Microsoft Word Materiallar Full


BİZNES HƏLLƏR ÜÇÜN BIG DATA



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1049/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1045   1046   1047   1048   1049   1050   1051   1052   ...   1149
BİZNES HƏLLƏR ÜÇÜN BIG DATA 

 

Şamil Hümbətov  

Naxçıvan Özəl Universiteti 



shumbetov@ozeluniversitet.com 

AZƏRBAYCAN 

 

İnternet və informasiya texologiyalarının sürətli inkişafı son illərdə müxtəlif tədqiqat sahələrinin meydana gəlməsinə 



yol açmışdır. Onlardan ən yenilərindən biri XXI əsrin birinci on illiyində    elmi  cəmiyyətdə adı hallanan Geniş  Həcmli 

Məlumatlar, ingiliscə isə “Big Data” olmuşdur.  



Big Data 

Müasir dövrdə  şirkətlər “Mənim üçün doğru müştəri kimdir?” sualı ilə qarşı-qarşıyadır. Müştərilərlə  əlaqələrin idarə 

olunması – CRM (Customer Relationship Management)  sistemlərinin meydana gəlməsi bu sualla başladı deyə bilərik. 

CRM – in əsas maraq dairəsi “Doğru məhsul vəya xidməti, doğru müştəriyə, doğru qiymətə, doğru yerdə  və zamanda 

təqdim etməkdir”.  Artıq məhsula görə müştəri yox, müştəriyə görə  məhsul dövrü başlamışdır. Son 10 ildə dünyada 

məhşurlaşan bu metod gedərək əhəmiyyətini artırır. 

Big Data ifadəsinin günümüzdə populyar olmasının əsas səbəbi təbii ki, dayanmadan artan informasiyalardır. 2000 – ci 

ilədə 800 TB, 2011 – ci ildə 1.8 ZB, 2012 – ci ildə 2.7 ZB məlumat həcmi qeydə alınmışdır. Təxminlərə görə bu həcm 2020 

– ci ildə 35 ZB olacaq. Təbii ki, məlumat həcminin bu qədər böyük olmasında sosial şəbəkələrin xüsusi çəkisi var. 

Məlumatların digər qaynaqlarını isə web səhifələr, mobil telefonlar, video, səs və  şəkillər, tətbiqi proqramlar, naqilsiz 

şəbəklər, radio, hava sensorları  və s. göstərmək olar. Maşın və sensorlar sosial şəbəkələrdən 10 dəfə daha çox məlumat 

istehsal edir. Big Data – ya tərif verəsi olsaq,  



Big Data: Çoxlu miqdarda məlumatın saxlanması və idarə olunmasıdır.  Çoxlu sayda müstəqil bazar  və tədqiqat 

çalışması ortaq qənaətə gəlmişdir ki, hər il məlumat həcmi iki dəfə artır.  



Big Data: Müxtəlif növ məlumatlar toplusudur. Tədqiqatlar həmçinin onu da göstərdi ki, məlumatların 80% 

strukturu olmayan məlumatlardır.  



Big Data: Yeni tətbiqi üsullarla informasiya kütləsi və  məlumat növlərini istismar edir. Gələcək nəsl Big Data 

Platforma təməlli analitik tətbiqi proqram və avadanlıqlar bazarın tələblərinə cavab verir. Bu yeni həllər biznesin 

inkişafında potensial dəyişimlərdir [2].  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1045   1046   1047   1048   1049   1050   1051   1052   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin