AVİASİYANIN ATMOSFERİN ÇİRKLƏNMƏSİNƏ TƏSİRİNİN
QARŞISININ ALINMASI ÜSULLARI
Lalə ƏSƏDOVA
Milli Aviasiya Akademiyası
lalochka128@gmail.com
AZƏRBAYCAN
60-cı illərin əvvəllərindən etibarən elmi-texniki tərəqqi hava xidməti orqanının iş xarakterinin dəyişməsinə ciddi təsir
göstərib. Avtomatlaşdırılmış meteoroloji stansiyalar vasitəsilə hava nəqliyyatının təhlükəsizliyi demək olar ki, yüksək
səviyyədə təmin edilmişdir. Daha rahat, sürətli və təhlükəsiz olan aviasiya nəqliyyatına olan təlabatın günü-gündən artması,
onun atmosferə təsirini sürətləndirmişdir.
Hələ keçən əsrin 70-ci illərində qeyd olunmuşdur ki, səsdən iti uçan stratosfer təyyarələrinin uçuşları, raketlərin,
xüsusi ilə də “Şattların” kosmik fəzaya buraxılması intensiv sürətdə ozonun dağılmasına səbəb ola bilər. Bəzi hesablamalar
göstərir ki, ozon təbəqəsinin 8-10% azalması troposferə əlavə olaraq 0,5-0,6 % yüksək enerjili günəş şüalarının daxil
olmasına gətirib çıxarır ki, bu da planetdəki iqlimin qlobal dəyişməsinə və anomal-fəlakət hava təzahürlərinə səbəb ola
bilər.
Hazırda yanacağın yandırılması nəticəsində, atmosferə daxil olan küllü miqdarda karbon qazı nəinki onun qaz
qarışığının tərkibinə təsir edir, həmçinin atmosferin ümumi təzyiqini də bir qədər artırır. Fərz etsək ki, 2100-cü ildə
atmosferdəki karbon qazının həcmi 2 dəfə artıb, 0,035- dən 0,07%- ə çatarsa buna uyğun olaraq təzyiqin orta qiymətinin
artımı yer səthinə yaxın temperaturun təqribən
3
10
8
,
7
K artmasına gətirib çıxaracaqdır.
Nəzərə almaq lazımdır ki, aviasiya nəqliyyatı atmosferin kimyəvi tərkibini dəyişməklə bərabər həmçinin səs zərbəsi ilə
ətraf mühitə böyük miqyasda təsir göstərir.
Ətraf mühitin çirklənməsinə nəqliyyat vasitələrinin təsirinin qarşısının alınması üçün tədbirləri həyata keçirmək
lazımdır. Məsələn,insan sağlamlığını üçün təhlükəli olan nəqliyyat vasitələrinin tullantılarının və zərəli maddələrinin
atmosferə tullanmasının qarşısının alınması, yanacağın daha sərfəli alternativ vasitələrlə əvəzi olunması, çox enerji işlədən
nəqliyyat vasitələrindən istifadənin azaldılması.
Ətraf mühitin çirklənməsinin və əmələ gələ biləcək təhlükəli hadisələrin qarşısının alınması üçün insan sağlamlığı,
həmçinin hava və su mühiti üçün təhlükəli olan nəqliyyat vasitələrinin təsirini azaltmaq, dünya miqyasında nəqliyyat
vasitələrində yanacaqdan yüksək qənaətlə istifadəsini tətbiq etməyə icazə vermək, nəqliyyat vasitələrində alternativ
mənbələrlə işləyən (neft mənşəli olmayan) yanacaq- energetika resurslarından istifadəyə üstünlük verməkçox vacib
faktordur.
Hava nəqliyyatının ekoloji təhlükəsizliyinin artırılması məqsədilə aviasiyanın ətraf mühitə zərərli təsirinin aşağı
salınması sahəsində Beynəlxalq Sərnişin Aviasiya Təşkilatının tövsiyyəsi ilə dövlət uzundövürlü siyasətinin müəyyən
edilməsi nəzərdə tutulmuşdur. Bu siyasətə aşağıdakılar daxildir:
1. Aviasiya texnikasının yenidən qurulmuş və sertifikatlaşdırılmış tələbnamənin planına uyğun artılması;
2. Ekoloji göstəricilərinin aşağı olduğu, istifadəsinə məhdudiyyət qoyulmuş Rusiya Federasiyasının hava gəmilərinin
hazırlığının həyata keçirilməsi;
3. Ekoloji təkminləşdirilmiş hava gəmilərinin və ya onların əvəz edicisinin istismarının iqtisadi stimullaşdırılması;
4. Hava yolunun, hava dəhlizinin, uçuş üçün plana alınmış ərazinin, aeroportların yaxınlığındakı torpaqlardan istifadə
qaydasının radiosional təşkilatının quruluşunun yaxşılaşdırılması;
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
38
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
5. Təyyarələrin havaya qalxması və enmə zolağına enişi prossesislərinin səsə görə ən əlverişli üsullarının tətbiq
edilməsi: uçuşlarına qadağa qoyulan təyyarələrin əvəzinə ətraf mühitə daha az zərər yetirən tip hava gəmilərinin
istifadəsinin tətbiqi;
6. Ekoloji standartların təminatına riayət edilməsi sistemlərinin, hava nəqliyyatının fəaliyyəti normasının və həmçinin
sanitar, veterinar normalarının, ətraf sahələrin bioloji tərkibinin mükəmməlləşdirilməsi;
7. Aviasiya texnologiyalarında zərərli maddələrdən istifadə edilməni azaltmaq.
Hava gəmilərinin istismarı parkının yeniləşdirilməsi ətraf mühiti çirkləndirən maddələrin emissiyasının həcmini
azaltmağa imkan verir. Bunun nəticəsində yanacaq sərfiyyatı hava nəqliyyatında 1,5- 2 dəfə azaldılmışdır. Yanacaq
sərfiyyatının azaldılması hava gəmilərinin atmosferdə lələkvari buludların inkişafına səbəb olan inversiya izlərinin əmələ
gəlməsinin azaldılmasına gətirib çıxarmışdır. Bu da bilavasitə, gələcəkdə hava nəqliyyatının iqlimin qlobal istiləşməsinə
təsirini azaldır. Onu da qeyd etmək lazımdır ki, hava gəmilərinin uçuşu və enişi vaxtı aviasiya səsinin və emissiyasının
səviyyəsini aşağı salmağa şərait yaratmışdır.
Aviasiya yükdaşıması son 10 illikdə sərnişinlərin sürətlə və rahat uçuşları və daha uzaq məsafələrə böyük həcimli
yüklərin daşınması üçün üstünlük verilən nəqliyyat vasitəsidir. Ona görə də təxminən demək olar ki, aviasiya nəqliyyatının
həcmi getdikcə artacaq və bunun nəticəsində də hava gəmilərinin səs zərbəsinin ümumi həcmi yüksələcək. Bunun qarşısının
alınmasının ən optimal üsulu isə daha az səs zərbəsinə malik konstruksiyalı təyyarələrin təşkilidir.
Son dövürlər səs zərbəsinin qüvvəsinin aeroport ərazisində və ona yaxın yerləşən yaşayış massivində azaldılmasına
qarşı yönəlmiş proqramlardan geniş istifadə olunur. Bu proqrama ən çox səsin izolyasiya edilməsinin gücləndirilməsi aiddir.
Onun başlıca vəzifəsi ətrafda olan tikililərin təyyarələrin akustik səs zərbəsindən və digər xarici səslərdən qorumaqdan
ibarətdir. Səs izolyasiayası proqramı hava gəmilərinin səs zərbəsinin qarşısının alınmasının vacib yolu sayılsa da, daha yaxşı
olar ki, aeroportların yaxınlığında yaşayış massivi salınmasın.
Əsas problemlərdən biri də hava gəmiləri uçuşa hazırlaşarkən onların yaratdığı titrəyişlərdir. Bu problem özü çox
böyük miqyaslı olsa da onun qarşısının alınması yolları az tədqiq olunub. Titrəyişlər yaxınlıqda yerləşən tikililərin
özülünün sarsılmasına və dağılmasına gətirib çıxarır. Bu da qaçılmazdır ki, onun miqyası getdikcə artacaq və gələcəkdə
daha təhlükəli prosseslərin yaranmasına səbəb olacaq.
NGC 5548 QALAKTIKASININ UZUNMÜDDƏTLI SPEKTRAL TƏDQIQI
Ülviyyə BƏŞIROVA, N.Z.İSMAYILOV
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
ulviyya.b@mail.ru
AZƏRBAYCAN
NGC 5548 parlaq və aktiv nüvəli Seyfert I tipli qalaktikadır, barı yoxdur, linzavari quruluşu var. Spiral qollar çox
sıxdır, quyruqşəkilli çıxıntısı var. Qalaktikaya qədər məsafə təqribən 75 Mps~245 ·10
6
i.i. təşkil edir. Güclü radiomənbədir.
Bu tip qalaktikaların tədqiqində əsas problem nüvənin aktivlik mexanizmini aşkar etməkdir.
Spektral müşahidələr göstərmişdir ki, spektral xətlər üç qrupa bölünür. Bunlargenişxətləroblastı (GXO),
nazikxətləroblastı
(NXO)
vəudulmaxətləridir.Kəsilməzspektrdəşüalananselləşüalanmaxətlərininəlaqəsininöyrənilməsigenişxətləroblastlarınındiaqnosti
kasıüçünənvacibməsələlərdəndir.GXOşüalanmaxətlərivəkəsilməzspektrindəyişməsiniöyrənmək,
şüalananoblastlarınhəndəsiölçülərinivəstruktutunutəyinetməyəimkanverir.
Bu məruzədə NGC 5548 qalaktikasının IUE arxivindəngötürülmüşultrabənövşəyi (UB) spektrlərinin ölçmələrinin
nəticəsi verilir. İşin məqsədi geniş şüalanma xətlərinin parametrlərinin uzun müddət ərzində 1979-1993 illərdə dəyişməsini
öyrənməkdir. Bu işdə CIV λ 1550 Å, CIII] λ1909 Å, MgII2800 Å xətləri haqqında nəticələr verilir. Bundan başqa, biz
bax;lan diapazonda 6 dalğa uzunluğu üçün kəsilməz spektrdə şüalanma selini qiymətləndirmişik. Göstərilən şüalanma
xətlərinin profilində xətlərin dərinliyi və yarımeni ölçülmüşdür. Ölçmələr λ 1000-3000 Å diapazonu əhatə edən 250
spektroqram üzrə aparılmışdır. Spektral ayırdetmə 6 Å təşkiledir. Cəmi 150 ədəd SWP (λ 1000-2000 ÅÅ), 101ədəd LWP
(λ 2000-3000 ÅÅ) tiplispektroqramlar ölçülmüşdür. ölçmə xətaları şüalanma xətlərinin dərinliyində (intensivliyi) R±5%,
xətlərin yarımenində ±10%təşkil edir. İşdə aşağıdakı nəticələr alınmışdır:
1. Həm baxılan spektral xətlərin intensivlikləri, həm də kəsilməz spektrdə şüalanma seli zamana görə qısamüddətli və
uzunmüddətli xaotik dəyişmələr göstərir.
2. Həm baxılan şüalanma xətlərinın intensivlikləri arasında, həm də kəsilməz spektrlə şüalanma xətlərinin intensivlikləri
arasında yüksək dərəcədə korrelyaslya aşkar olunur. Şüalanma xətlərində korrelyasiya düz, şüalanma xətləri ilə kəsilməz
spektr arasında tərs korrelyasiya müşahidə olunur. Dalğa uzunluğu fərqi artdıqca korrelyasiya zəifləyir (Şəkil 1).
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
39
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
3. Kəsilməz spektrdə şüalanan sellə xəttin intensivliyi arasında əlaqəni qüvvət funksiyası ilə ifadə etmək olar. Kəsilməz
spektrlə spektral xəttin dalğa uzunluqları arasında fərq artdıqca, qüvvət funksiyasının tərtibi azalır.
4. Aşkar olunmuşdur ki, şüalanma xətlərində intensivliyin dəyişməsi kəsilməz spektrdə şüalanan selin dəyişməsinə
nisbətən azdır. Həm xətlərdə, həm də kəsilməz spektrdə dalğa uzunluğu artdıqca dəyişmə amplitudu artır.
Şəkil 1. CIV1550 və
MgII 2800 xətlərinin
intensivlikləri arasında
əlaqə.
T7 PEPTİDİNİN TETRAPEPTİD FRAQMENTİNİN FƏZA QURULUŞU
Nişan BAĞIROVA
Bakı Dövlət Universiteti
nishanbaghirova@gmail.com
AZƏRBAYCAN
Nanobiotexnologiyanın tətbiq sahələrindən biri nanozərrəciklərin köməyi ilə dərman preparatlarının daşınması və
diaqnostikası ilə bağlıdır. Dərman maddəsi molekulları ilə yüklənmiş nanozərrəciklər kimyəvi birləşmələri zədələnmiş
toxuma və hüceyrələrə sağlam orqanlara zərər vermədən çatdırır. Dünyada minlərlə dərman preparatları tapılmasına
baxmayaraq, hələ də yeni birləşmələr aşkar edilir. Müasir dövrdə xərçəng hüceyrələrinin terapiyasında istifadə edilən
birləşmələrin sintez edilməsi zərurəti yaranır. T7 peptidi məhz belə birləşmələrdəndir. His-Ala-İle-Tyr-Pro-Arg-His (T7)
amin turşu ardıcıllığı transferrin reseptorlarının aktivasiya proseslərində və dərman preparatlarının hüceyrə daxilinə
daşınmasında unikal qabiliyyətə malikdir.
Təbii peptidlərin struktur və struktur-funksional təşkilinin öyrənilməsi bir-birinin əksi olan iki məsələyə əsaslanır.
Bunlardan biri məlum amin turşuları ardıcıllığına əsaslanaraq molekulun fəza quruluşu və dinamik konformasiya
xassələrinin tapılmasına həsr olunmuş düz struktur məsələsidir. Ikinci məsələ tərs struktur məsələsidir ki, bu da peptidin
kimyəvi quruluşuna görə fəza quruluşunun tapılmasına gətirib çıxarır.
T7 peptidinin His1-Ala2-İle3-Tyr4 tetrapeptid fraqmentinin nəzəri konformasiya analizi histeinin, alaninin,
izoleysinin və tirozinin kiçikenerjili konformasiyalarına əsasən öyrənilmişdir. Bu fraqmentin hesablanması şeyplərə görə
aparılmışdır. Müəyyən olmuşdur ki, hesablanmış konformasiyalarda fraqmentə daxil olan amin turşu qalıqlarının atomlar
və atom qrupları arasında güclü qeyri-valent qarşılıqlı itələmə qüvvələri meydana çıxırmışdır. Təyin olunmuş bu
konformasiyalar sferik cəhətdən əlverişli olmamışdır. Bununla da nəzəri konformasiya metodu ilə tetrapeptid fraqment
üçün 0-4 kkal/mol enerji intervalına tapılmış yüz səksən konformasiyadan yalnız on konformasiya daxil olmuşdur.
Tetrapeptid fraqment üçün əsas zəncirin iki B və R formaları seçilmişdir. Belə ki, bu fraqment üçün B və L formaları
bir-birindən fərqlənmir. Histein və alaninin R, B, L formalarının mümkün olan kombinasiyaları qurulmuşdur. Bu formalar
yan zəncirin
0
1
180
ikiüzlü bucaqlarının qiymətlərində seçilmişdir. Izoleysin amin turşu qalığına əsas zəncirin üç
formalarında baxılmışdır. Bununla yanaşı, yan zəncirin
1
bucağının üç mümkün qiymətlərində
0
0
180
,
60
və
0
60
,
yan zəncirin ikinci bucağı üçün mümkün olan iki qiymətləri
0
90
və
0
90
seçilmişdir. Tirozinin yan zəncirinin üç
mümkün olan qiymətlərində hesablamalar aparmaqla, uyğun kombinasiyalar qurulmuşdur. His1-Ala2-İle3-Tyr4 tetrapeptid
0
5
10
15
0
1
2
3
R CIV
1550
R MgII2800
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
40
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
fraqmentinin hesablamaları göstərmişdir ki, eee açılmış şəkildə olan şeypin BBBB formalarında həm histeinin və həm də
tirozinin yan zəncirinin ikiüzlü
1
bucağının
0
180
olması energetik cəhətdən daha əlverişli olmuşdur.
Tədqiqat işində istifadə olunan parametrlər, atom-atom potensialları ilə təsvir olunan müxtəlif növ qarşılıqlı təsirlər-
elektrostatik, qeyri-valent qarşılıqlı təsirlər və torsion potensial bütün əlverişli konformasiyalar üçün hesablanmışdır.
Tetrapeptid fraqmentin potensial enerjisi bir neçə toplananın cəmindən ibarətdir:
tors
h
el
v
q
E
E
E
E
E
Burada
v
q
E
- qeyri-valent rabitəsində olan atomların qarşılıqlı enerjisi,
el
E
- elektrostatik qarşılıqlı enerjisi,
h
E
-
hidrogen rabitəsinin enerjisi,
tors
E
- torsion enerjidir.
Verilmiş işdə atom-atom potensialları - Lennard-Consun “6-12” və Bukingemin “6-exp” potensiallarından istifadə
edilmişdir:
12
6
Br
Ar
E
v
q
)
exp(
6
Cr
B
Ar
E
v
q
T7 peptidinin His1-Ala2-İle3-Tyr4 tetrapeptid fraqmentinin nəzəri konformasiya analizi metodu ilə öyrənilməsi
molekula daxil olan digər amin turşu qalıqlarının və eləcə də bütövlükdə molekulun özünün tədqiq olunması üçün əlverişli
hesab edilir.
TƏBİİ KOMPOZİTLƏRİN NANOSTRUKTURLARININ MORFOLOGİYASININ TƏDQİQİ
Şərəfxanım ALIYEVA, Asudə OMARLI
Azərbaycan Texniki Universiteti
geldar-04@mail.ru
AZƏRBAYCAN
Təqdim olunan işdə balığın pulcuğu və üzgəcləri kimi mineral əlavəli təbii polimerlər üzərində tədqiqat aparılmışdır.
Pulcuğun səthininöyrənilməsi zamanı çoxsayli üsullardan istifadə olunur. Tədqiqat elektron “Solver Next” markalı elektron
zond mikroskopunda və optik mikroskopda aparılmışdır. Bsalığın su altında yuyulmuş pulcuqları
C
50
temperaturuda
qurudulur və üzərində tədqiqat aparılır. Səthin morfologiyası 2D və 3D ölçüdə profiloqramması qeyd olunmaqla, balığın
yan xəttlərinin və üzgəclərinin ölçülərinin müəyyən edilməsi öyrənilmişdir. Tədqiqatın nəticəsi olaraq balıq pulcuqlarının
səthinin təsvirləri alınmış polimer kompozisiya materialları konsepsiyası əsasında analizləri aparılmışdır. Elektron zond və
optik mikroskoplarla alınmış təsvirlər diffuziya ilə məhdudlaşan balıq üzgəclərində polimer nanokompozitlərin
formalaşdırılmasına səbəb olan, təbii aqreqasiya prosesləri barədə məlumatlar almağa imkan verir (Viten – Sander modelinə
müvafiq quruluş). Klasterlərin təkamülünü ifadə edən və onun hissələrinin inkişafına nəzarət etməyə imkan verən bu model
təbii quruluşların da izah olunmasına imkan verir.
Qeyd olunan üsullarla balıq pulcuqlarının və üzgəclərinin səthlərinin morfologiyasının təhlili göstərmişdir ki, onlar
nm
20
15
ölçülü nanobirləşmələr olub, balığın skletinə, əzələlərinə xas olan fraktalabənzər xarakterə malikdir ki, bu da
bütün balıqların hərəkət dinamikalarının yaxşılaşdırılmasına imkan verir. Balığın mühitdə yerdəyişməsi zamanı
dinamikanın tənzimlənməsi ya gövdə əzələlərinin qısalması ya da döş üzgəclərinin əzələləri hesabına baş verir. Kütümün
pulcuqları dəri daxilinə aparan yarıqlara nüfuz etmişdir. Onların altından başda davam edən və oradan göz ətrafına ağız
boşluğuna budaqlanan kanallar uzanır. (şəkil 1). Başda kanallar şaxələnir sümüklərin içindən keçir, və daxildən xaricə
çıxıntılara malik olur.
Təqdim edilmiş AQM təsvirlərin fraqmentlərində pulcuğun xarici səthindən keçən yan xəttin üzvləri, deşiklər aşkar
görünür, onlar pulcuqdakı yan xəttin uzununa kanalı boyunca düzülmüş həssas hüceyrələr və sinirlərdir.
Şəkil 1–də Kutum balığının pulcuğunun səthinin 3D miqyasında AQM təsvirinin fraqmentidir: kanal boyunca (ağ
xəttlərlə göstərilmişdir) başdan quyruğa qədər əlaqə yaradılır. Fərdi nanoadacıqlar şaquli oxlarla göstərilmişdir. Qara
xəttlərlə qarışıq nanoformalı makroklasterlər qeyd edilmişdir. Yan xəttin tutduğu kanallar spesifik ion tərkibinə malik
maye ilə doldurulur. Kanalların divarlarından ətraf mühitdən siqnal qəbul edən sinir ucluqları keçir. Yan xəttin əsas
mexanoreseptor vahidi, hər biri bir neçə həssas telvari hüceyrəyə malik neyrokörpülərdir. Bu telvari hüceyrələr eşitmə
orqanların hüceyrələrinə, sensorlara bənzəyir. Reseptor hüceyrələrinin neyrokörpülərində sinir liflərinin xüsusi
budaqlanması sona çatır. Reseptorların qıcıqlandırıcıları rolunu su axını və mühitin alçaqtezlikli rəqsləri oynayır.
Nəticələrin müzakirəsi üçün üzgəcin optik mikroskopda çəkilmiş təsvirindən istifadə olunmuşdur. Şəkil 2 – də soldan sağa
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
41
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
(oxlarla göstərilmiş) kiçildilmiş ölçülərdə (dendronlar) fraktalabənzər quruluşların təsviri verilmişdir. Aşağıdakı şəkildə
soldakı şaquli oxlarla budaqlanmanın generasiyası qeyd olunmuşdur.
Məlumdur ki, idarəetmə funksiyasını həyata keçirən bədənin bütün hissələri, o cümlədən, bütün cüt və tək üzgəclər
fraktal xarakter daşıyır [2]. Nanoobyektlərin yerləşməsi bircinsli olmur və səthdə yerləşən hər nanohissə balığın həyat
fəaliyyətində konkret rol oynayır. Nanoçıxıntılar pulcuq və üzgəc ( bütövlükdə bədənlə) və kiçik ölçülü (≈500nm) qaçan
dalğalarla qarşılıqlı təsirdə olan suyun kontakt hissəsi arasındakı ilişmələri artırır, bununla əlaqədar olaraq həmin qarşılıqlı
təsir bədənin hərəkəti zamanı hidrostatik müqaviməti azaldır. İşdə həmçinin üzgəclər vasitəsi ilə dönmənin dinamikası və
tənzimlənməsi prinsipləri göstərilmişdir. Ehtimal olunur ki, yan xətt orqanlarının həssas hüceyrələri dendrimer klasterləri
əmələ gətirə bilər. Şəkil 3 də dendrimer makromolekulun stabilləşdirilmiş təsviri verilmişdir. Şəkil 3a – da tridendron
sinfinə uyğun gələn makroquruluş, aşağıda şəkil 3b–də kimyəvi qraf göstərilmişdir. [3] işinin müəlliflərinin mülahizələrinə
görə aşağıdakı işarələmələr qəbul edilmişdir: İ - nüvə, G – budaqlanma nəsli, A, B, C, P – dendronlar, Z - terminal
funksional qruplardır.
Şəkil 3. Dendrimer makromalekulun
stabilləşdirilmiş təsviri
Şəkil 2. Balığın başına yaxın yerləşən üzgəcin
təsviri.
Şəkil 1. Kütüm balığının pulcuğunun səthinin
3D ölçüdə AQM təsviri Skan:7х7mkm
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
42
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Müəyyən edilmişdir ki, balıqların nanoölçülü səthləri, xüsusi maye ilə pulcuqların və üzgəclərin balığın bədənində
düzülüşləri ayrılan seliklə birlikdə kiçik qaçan dalğalar üçün elə hidrodinamik əlaqə yaradır ki, o, sərf olunan enerjinin
minimumluğunu təmin edir. Kütümün üzgəclərinin pulcuqlarının səthlərində möhkəm quruluşlu dielektriklərdən ibarət
nanokompozit xarakterli mürəkkəb qeyri evklid quruluşlar tapılmışdır.
Ədəbiyyat
1. Godzhaev Eldar, Abasov Abbasali, Aliyeva Sharafkxanim, Charuxcev David // The Surface Fractal Structure of Fish
Scales Open Journal of Inorganic Non-Metallic Materials,2014, 4, рр 7-11
2. Б.А. Багатых // Фрактальные структуры живого и эволюционный процесс. Журнал общей биологии, Том 67,
2006. №4, стр. 243 -255.
3. Ю.Д. Семчиков // Дендримеры–новый классполимеров. Соросовский образо-вательный журнал, №12, 1998,
с.45- 51
Phe-Gly-Leu-NH
2
MOLEKULUNUN FƏZA QURULUŞUNUN
KOMPYUTERDƏ MODELLƏŞMƏSİ
Elnarə ƏHMƏDOVA, Ülkər AĞAYEVA
Bakı Dövlət Universiteti
elnare91@gmail.com
AZƏRBAYCAN
Phe-Gly-Leu-NH
2
molekulunun fəza quruluşu molekulyar mexanika metodu ilə tədqiq olunmuşdur. Molekulun 4 şeypi
və onun ana zəncirinin 36 forması nəzərə alınaraq kompyuter vasitəsilə konformasiya hesablamaları aparılmışdır.
Molekulun mümkün olan 4 şeypinin enerji aralıqlarında paylanmaları cədvəl 1-də göstərilmişdir.
Dostları ilə paylaş: |