II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
259
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Əsərin bir çox hissələrində Həsənzadənin mərhum həyat yoldaşı ilə dialoqu əks olunmuşdu Həsənzadənin həyat
yoldaşı Xurşid ilə danışığı əsəri daha təsirli edir. Xurşid dəfələrlə ona yenidən ailə qurmağı təkidlə söyləsə də,
Həsənzadənin ona cavabı bu olur: “Sən mənim üçün həddindən artıq yaxşı olmusan. Bəlkə də ,mənim yerimə bir başqası
olsaydı , sənin vəfatından bir-iki il sonra evlənərdi...Sən deyən kimi ,özünə təzə həyat qurardı... Mən bunu bacarmadım.
Hər dəfə bu barədə düşünəndə... Yox , bu mümkün deyildi və mən bu cür hərəkət etmədiyim üçün özümü məzəmmət
eləmirəm!..Mən çəkdiyim əziyyətlərdən, məhrumiyyətlətdən narazı deyiləm”
Həsənzadə mərhum həyat yoldaşının ruhu ilə görüşəndə nə qədər hüznlü və kədərlidirsə , Nargilənin anası
Nəzakətlə qarşılanda onda doğma balasına qarşı mehriban münasibəti yaratmaq naminə prinsipiallıqla silahlanır, ancaq
Nargilə ilə rastlaşanda isə tamam dəyişir , gəncləşir, cavanlaşır . Əsərdə Həsənzadənin qəlbini gəncləşdirən , onu
tənhalıqdan qurtaran , xəyallara bürünmüş qaranlıq ömrünə işıq saçan Nargilədir . Ana sevgisindən məhrum olan ,
valideyn məhəbbətinə , adi insani ünsiyyətə belə möhtac qalan Nargilə Həsənzadədə həm də atalıq duyğusu oyadır.
Həsənzadə ilə Nargiləni bir-birinə sanki ilahi bir ehtiyac bağlayır . Nargilə ilk baxışda yüngül təbiətli görünsə də ,
Həsənzadə bu görüntünün aldadıcı olduğunu başa düşür . Nargilə Həsənzadənin mənzilinə gələndə sanki onun buz
heykəli əriyib , yox olur. Əvəzində isə gözümüz qarşısında canlı insan, kişi , ata və valideyn obrazı canlanır. Həsənzadə
Nargilənin məhəbbətinə hörmətlə yanaşaraq, onun qəlbini sındırmaq istəmir . Buna görə də Nargilənin “sevgi nağılını”
övladın ataya olan məhəbbətinə çevirməklə sanki odun üstünə sərin su səpmiş olur. Həsənzadə gənc yaşlarında həyatdan
küsdürülmüş qızcığaz – Nargiləni depressiyadan çıxararaq onu ürəyi həyat eşqi ilə döyünən insana çevirir, onun anası
Nəzakəti isə Fərəcin köləliyindən azad edir.
Nargilənin anası ilə münasibətlərinin düzəlməsində Həsənzadənin rolu böyük olur. Həsənzadə sanki onun anasının
gözlərini açır. Həsənzadə ona deyir: “ Uşağı dünyaya gətirmək hələ işin başlanğıcıdır Əsl məsələ onu böyütmək, insan
arasına, həyata çıxarmaqdır. Ərə getmək analıq hüququnu , analıq məsuliyyətini tapdalamaq,atasız, köməksiz bir qız
uşağını illərlə dindirməmək, axırda da əsəblərini korlayıb qapılara salmaq demək deyildi”
Bir sıra şəxslər müəllif haqqında, əsər haqqında fikirlər söyləmişdir. Yaşar Qarayevin İlyas Əfəndiyev və onun “Sən
həmişə mənimləsən” əsəri haqqında fikirləri: “Yazıçı İ.Əfəndiyev son illər nəsr sahəsində daha məhsuldar və səmərəli
işləmişdir. Onun povest və romanları ,xüsusən ,əxlaqi-psixoloji problemlərin qoyuluşu və həlli sahəsində , müasir
nəsrimizin axtarış və nailiyyətlərini ən yaxşı əks etdirən əsərlərdəndir . Sevindirici haldır ki, İ.Əfəndiyevin son pyesi də bu
nəsrin nailiyyətləri zəminində və səviyyəsində yazılmışdır”.
Məhz buna görədir ki, “Sən həmişə mənimləsən” pyesi ədəbi həyatımızda yeni söz,müvəffəqiyyətli bir hadisə olub
lirik, perspektivli dramaturgiya,müasir psixoloji teatr yaratmaq yolunda yaxşı bir təşəbbüs, təcrübə kimi də səslənə
bilmişdir .
Dostları ilə paylaş: |