II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
633
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
EHTİYATLARIN İDARƏ EDİLMƏSİNDƏ TƏLƏB AMİLİ
İbrahim AĞAZADƏ
Qafqaz Universiteti
aghazadeibrahim@yahoo.com
Bu və ya digər ehtiyat modeli seçilərkən tələb, daha doğrusu ehtiyata olan tələbin xarakteri əsas faktor kimi çıxış edir.
Tələbin xarakterini isə bir neçə istiqamətdə nəzərdən keçirmək mümkündür.
Asılı və asılı olmayan tələb. Ehtiyatlara olan tələbin xüsusiyyətinə görə onları ilk olaraq asılı və ya asılı olmayan tələbli
ehtiyatlar qrupuna ayıra bilərik. Asılı olmayan tələbli ehtiyatlar birbaşa tələbi formalaşdırır və onların istifadəsi digər
ehtiyatlarla əlaqəli deyil, yəni onlar digər ehtiyatların istifadəsinə birbaşa təsir göstərmir. Hazır məhsullara olan tələb asılı
olmayan tələb, bu məhsulun istehsalında istifadə ediən xammal, material və digər köməkçi vasitələrə olan tələb isə asılı
tələb hesab edilir.
Hər hansı məhsulun asılı və ya asılı olmayan tələbə malik olması həmin ehtiyatın hansı nəzarət metodları ilə idarə
ediləcəyini müəyyən edir. Məhsulun struktur faylına (“Bill-of-material”)əsasən asılı və ya asılı olmayan tələbli ehtiyat
olduğunu göstərə bilərik. Məhsulun struktur faylındakı əsas (“parent”) məhsul asılı olmayan tələbli ehtiyatdır. Belə tələbin
hesablanması mümkün deyil, sadəcə gələcək ehtiyaclar və əvvəlki illərin statistik məlumatlarına əsaslanaraq təxmin edilə
bilər. Digər tərəfdən istehsal vasitələri hesab edilən (“children”) ehtiyatların tələbi asılı tələbdir, başqa sözlə onların həcmi
hazır məhsulun tələbindən asılıdır. Asılı tələbli ehtiyatların həcmini hesablamaq üçün isə MRP (“Material Requirements
Planning”) sistemindən istifadə edilir. Sadə bir misal: əgər hazır məhsulun ehtimali tələbi 10 ədəddirsə və bu məhsulun
istehsalında iki ədəd a ehtiyatından istifadə edilirsə, a məhsulunun asılı tələbi 20 ədəd olacaq. Əlbəttə ki, çatdırlma müddəti,
məhsulun qiyməti və başqa faktorlar da nəzərə alınmalıdır.
Bundan əlavə, bir ehtiyatın istifadə məqsədinə bağlı olaraq həm asılı, həm də asılı olmayan tələbli ola bilər. Belə ki, bir
istehsal müəssisə üçün hazır məhsul hesab edilən ehtiyatlar, digər müəssisədə istehsal prosesində istifadə edilən material ola
bilər.
Tələbin müəyyənliyi və dəyişkənliyi. Tələbin müəyyənliyi və tələbin zamana görə dəyişkənlik göstərməsi də ehtiyatların
idarə edilməsində əsas göstəricilərdən biri kimi qəbul edilir. Ehtiyatların idarə edilməsinin optimal metodu seçilərkən yalnız
bir məhsulun tələbi diqqətə alındıqda və tələbin müəyyən olduğu hallarda determenik modellərdən istifadə edilir. Stoxastik
modellər isə tələbin qeyri-müəyyən olduğu reallığa daha uyğun olan vəziyyətləri əks etdirir. Belə modellərdə tələb haqqında
yetərli məlumat olmadığından ortalama tələb müəyyən xəta payı ilə hesablanma üçün əsas qəbul edilir.
Bəzi ehtiyatlara olan tələb mövsümi, hava şəraiti və ya digər səbəblərə görə dəyişkənlik göstərir və həmin dövrə uyğun
ehtiyat modelinin formalaşdırılması baxımından tələbin sabit və ya dəyişkən olmasının öncədən bilinməsi əhəmiyyətlidir.
Bu iki göstəricini nəzərə alaraq əksər müəlliflər dörd əsas tələb növünün və buna uyğun olaraq ehtiyat modelinin qurula
biləcəyini qeyd edir.
1. Müəyyənlik şəraitində sabit tələb
2. Müəyyənlik şəraitində dəyişkən tələb
3. Qeyri-müəyyənlik şəraitində sabit tələb
4. Qeyri-müəyyənlik şəraitində dəyişkən tələb
Stoxastik dəyişkən tələbli ehtiyatların idarə edilməsi digər üç tələb növünə nisbətən daha çətin olsa da, praktikada
qarşılaşılan əsas məsələlərdəndir. Tələbin müəyyən və sabit olması isə ehtiyatların menecmentini sadələşdirdiyi üçün
klassik ehtiyat modellərində tələb determenik və sabit qəbul edilir.
Yuxarıda sadalananları nəticələndirərək deyə bilərik ki, istənilən bir müəssisə üçün ehtiyat modelini formalaşdırılarkən
tələbin xüsusiyyətlərinin diqqətə alınması ehtiyatların səmərəli idarə edilməsi, həm sifariş, həm də ehtiyatları saxlama
xərclərinin azaldılması və son nəticədə mənfəətin artırılması baxımından əhəmiyyətlidir.
Dostları ilə paylaş: |