Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə21/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   17   18   19   20   21   22   23   24   ...   62
lala qidano

Quşun ütülməsi. Quş cəmdəkciklərindən lələkləri yolunduqdan sonra qalan 
nazik tüklərin rədd edilməsi lazımdır. Bunun üçün quş cəmdəkcikləri dəsmalla 
silinir, üstünə kəpək yaxud aşağı sort un sürtülür və hissiz alovda ütülür. Quş 
cəmdəyinə un səpəndə tüklər şaquli vəziyyət kəsb edir və tez yanır. 
Quşun içalatının çıxarılması. İçalatı çıxarılmazdan qabaq quş cəmdəkciyinin 
ayaqları, qanadlarıvə boynu kəsilir (toyuğun və cücənin qanadları kəsilmir). Quş 
cəmdəkciyinin ayaqları 1-1,5 sm dirsək oynağından aşağı, qanadları isə birinci 
oynaqdan kəsilir. 
Quş cəmdəkciyinin boynu kəsilməzdən qabaq boynunun dərisi bel tərəfdən 
uzunu boyunca yarılır və dərisi soyulduqdan sonra boynu dibindən kəsilir. Dərisi 
isə yarısı kəsilir və qalan hissəsi ilə cəmdəkcik isti emaldan qabaq tərtibə salınanda 
boynunun kəsik yeri örtülür. Bundan sonra döş qəfəsinin qurtaracağından başlamış 
ifraziyyat nöqtəsinə qədər cəmdəkciyin dərisi və yumşaq əti kəsilərək əmələ gələn 
boşluqdan içalatı, yəni bağırsaqları, mədəsi, ağ ciyəri, qara ciyəri və ürəyi çıxarılır, 
qida borusu və çinadanı isə boyun deşiyindən çıxarılır. 
Quşun yuyulması. Içaltı çıxarılmış quş cəmdəkciyi bir neçə dəfə soyuq suda 
yuyulur. Yuyulan vaxt quş cəmdəkciyindən bıçaqla lələklərin kökü çıxarılır. Quşu 
çox yumaq məsləhət görülmür, çünki yuduqda onun qida və ekstraktiv maddələri 
itir. 
Quş yarımfabrikatları və onların saxlanması ev və ov quşlarının tərtibə 
salınması. 
Bütöv şəkildə suda bişirilməsi və qovrulası ev və ov quşları tərtibə salınmalı 
və beləliklə də cəmdəkciyin bərabər qaydada isti emaldan keçməsi və sahmanlı 
qaydada porsluq tikələrə doğranması təmin olunmalıdır. 
Quş cəmdəkcləri üç üsulla tərtibə salınır, bunlara “cib” üsulu, təksaplı şpaqat 
üsulu və cütsaplı şpaqat üsulu deyilir. Tərtibə salınmış quş cəmdəkcikləri ev və ov 
quşlarından suda bişirilən, qovrulan xörəklər üçün yarımfabrikat sayılır. 


34 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin