MÜASİR ROBOT TEXNOLOGİYALARININ AZƏRBAYCAN
SƏNAYE VƏ MƏİŞƏT HƏYATINDA TƏTBİQİ
Nadir HACIYEV, Tərlan BƏKİRLİ. Ümit İLHAN
Qafqaz Universiteti
n.hajiyev@ictsrcqu.org, t.bekirli@ictsrcqu.org, umit.ilhan@ictsrcqu.org
AZƏRBAYCAN
Son illərdə həddindən artıq sürətlə inkişafda olan texnologiyalar arasında robototexnikanın da özünəməxsus yeri vardır.
Hal-hazırda bir çox dövlətlər özünəməxsus “milli robot”un, həmçinin kontrol sistemlərinin hazırlanması üçün bir çox
layihələr həyata keçirmiş və bir çox nailiyyətlərə imza atmışlar. Bəzi ölkələrdə hərbi məqsədlər, digərlərində yaşlı insanlara
qayğının artırılması, sənayenin avtomatlaşdırılması yolu ilə səmərəliliyin artırılması və mövcud tələbatların qarşılanması
üçün robototexnika və kontrol sistemlərindən istifadə olunur.
Bu texnoloji inkişaf Azərbaycanda da bu sahəyə olan marağın artırılmasına, Azərbaycanın bu sahə üzrə dünyanın
aparıcı dövlətləri ilə rəqabət apara biləcək səviyyəyə çatmasına və eyni zamanda ölkədə texnoloji inkişafın dəfələrlə
sürətlənməsinə səbəb olacaqdır. Bu inkişafın sürətləndirilməsi üçün təklif olunan layihələrdən biri də “milli robot” -
Azərrobotun hazırlanmasıdır. Azərrobot insanabənzər robot olub, bu sinifdən olan robotların bütün imkanlarını özündə
daşıyan, eyni zamanda Azərbaycanın milli mədəniyyətini və mentalitetini özündə əks etdirən “milli robot”dur. Robot
günümüzdə mövcud digər insanabənzər (humanoid və android) robotlar kimi xarici görünüşünə görə təmamilə insana
bənzəyəcək, ətrafındakılarla görmək, toxunmaq, danışmaq və s. vasitələrlə ünsiyyət qura biləcək, ətrafını öyrənərək özü
qərarlar qəbul edə biləcək.
Layihə həcminə görə çox geniş miqyasda olduğu üçün mərhələlərlə hayata keçiriləcək. Bu günə qədər dünyanın bir çox
ölkələrdə bu sahə üzrə bir çox nailiyyətlər əldə olunduğu üçün xarici ölkələrin təcrübəsindən, əsasən Cənubi Koreya,
Yaponiya və Türkiyənin təcrübəsindən istifadə ediləcək.
Öncəliklə humanoid robotların nəzəri və mexaniki-elektron strukturu öyrəniləcəkdir, bunun üçün günümüzdə mövcud
olan universal humanoid robotlardan biri olan Aldebaran Robotics [1] şirkətinin NAO insanabənzər araşdırma
platformasından istifadə olunması nəzərdə tutulur. Mexaniki struktur deyərkən robotların fiziki hissələri - əllər, qollar,
|