Microsoft Word giriw. docx



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix28.12.2021
ölçüsü5,82 Mb.
#17014
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
II FƏS L.BÜDCƏDƏNKƏNAR   FONDLARIN   FORMALAŞMASININ  

MÜAS R   VƏZ YYƏT  

 

2.1. Müasir şəraitdə büdcədənkənar fondların formalaşması 

xüsusiyyətlərinin təhlili 

 

Respublikamız iqtisadi müstəqilliyə qədəm qoyduğu dövrdən başlayaraq digər 

iqtisadi təsir vasitələri kimi maliyyə münasibətlərinin də təkmilləşdirilməsi və bazar 

iqtisadi  münasibətlərini  tətbiq  edən  inkişaf  etmiş  ölkələrin  tətbiq  etdiyi  metodlar 

tətbiq  olunmağa  başlandı.Bu  iqtisadi  təsir  vasitələrindən  ən  mühümü  dövlətin 

iqtisadi  və  sosial  problemlərə  müdaxiləsi  bunun  üçün  xüsusi  təyinatlı  fondların 

yaradılması  oldu.Azərbaycan  Respublikasının  SSR -nin  tərkibinə  daxil  olduğu 

dövrdə  burada  əsasən  büdcə  vəsaiti  hesabına  təşkil  olunan  xüsusi  dövlət  fondları 

yaradıldı.Lakin  mülkiyyət  formalarının  dəyişməsi  respublikada  indiyədənək 

mövcud  olmayan  problemlərin  yaraıımaına  gətirib  çıxartdı.Buraya  işsizliyin 

artması,  qeyri  —  ıstehsal  sahələrində  sosial  problemlərin  kəskinləşməsi,  büdcə 

kəsirinin sürətlə artması və s. aiddir. 

Bütün  bu  problemlər  dövlətin  sərəncamında  parlament  tərəfındən  nəzarət 

edilməyən  müəyyən  qədər  vəsaitlərin  toplanmasını  zəruri  etdi.Bu  vəsaitlər 

büdcədənkənar  fondlar  şəklində  təşkil  olunmağa  başlandı.  Azərbaycan 

Respublikasında  bu  fondların  yaranmasının  başlanğıcı  1992-ci  ildən  qoyulsada 

ə

saslı dönüş ili 1994 - cü il hesab olunur. 



1994-cü  ildən  başlayaraq  Azərbaycan  Respublikasmda  büdcədənkənar 

fondların yaradılması dövlət tərəfındən tənzimlənməyə başlandı. 1994—cü il fevral 

ayının  16-da  Yol  fondunun  yaradılması  haqqında  prezident  fərmanı  ilə 

Azərbaycanda  büdcədənkənar  fondların  yaradılması  prosesi  təşəkkül  tapmağa 

başladı.  Bu  fondlann  yaradılması  üçün  dünya  təcrübəsindən  istifadə  olunsada 

ölkəmizim milli xüsusiyyətləri nəzərə alındı. 

Büdcədənkənar  dövlət  məqsədli  fondların  səmərəli  və  məqsədyönlü 

xərclənməsinə nəzarəti AR - nın Maliyyə Nazirliyi həyata keçirir. Büdcədənkənar 




 

dövlət məqsədli fondlarının fəaliyyətinin tənzimlənməsi üzrə səlahiyyət Respublika 

Xəzinədarlığına həvalə edilmişdir. 

Büdcədənkənar  fondlar  müxtəlif  əlamətlərinə  görə  aşağıdakı  kimi 

təsnifləşdirilir: 

müddətinə görə: daimi və müvəqqəti 



məqsədlərinə görə: sosial müdafıə, iqtisadi və digər 

mənsubuyyətinə görə : mərkəzi dövlət və yerli fondlara bölünürlər 



Büdcədənkənar məqsədli dövlət fondları sosial yönümə və ciddi məqsədli 

təyinata  malikdir.  Məqsədli  təyinatından  asılı  olaraq  büdcədənkənar  dövlət 

fondlan iki qrupa bölünür: məqsədli sosial fondlarvə məqsədli iqtisadi fondlar. 

Azərbaycan Respublikasında büdcədənkənar məqsədli dövlət sosial fondlarına 

aşağıdakılar daxildir: Dövlət Sosial Müdafiə Fondu; əhalinin məşğulluğuna kömək 

fondu; əlillərin sosial müdafıə fondu. 

Azərbaycan  Respublikası  prezidentinin  30  sentyabr  1992-ci  il  233  saylı 

fərmanına  əsasən  Azərbaycan  Respublikasmın  Pensiya  Fondu  və  Azərbaycan 

Respublikasının  Sosial  Sığorta  Fondu  bazasında  Azərbaycan  Dövlət  Sosial 

Müdafıəsi Fondu, Azərbaycanda işsizlik problemini həll etmək və işsizlərə yardım 

etməkməqsədi  ilə  isə  "Azərbaycan  Respublikasında  Əhalinin  Məşğulluğu 

haqqında" 27 iyun 1991-ci il tarixli 146 saylı Azərbaycan Respublikasının qanununa 

uyğun  olraq  Azərbaycan  Respublikasınm  Nazirlər  Kabinetinin  12  iyul  1992-ci  il 

212  saylı  qərarı  ilə  Azərbaycan  Respublikasında  Əhalinin  Məşğulluğuna  Kömək 

dövlət fondu yaradılmışdir. 

Məşğulluq  fondu  müstəqil  maliyyə  sistemi  kimi  respublika  səviyyəsində  və 

yerli  səviyyədə  yaradılır  və  dövlət  əhalinin  məşğulluğu  siyasətinin  həyata 

keçirilməsi tədbirlərini maliyyələşdirilməsi üçün istifadə edir. Məşğulluq Fondunun 

vəsaiti  Məşğulluq  Xidməti  darəsinin  sərəncamındadır.  Məşğulluq  fondu  bütün 

mülkiyyətdən olan müəssisə və təşkilatların, respublika və yerli büdcələrin vəsaiti 

və s. mənbələr hesabına yaradılır. Bu fonda könüllü olaraq fıziki və hüquqi şəxslər 

də  vəsait  ödəyə  bilər.  Məşğulluq  fonduna  ödəniş  müəssisələrin  əməyinin 




 

ödənilməsinə  yönəldilən  vəsaitin  2  faiz  miqdarında  təyin  edilir  və  bu  məsrəflər 

maya dəyərinə daxil edilir. 

Ə

halinin məşğulluq fondunun əsas hissəsini işləməyənlərə müavinət verilməsi 



xərcləri  təşkil  edir.  Müavinət  verilərkən  onların  işlədiyi  müddətdə  aldıqları  orta 

aylıq əmək haqqı əsas götürülür. Əhalinin məşğulluq fondunun vəsaitindən vergi, 

dövlət  və  gömıük  rüsumları  alınmır.Azərbaycan  Respublikasının  Əlillərin  Sosial 

Müdafıə  Fondu  "Əlilliyinqarşısını  alınması  əlillərin  reabilitasiyası  və  sosial 

müdafıəsi haqqında  "25 avqust 1992-ci il tarixli 284 saylı Azərbaycan Respublikası 

qanununa əsasən fəaliyyət göstərir və Əlillərin Sosial Müdafıə Fondu Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikasımn Əlillərin Sosial 

Müdafıə  Fondunun  yaradılması  barədə"  1993-cü  il  5  avqust  tarixli  qərarı  ilə 

yaradılmışdır. 

Ə

lillərin  Sosial  Müdafıə  Fondunun  büdcəsi  mülkiyyət  formasından  asılı 



olmayaraq respublika ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların 

mənfəətindən 1 faiz məcburi ayırmalar hesabına formalaşır. 

Respublika ərazisində tətbiq olunan dövlət pensiyaları aşağıdakılardır: 

- yaşa görə pensiyalar; 

Yaşa görə pensiya üçün tələb edilən tam ümumi iş stajı olduqda pensiyaların 

minimum  məbləği  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  respublika  üzrə 

pensiya  hesablanması  üçün  təsdiq  olunan  orta  aylıq  əmək  haqqının  müəyyən 

məbləğində təyin edilir. 

• 

ə

lilliyə görə pensiyalar; 



Bu  pensiyalar,  insan  orqanizminin  funksiyalarının  pozulması  ilə  əlaqədar 

səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi hallarda 

təyin edilir. 

• 

ailə başçısını itirməyə görə pensiyalar; 



Vəfat  etmiş  ailə  başçısının  öhdəsində  olmuş  əmək  qabiliyyəti  olmayan  ailə 

üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. 

• xidmət illərinə görə pensiyalar; 



 

Bu  pensiyalar,  yaşa  görə  pensiya  almaq  hüququ  verən  yaş  həddinə  çatandan 

ə

wəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan 



ayrı-ayrı peşə sahibləri üçün müəyyən edilmiş şərtlərlə təyin edilir. 

Sosial  pensiyalar:  Bu  pensiyalar  əmək  qabiliyyəti  olmayan,  işləməyən 

vətəndaşlara onların əmək pensiyaları almaq hüququ olmadıqda təyin edilir. 

Sosial  siyasət,  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  digər 

qanunvericilik  aktları  ilə  tənzimlənən  və  əhalinin  hüquq  və  tə'minatlarını  həyata 

keçirməyə imkan verən, dövlətin ən öncül istiqamətlərindən biridir. 

Bu  cür  hüquq  və  təminatların  həyata  keçirilməsi  əhaliyə  sosial  müdafıə 

xidmətlərin göstərilməsini nəzərdə tutur. 

Sosial  miidafıə  dedikdə,  xüsusilə  çətin  vəziyətdə  olan  və  kənardan  kömək 

olmadan  yaşamaq  iqtidarında  olmayan  əhali  qrupunun  heç  olmazsa,  minimum 

tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti başa düşülür. Sosial müdafıənin 

bu forması cəmiyyətin iqtisadi və siyasi inkişafı ilə əlaqədar meydana çıxmışiqtisadi 

formasiyaya uyğun və dövlətinimkanvə maraqlarından asılı olaraq sosial müdafıə 

mexanizmi yaradılmışdır. 

BMT-nin hesablamalarına görə, 150 ildən sonra dünyada hər iki nəfərdən biri 

qoca  olacaqdır.  Azərbaycanda  bu  günə  qocaların  sayı  ümumi  əhalinin  sayından 

xüsusi  çəki  e'tibarilə  9%  təşkil  edir.  Əmək  qabiliyyəti  olmayan  yaş  qruplarının 

ümumi əhali sayında çəkisi isə 42%-i ötür. 

Azərbaycanın sosial müdafiə sistemi MDB ölkələrinin sistemlərinə oxşar olsa 

da,  ölkənin  sosial  durumu  bir  qədər  fərqlidir.  Dövlətin  himayəsində  milyonlarla 

qaçqın, Qarabağ müharibəsi əlili və çoxuşaqlı ailə var. DövlətSosial Müdafiə Fondu 

(DSMF)  1,2  milyona  qədər  vətəndaşa  pensiya,  1,65  milyondan  çox  aztə'minatlı 

ailəyə  müxtəlif  müavinətlər  verir.  Bu  respublika  əhalisinin  təxminən  40  faizə 

qədərini təşkil edir. 

Azərbaycan  Respublikasının  maliyyə  vəziyyətinin  ağır  olduğu  bir  şəraitdə, 

dövlət əhalinin müəyyən kateqoriyaların Sosial xidmətlərinin minimum səviyyəsini 

təmin etmək iqtidarındadır. Sosial xidmətlərin bu növlərinə aiddir: 

uşaqlı ailələrə dövlət müavinətləri; 




 

yaşa, əlilliyə, ailə başçısmı itirməyə görə pensiyalar; 



işsizliyə görə müavinətlər; 

Çernobıl  AES-də  baş  vermiş  qəzanın  nəticələrinin  aradan  qaldırılması 



iştirakçılarına müavinətlərin ödənilməsi; 

sair müavinətlər və kompensasiyalar. 



Ə

halinin sosial təminat hüququ müxtəlif forma və metodlarla həyata keçirilir. 

Bununla  belə  hər  bir  dövlətdə  sosial  təminat  hüququ  sahəsində  vətəndaşların 

pensiya təminatı ən aparıcı yer tutmuşdur. 

Azərbaycan  öz  müstəqilliyini  e'lan  etdikdən  sonra  qəbul  etdiyi  ilk  mühüm 

qanunlardan  biri  "Vətəndaşların  pensiya  təminatı  haqqında"  Azərbaycan 

Respublikasının  Qanunu  olmuşdur.  Həmin  Qanun  1993-cu  il  yanvarın  1-dən 

qüvvəyə minmişdir.Bu Qanun iki mərhələdə: ilk mərhələ 1 avqust 1997-ci ildə və 

ikinci mərhələ isə 1 avqust 1998-ci ildə qüwəyə minmişdir. 

ş

ləyən pensiyaçılara pensiyalar himayəsində olanlara və qulluğa görə əlavələr 



nəzərə  ahnmadan  50%  məbləğində  ödənilir.  "Vətəndaşların  pensiya  təminatı 

haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən yaşa görə 

pensiyalara əlavələr aşağıdakı qaydada müəyyən edilmişdir: 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin