da dövlət büdcədənkənar fondlarınin formalaşması və istifadəsi 

problemlərinin  tədqiqi  zərurəti  yaranmışdır.Eyni  zamanda,  büdcədənkənar 

fondların  formalaşması  və  istifadəsinin  maliyyə  mexanizminin  gələcək 

transformasiya istiqamətlərinin müəyyən edilməsi hələ də aktual olaraq qalır. 

 



 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin