Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə18/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   14   15   16   17   18   19   20   21   ...   62
lala qidano

Kotlet xörəklərinin hazırlanması texnologiyası.
Burada hazırlanmış və urvalanmış kotlet tavada 130-140 dərəcə temperaturda 
qızdırılmış yağın içinə salınır və 8-10 dəqiqə ərzində qazmaq tutunca qızardılır. 
Sonra bu, 5-8 dəqiqəliyə qızdırıcı şkafa qoyulub hazır vəziyyətə çatdırılır. 
Qızdırılmış kotlet hazır olan kimi süfrəyə verilməlidir, çünki saxlandıqda onun 
dadı pisləşir. 
Kotlet porsluq buludlarda süfrəyə verilir; kotletin yanına qarnir qoyulur; 
qarnir isə qızardılmış yaxud suda bişirilmiş kartofdan, kartof püresindən, buxarda 
bişirilmiş kələmdən, makaron məmulatından, müxtəlif şilələrdən yaxud da 3-4 növ 
tərəvəzdən hazırlanıb kül dəstəsi şəklində tərkibdən ibarət olur. 
Süfrəyə verilən zaman kotletin üstünə kərə yağı yaxud sous (qırmızı sous, 
tomat sousu, soğanlı və karnişonlu qırmızı sous, soğanlı xama sousu və s.) tökülür. 
Hər pors üçün burada 100q üçüncü sort mal əti, 20q buğda çörəyi, 25q süd 
yaxud su, 10q suxarı (urvalamaq üçün), 5q yağ (qovurmaq üçün), 150q hazır qarnir 
və 10q kərə yağı yaxud 50q hazır sous götürülür. 
Qoyun yaxud dana ətindən natural kotlet. 


28 
Burada hazırlanmış yarımfabrikat hər iki tərəfdən qazmaq tutunca əsas üsul 
üzrə qovrulur. 
Natural kotlet isidilmiş porsluq buludda süfrəyə verilir; kotletin yanına suda 
biçirilib qızardılmış kartof yaxud tir şəklində bol yağda qızardılmış (fri) kartof, 
yaxud da müxtəlif tərəvəzdən (qızardılmış yaxud suda bişirilmiş kartof, süd 
sousunda bişirilmiş tərəvəz, göy noxud, çiçək kələm, qınlı təzə lobya və s.) ibarət 
gül dəstəsi şəklində düzülmüş qarnir qoyulur. 
Süfrəyə verilən zaman kotletin üstünə ət şirəsi tökülür və sümüyünə 
papilyotka (kağız borucuq) geydirilir. 
Qoyun ətindən hazırlanmış natural kotletin yanında sousnik deyilən qab içində 
ayrıca olaraq soğanlı süd sousu da süfrəyə verilə bilər.
Hər pors üçün burada 180 q dana əti (bel hissəsi) yaxud 170 q qoyun əti (bel 
hissəsi), 10 q ərinmiş piy və 150 q qarnir götürülür. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin