Microsoft Word giriw. docx



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix28.12.2021
ölçüsü5,82 Mb.
#17014
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
1.3. Inkişaf etmiş ölkələrin büdcədənkənar fondlarının formalaşması 

təcrübəsi 

Hazırda  bütün  dövlətlərdə,  o  cümlədən  sənayecə  inkişaf  etmiş  dövlətlərdə 

büdcədənkənar fondların yaradılması dövlətin qarşısında duran əsas məqsədlərindən 

biridir.Büdcədənkənar fondlar ilk dəfə ABŞ - da yaradılmışdır, sonradan isə bütün 

dövlətlərdə  yayılmağa  başlamışdır.Büdcədənkənar  fondlar  dövlətin  müxtəlif 

mənbələrdən  maliyyə  ehtiyatlarımn  toplanmasma  və  həmin  ehtiyatlar  hesabına 

özünün sosial iqtisadi məsələlərini həll etməsinə şərait yaradır. 

Büdcədənkənar fondlarla yanaşı sənayecə inkişaf etmiş ölkələrdə elmi tədqiqat 

fondu,  investisiya  fondu,  kredit  fondu,  yol  fondu,  müvafıq  yerli  fondlar  və  s. 

yaradıhr.Həmin fondlar büdcədənkənar olsalarda özünəməxsus səciyyə daşıyırlar və 

"xüsusi  fondlar"  adı  altında  nəzərdən  keçirilir.Bir  sıra  ölkələrdə  xüsusi  iqtisadi 

fondlar, hərbi - siyasi fondlar, dövlətlərarası fondlar da yaradılır. 

Xarici ölkələrin maliyyə sistemində xüsusi fondlar əhəmiyyətli yer tutur.Burada 

toplanmış  vəsaitlərin  həcmi  olduqca  böyükdür.Belə  ki,  Fransada  xüsusi  fondlar 

həcminə  görə  ölkənin  dövlət  büdcəsinə  yaxındır.  Yaponiyada  xüsusi  fondlardan 

dövlət xərclərinin yarıdan çoxu, Böyük Britaniyada 1/3 — ni maliyyələşdirilir. 

Xaricdə  xüsusi  fondlara  muxtar  və  birləşdirilmiş  büdcələr,  büdcədənkənar 

fondlar, xüsusi smetalar və hesablar aiddir.Onlara hər şeydən əwəl iqtisadi və sosial 

funksiyalar həvalə edilir. Dövlət fondların vəsaitlərindən istifadə edərkən istehsal 

prosesinə  qarışa  bilir,  müəssisələrə  subsidiya,  kreditlər  və  habelə  borclar  verə, 

ə

haliyə sosial xidmət göstərə bilər. 



Xüsusi fondlar məqsədli xarakter daşıyır. Belə ki, sosial sığorta fondu sığorta 

olunanlara pensiya və müavinət vermək üçün, kredit fondları sahibkarlara və digər 

ölkələrə ssuda vermək üçün istifadə olunur. 

tstifadə olunması məqsədindən asılı olaraq xüsusi fondlar iqtisadi fondlara, elmi 

-  tədqiqat  fondlarına,  kredit  fondlarına,  sosial  fondlara,  şəxsi  və  əmlak  sığortası 

fondlarına, hərbi — siyasi fondlara, dövlətlərarası fondlara bölünür. 

 



 

qtisadi  fondlar    -  təsərrufat  prosesinin  məqsədi  ilə  yaranır.  Bu  fondlara 

investisiya fondları və modernləşdirmə fondları aiddir. Bu fondlar  vasitəsi ilə dövlət 

və  özəl  kompaniyaların  subsidiyaları  və  imtiyazlı  kreditlər  formasında 

maliyyələşdirilməsi həyata keçirilir. 

Xüsusi  fonılar  aşağıdakı  qruplara  bölünür:    Sosial  fondlar;  Iqtisadi  fondlar; 

Elmi-tədqiqat  fondlar;  Kredit    fondlar;  Şəxsi  və  əmlak  sığortası;  Hərbi  –  siyasi 

fondlar.  qtisadi fondler – təsərrüfat prosesinin tənzimlənməsi məqsədi ilə  yaradılır. 

Bu  fondlara  investisiya    fondlara  və  modernləşdirmə  fondları  aiddir.  Bu  fondler 

vasitəsi    ilə  dövlət  və  özəl  kompaniyaların  subsidiyaları  və  imtiyazlı  kreditlər 

formasında maliyyələşdirilməsi həyata keçirilir. Xüsusi fondler aşağıdakı qruplara 

bölünür:  social  fondlar,  iqtisadi  fondlar,  elmi-dədqiqat  fondları,  şəxsi  və  əmlak 

sığortası fondları, hərbi-siyası fondlar. 

Büdcədənkənar fondlar dövlətin maliyyə sisteminin mühüm hissəsidir.Onların 

yaradılmasında  əsas  məqsəd  mümkün  qədər  çox  vəsait  cəlb  etmək  və  onları 

social-iqtosadi məsələlərinin həllinə yönəltməkdən ibarətdir. 

Büdcədənkənar  fondlar  pul  vəsaitlərinin  xüsusi  formasıdır.Büdcədənkənar 

fondlar üçün pul vəsaitlərinin yaradılması və istifadəsinin xüsusi sistemi fəaliyyət 

göstərir.Dövlətin  büdcədənkənar  fondları  mərkəzi  və  yerli  icra  hakimiyyəti 

orqanlarının  sərəncamında  olan  və  məqsədli  təyinata  malik  olan  maliyyə 

vəsaitlərinin məcmusudur. 

Tarixən  büdcədənkənar  fondlar  büdcədən  tez  yaranmışdır.Onların  büdcə 

vəsaitlərindən  əsas  fərqi  məqsədi  üzrə  istifadə  edilməsindən  ibarətdir.  Maliyyə 

sisteminin  inkişafının  müəyyən  mərhələsində  müxtəlif  fondların  birləşməsi 

nəticəsində dövlət büdcəsi yaranmış və bud a bir fondda vəsait çatışmadıqda diğər 

fondun  vəsaiti  hesabına  ödənilməsinə  imkan  verirdi.  Büdcədənkənar  fondların 

dövlətin  büdcə sisteminə daxil olması prosesi hələ də davam etməkdədir. Məsələn, 

son  illər  büdcədənkənar  fondların  bir  hissəsi  dövlət    büdcəsinin  tərkibində  daxil 

edilmiş və məqsədli büdcə fondları statusu artmışdır. 

Müasir  dövrdə  büdcədənkənar  fondların  əhəmiyyatı  artır.Bu  ilk  növbədə 

fondların  büdcədənkənar  fəaliyyət  göstərməsi  üstünlüyü  ilə  əlaqədardır.  Bu 



 

üstünlüklərə aiddir: birincisi, fondların muxtar fəaliyyət göstərməsi.  qtisadiyyatın 

qeyri-sabitliyi  və  büdcə  kəsirinin  mövcudluğu  şəraitində  xüsusi  tədbirlərin 

maliyyələşdirilməsi sabit olaraq büdcədənkənar fondlar vasitisilə həyata keçirilir. 

       kinci üstünlüyü ondan ibarətdir ki, büdcədənkənar fondların gəlir hissəsi 

büdcəyə nisbətən tez dolur və bu da  fonda müsbət saldonun mövcudluğu şəraitində 

büdcənin kreditoru rolunu oynamağa imkan verir. 

Büdcədənkənar  fondların  mənbəyi  milli  gəlir  təşkil  edir.Bu  fondların  əsas 

yaranma  mənbələrini  social  sığorta  haqları,  transfertlər,  müəssisə  və  təşkilatların 

ə

mək haqqı fondlarından, balans mənfəətindən məcburi ayırmalardan daxilolmalar, 



kommersiya və sahibkarlıq   fəaliyyətindən daxilolmalar təşkil edir. 

     Sənayecə  inkişaf  etmiş  ölkələrin  maliyyə  sistemi  üçün  müxtəlif  

büdcədənkənar  fondlar,  həmcinin  “xüsusi  fondlar”  anlayışı  altında  birləşən 

birləşdirilmiş  büdcələr  xarakteridir.  nkişaf  etmiş  ölkələrin  maliyyə  sistemi  üçün 

onların əhəmiyyəti böyükdür. Bir sıra ölkələrdə xüsusi fondlar həcminə görə dövlət 

büdcəsi ilə müqayisə edilə bilər, bir çox ölkələrdə isə bu fondlar vasitəsilə dövlət 

xərclərinin 1/3 hissəsi,  hətta yarısı maliyyələşdirilir. 

     Hüquqi  statusundan  asılı  olaraq  xüsusi  fondlar  dövlət  və  yerli  fondlara 

bölünürlər.    Dövlət  xüsusi  fondlarına  mərkəzi  hakimiyyət  orqanlarının 

sərancamlarında olan fondlar daxildir. Bu fondlara aiddir: dövlətin valyuta fondu, 

mərkəzi yol fondu, investisiya fondları, elmi-tədqiqat fondları, pensiya fondu və b. 

Yerli  xüsusi  fondlar  müxtəlif  tədbirlərin  kreditləşdirilməsi  üçün  yaradılan 

fondlardır. 

    Sosial fondlar əhaliyə sosial yardımın həyata keçirilməsi məqsədilə yaradılan 

pul  vəsaitləri  fondlarıdır.  Son  zamanlar  bir  sıra  obyektiv  səbəblərə  görə  (inkişaf 

etmiş ölkələrdə həyat səviyyəsinin yaxşılışması ilə əlaqədar uzunömürlüyün artması 

və s.) sosial ehtiyacların artması müşahidə olunur. 

Sosial fondların yaradılmasının üç əsas mənbəyi mövcudur: sığorta olunanların 

və muzdla işləyənlərin sığorta haqları, sahibkarların ödədiyi sığorta haqları, dövlət 

subsidiyaları. 




 

Sığorta olunanların və muzdla işləyənlərin sığorta haqları onların gəlirlərindən 

çıxılan  hissədir.  Bir  çox  ölkələrdə  bu  haqların  dərəcələri  faizlə  və  proporsional 

olaraq tətbiq edilir, yə'ni onlar gəlirlərin həcmindən asılı olaraq dəyişmir, sabit olur. 

Müxtəlif ölkələrdə üzvlük haqlarının dərəcələri aşağıdakı həcmdə müəyyən edilir: 

Böyük Britaniyada və Fransada - 5,7%, ABŞ-da - 7,15%, Yaponiyada - 5,3% və s. 

Sahibkarların  ödədiyi  sığorta  haqlarının  həcmi  müxtəlifdir,  məsələn,  ABŞ-da 

15,3% həcmində kombinə edilmiş dərəcə (muzdla işləyənlərdən və sahibkarlardan 

birgə) tətbiq olunur. 

Burada  sığorta  haqqına  cəlb  edilmə  bazası  qabaqcadan  müəyyən  edilmiş 

maksimal  ümumi  əmək haqqıdır  (məsələn,  ABŞ-da bu  məbləğ  50  min  dollardır). 

Maksimum həddi keçdikdə haqq ödənilmir. 

Sosial fondlara haqq istehsal xərclərinə bərabər tutulur və beləliklə, məhsulun 

qiymətinə daxil edilir. 

ABŞ-da çoxlu sayda sosial fondlar vardır.Bunların arasında ən iriləri qocahğın, 

ə

lilliyin  və  ailə  başçısınm  itirilməsinə  görə  sığorta  fondu,  dövlət  qulluqçularının 



sığortalanması fondu, ehtiyacı olanlara yardım fondudur. 

Almaniyada bir neçə fond vardır: fəhlə və qulluqçuların pensiya sığortası fondu, 

xəstəliyə görə sığorta fondu, işsizliyə görə sığorta fondu. 

Böyük Britaniyada milli sığorta fondu və dövlət müəssisələrinin pensiya fondu 

fəaliyyət göstərir. 

Yaponiyada  sağlamlığın  sığortası  fondu,  istehsal  zədələnməsindən  sığorta 

fondu və işsizliyə görə sığorta fondu fəaliyyət göstərir. 

Fransada  əhaliyə  sosial  yardım  fondu,  xəstəliyin,  əlilliyin,  analığın 

sığortalanması fondu, pensiya fondu, ailələrə yardım fondu və işsizlərə yardım milli 

fondu xidmət edir. 

qtisadi  fondlar  təsərrüfat  prosesinin  tənzimlənməsi  məqsədilə  yaradılır.Bu 

fondlara investisiya fondlan və modernləşdirmə fondlan aiddir.Bu fondlar vasitəsilə 

dövlət  və  özəl  kompaniyaların  subsidiyalar  və  imtiyazlı  kreditlər  formasında 

maliyyələşdirilməsi həyata keçirilir. 




 

ABŞ-da iqtisadiyyatın yenidən qurulması və inkişafı fondu fəaliyyət göstərir və 

bu fondun yaranmasmın əsas mənbəyi federal büdcənin vəsaitləridir. 

Fransada iqtisadi və sosial inkişaf fondu (mənbəyi - ssuda kapitalları bazarında 

yerləşdirilən  istiqrazlar,  mərkəzi  büdcənin  vəsaitləri),  sənaye  adaptasiya  fondu 

(mənbəyi  -  mərkəzi  büdcənin  vəsaitləri),  konyunktura  fondu  (mənbəyi  - 

konyunktura vergisi) fəaliyyət göstərir. 

Yaponiyada  investisiya  büdcəsi  (mənbəyi  —  əmanət,  sığorta  və  pensiya 

vəsaitləri) fəaliyyət göstərir. 

Elmi-tədqiqat  fondları.Elmi-tədqiqat  fondlan  sənayedə  və  tikintidə  elmi- 

tədqiqat  işlərinin  maliyyələşdirilməsi,  həmçinin  fundamental  tədqiqatları  həyata 

keçirən dövlət elmi mərkəzinin saxlanması üçün istifadə edilir. 

ABŞ-da  milli  elmi  fond  (mənbəyi  —  federal  büdcənin  vəsaiti,  sənaye 

müəssisələrinin  mənfəətindən  ayırmalar,  universitetlərin  və  kolleclərin  üzvlük 

haqları),  standartlar  bürosunun  elmi  fondu  (mənbəyi  —  federal  büdcənin  vəsaiti) 

fəaliyyət göstərir. 

Böyük  Britaniyada  tədqiqatların  inkişafı  üzrə  millmi  korporasiya  fondu 

(mənbəyi  —  ixtitalardan  istifadə  hüququ  verən  lisenziyaların  satışından  gəlir, 

uzunmüddətli  imtiyazlı  dövlət  krediti,  mərkəzi  büdcədən  subsidiyalar)  fəaliyyət 

göstərir. 

Kredit  fondları  -  dövlət  banklarının,  əmanət  kassalarının,  digər  kredit 

institutlarının qaytarılmaq və faizli şərtlərlə verilən vəsaitləridir.Bu fonddan istifadə 

etmək hüququna dövlət sifarişlərini yerinə yetirən hüquqi şəxslər və ya inkişaf etmiş 

ölkələrin dövlət proqramları ilə işləyənlər malikdirlər. 

ABŞ-da  fermer  kreditinin  inzibati  fondu,  mənzil  tikintisinin  imtiyazlı 

kreditləşdirilməsi  fondu  (mənbəyi  -  xəzinədarlığın  vəsaiti,  qiymətli  kağızlar 

emissiyası),  ABŞ-m  ixrac-idxal  bankı  fondu  (mənbəyi  -  bankın  vəsaiti,  qiymətli 

kağızlar emissiyası) fəaliyyət göstərir. 

Fransada  Fransanın  Bank  fondu  (mənbəyi  -  Milli  Bankm  vəsaitləri,  fondun 

qiymətli kağızlar emissiyası), xarici ticarət bankı fondu (mənbəyi — xarici ticarət 

Bankı vəsaiti, xüsusi istiqrazlar emissiyası) fəaliyyət göstərir. 



 

Yaponiyada mənzil tikintisinin maliyyələşdirilməsi korporasiyası fondu, kiçik 

və orta müəssisələrin maliyyələşdirilməsi korporasiyası fondu, Yaponiyanın ixrac- 

idxal bankı fondu (mənbələri - büdcə vəsaitləri, kreditlərin verilməsindən gəlirlər) 

fəaliyyət göstərir. 

Sənayecə inkişaf etmiş ölkələrin maiiyyə sistemi üçün müxtəlif büdcədənkənar 

fondlar, həmçinin "xüsusi fondlar" anlayışı altında birləşən birləşdirilmiş büdcələr 

xarakterikdir. nkişaf  etmiş  ölkələrin  maliyyə  sistemi  üçün  onların  əhəmiyyəti 

böyükdür.Bir  sıra  ölkələrdə  xüsusi  fondlar  həcminə  görə  dövlət  büdcəsi  ilə 

müqayisə edilə bilər, bir çox ölkələrdə isə bu fondlar vasitəsilə dövlət xərclərinin 1/3 

hissəsi, hətta yarısı maliyyələşdirilir.



 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin