II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
634
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
iştirak 1 (bir) gediş üçün daşıma prosesindən gələn gəlirlərin azalmasına baxmayaraq, daşıma əməliyyatlarının sayının
artmasını şərtləndirir. Bu da son nəticədə klassik loqistik sxemlərlə fəaliyyət göstərən müəssisələrdən daha rəqabətyönümlü
fəaliyyət göstərməyə şərait yaradır.
Məqsəd: Sinergetik prinsipli loqistik sistemlərdə nəqliyyat loqistikasının əsas vəzifəsi tələb olunan həcmdə yükü ən
minimal daşıma xərcləri ilə tələb olunan vaxt istehlakçıya çatdırılmasıdır. Bu məqsədlə konkret daşıma əməliyyatı uçün bir
dəfəyə daşınan yük həcminə uyğun daha effektiv hərəkət tərkibinin seçilməsi ən vacib məsələlərdən biridir. Belə yanaşma
optimal məhsul ehtiyatı, məhsulun təzəliyi, qapıdan – qapıya, loqistik çeviklik faktorlarının tənzimlənməsinə imkan verir.
Bu məqsədlə bilavasitə loqistik sistemdə hərəkət tərkibinin effektivliyinin hesablanma metoduna ehtiyac vardır.
Tədqiqat:Hərəkət tərkibinin effektivliyinin hesablanması metodları əvvəllər professor Y.U.Kotikov, R.S.Çudakov [4] ,
B.A.Anikin ,A.P.Tyapuxin [3],A Chester , R.Harrison [1], R.Tomson və A. Visser [2] tərəfindən tədqiqatlar aparılmışdır.
Bu və digər müəlliflərin işləri ilə tanışlıq zamanı müəyyən olunmuşdur ki, onların hərəkət tərkibinin effektivliyinin
müəyyənləşdirilməsi üçün təklif etdiyi metod və ifadələr müasir loqistik sistemlərin layihələndirməsində və sinergetik
prinsipli loqistik sistemdə tam şəkildə özünü doğrultmur.
Belə ki, bu metodlarda yalnız nəqliyyat müəssisəsinin və ya fərdi daşıyıcının qısa perspektivli maraqları nəzərə
alınmış, daha effektiv hərəkət tərkibinin müəyyənləşdirilməsi üçün bilavasitə daşıma prosesi ilə bağlı texniki – iqtisadi
göstəricilərdən istifadə edilmişdir.
Yenilik: Müasir iqtisadi münasibətlər şəraitində , nəqliyyat effektivliyi sinergetik prinsipli loqistik sistemdə mənfəət
faktoru nəzərə alınmaqla müəyyən edilməlidir.
Yəni daşıma effektivliyi bir gedişdə yük daşımadan gələn mənfəətlə deyil – ümumi daşıma həcminin artırılması ilə
ölçülməlidir.
Bu məqsədlə mən ümumi loqistik sistemin layihələndirilməsində əsas yer tutan nəqliyyat loqistikasında daha effektiv
hərəkət tərkibinin seçilməsi üçün aşağıda göstərilən “Çevrələr metodu”nun tətbiq edilməsini təklif edirəm:
Lra < ( Cr – Ca – Ccos - Ctax)/ p.
Burada :
Lr – satış zonasının radiusu və ya mənfəət faktorunun saxlanması ilə istehsal nöqtəsindən daha uzaq məsafəyə
daşınma məsafəsi
Cr – A - nöqtəsində istehsal və ixrac olunan məhsulun R - satış nöqtəsində 1(bir) tonunun bazar qiyməti
Ca – A - nöqtəsində məhsulun 1(bir) tonunun bazar qiymətidir.
Ccos – Hərəkət tərkibinin bir gedişə daşıdığı məhsulun 1(bir) tonu üçün kömrük rüsumu və digər kömrük xidmətlərinin
xərcləri.
Ctax- hərəkət tərkibinin bir gedişə daşıdığı məhsulun 1tonu üçün vergi və digər xərcləridır.
P - 1 ton məhsulun Lar- məsafəsinə daşıma tarifidir.
Nəticə: Çevrələr metodu, sinergetik sistemdə mənfəət faktorunun saxlanması ilə istehsal nöqtəsindən daha uzaq
məsafəyə daşıma məsafəsini müəyyən edir.
Belə ki, loqistik sistemdə mənfəət faktorunun saxlanması ilə daha uzaq məsafəyə daşımanı həyata keçirtməyə imkan
yaradan hərəkət tərkibi daha effektiv hesab edilməlidir.
Dostları ilə paylaş: |