tırır. Sifariş m
asıdır. Müəssi
yyənləşdirilir.
yaranır. Tələb
demək olar.
ri artır. Buna
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
657
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
QEYRİ-NEFTSAHƏLƏRİNİN İNKİŞAFİ
Qəmər MƏMMƏDOVA
Qafqaz Universiteti
mammadova.gamar@gmail.com
2013-cü il ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektorunda davamlı inkişafın təmin edilməsi, qeyri-neft məhsulları
ixracının dəstəklənməsi və ixracın diversifikasiyası, idxaldan asılılığın azaldılması, sənaye komplekslərinin yaradılması,
rəqabətqabiliyyətli məhsul istehsalının, və dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, biznes mühitinin
əlverişliliyinin artırılması, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi,
ölkə sahibkarlarının maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı, eləcə də ərzaq təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarının istehsalı və emalının artırılması, müasir texnologiyaların tətbiqi
və yeni aqro-emal müəssisələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər həyata keçirilmişdir.
Sənayeləşmə siyasəti çərçivəsində 2013-cü ildə çoxşaxəli inkişafın təmin olunması istiqamətində məqsədyönlü
tədbirlər sistemli və ardıcıl olaraq davam etdirilmiş, ənənəvi istehsal sahələrinin inkişafının davam etdirilməsi və yerli
xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması ilə yanaşı rəqabət
qabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənmişdir. Sənayenin qeyri-neft sektorunda innovasiya yönümlü
texnologiyaların tətbiqinin dəstəklənməsi, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması istiqamətində
əməli tədbirlər görülmüşdür.
Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan sənayenin inkişafının müasir mərhələyə çatdırılması məqsədi ilə
institusional, infrastruktur təminatının yaxşılaşdırılması, investitisya mühitinin daha cəlbedici olması istiqamətində tədbirlər
davam etdirilir, yeni və müasir istehsal müəssisələri yaradılır. Bu məsələdə dünya dövlətlərinin uğurlu təcrübələri nəzərə
alınaraq ölkədə sənaye komplekslərinin yaradılması işinə başlanılmışdır. 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının
təməli qoyulmuş və Parkda fəaliyyət göstərmək üçün 2 rezident qeydiyyatdan keçmiş və ilk sərmayəçi olan
“Azərtexnolayn” ASC-nin polad boru zavodu Parkın ərazisində fəaliyyətə başlamışdır.
2013-cü il ərzində Bakı şəhərində Gəmiqayırma zavodu, Gəmi təmiri İstehsalat bazası, Qaz turbinli İstilik Elektrik
Stansiyası, Qazax rayonunda Sement Zavodu, Sumqayıtda Polad Boru zavodu, “Gilan” Tekstil parkı, Abşeron rayonunda
Plastik qablar istehsalı və “Milla” süd məhsulları zavodları, Hacıqabulda seramik plitələr istehsal edən müəssisə, Şirvan
şəhərində Cənub Elektrik stansiyası, Qəbələ rayonunda Üzüm emalı zavodu, İsmayıllı rayonunda Tikiş fabriki, Şabran
rayonunda Taxtakörpü SES, “İsmayıllı-1” SES, Naxçıvan MR-da Arpaçay SES və digər sənaye müəssisələri istifadəyə
verilmişdir.
Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasətin nəticəsidir ki, ölkənin son illər davamlı inkişaf xarakteri almış qeyri-
neft sektorunda hesabat dövründə də artım qeydə alınmışdır. Belə ki, 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sahələrində 32,6
milyard manatlıq əlavə dəyər yaradılmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0% artmışdır. Qeyri-neft
sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% bəndi artaraq 56,6%
təşkil etmişdir. 2013-cü ildə qeyri-neft sənayesi məhsullarının istehsalı 4,8% artmış və 6,8 milyard manat təşkil etmişdir.
Dostları ilə paylaş: