FRANSIZ DİLİNİN MİLLİ DİL KİMİ FORMALAŞMASININ TARİXİ ŞƏRTLƏRİ
Aynur SÜLEYMANOVA
Bakı Slavyan Universiteti
Ayka_ssss@mail.ru
Fransız dilinin tarixi bir sıra tanınmış şəxsiyyətlərin adı iləbağlıdır. Bunlara Malerb, Vojla, Fransız Akademiyasının
yaradıcılarını və klassik yazıçıları misal göstərmək olar. XVII əsr qrammatiklərinin ilk narahatlığı dili düzəltmək əvəzinə
onun düzgün istifadə qaydalarını formalaşdırmaq idi. Onlar dilin lüğət tərkibini təmizləmək, bir sıra sözləri qoruyub
saxlamaq, sinonimləri tamamilə silmək və ya məhdudlaşdırmaq istəyirdilər, çünki, sinonimlərin çoxluğu dilə ağırlıq
gətirirdi.Fransız dilinin normalizasiya probleminin həllində F. Malerbin əvəzsiz xidmətləri olub. O, dialektləri saxlamaq,
arxaizmlərin dildə istifadəsini davam etdirmək, texniki terminlərdə heç bir dəyişiklik etməmək, neologizmlərin qarşısını
almaq, kobud sözləri isə kökündən yox etmək istəyirdi. Malerb XVI əsr dilçilik nəzəriyyəsinə qarşı qalxdı və fransız
ədəbiyyatı onun doktrinası ilə razılaşmalı oldu. Onun məqsədi dili aydın, təmiz və dəqiq etmək idi. Malerb sözlərin
mənalarını müəyyənləşdirdi, bu mənaları qaydalara uyğun şəkildə sxemləşdirdi. Ümumiyyətlə, Malerb klassisizmin varisi
hesab olunduğu kimi, normalizasiya probleminin həllində mühüm xidmətləri olan dilçidir. Malerbdən başqa fransız dilinin
normalizasiya problemində əvəzsiz xidmətləri olan daha bir dilçi - Klod Vojladır. O, “Fransız dilində qeydlər”(Remarques
sur la langue française) əsərində dilçiliyin yeni nəzəri əsaslarını araşdırmışdır. Vojla bu əsərində ilk olaraq dilin yüksək
istifadə qaydalarına uyğun olub olmamasını müəyyənləşdirmişdir. O, dilin istifadə qaydalarına uyğun olaraq neologizmləri,
arxaizmləri, texniki terminləri, düzəltmə və mürəkkəb sözləri qadağan edirdi. Vojla, həmçinin, bəzi uzun sözləri qısaltmağı
təklif edirdi, çünki, bu sözlərin dildə istifadəsi əlverişsiz idi. Onun bu sahədəki işlərilə tanış olmaq üçün “Fransız dilində
qeydlər” əsərindən belə bir sitata nəzər salaq: “Dil elə bir ünsiyyət vasitəsidir ki, onu ifadə etdiyimiz kimi yazmaq
olmaz.”Ümumiyyətlə, normalizasiya-çıxış yolu deməkdir, eyni linqvistik cəmiyyət daxilində bütün qarışıq sosial
kateqoriyaların, bütün natiqlərin bir-birini qarşılıqlı anlamasını təmin edən ümumi dilin linqvistik parçalanması vəziyyətidir.
Fransız dilinin normalizasiya problemi gözəçarpan xüsusiyyət kimi tanınır. Hələ XVII əsrdə Parisdə mövcud olan yüksək
təbəqə kortəbii şəkildə naməlum bir normaya riayət edirdi. Belə bir sual ortaya çıxır ki, XVII əsr boyu şifahi və yazılı dil
ümumiyyətlə normalizasiya prosesinin davamçısı olubmu? Bu suala cavab tapmaq və fransız dilinin dilin düzgün istifadə
qaydalarına uyğunlaşmasını təmin etmək üçün normalizasiya prosesi yaradıldı. Bu dil müxtəlifliyinin ilk dəfə məhkəmə və
kommunikativ sözlərə şamil edilməsi fransız dilini “standartlaşdırmış” dil etdi. Fransız dilinin milli dil kimi
formalaşmasının bir neçə tarixi faktlarına nəzər sala bilərik. XVI əsrdə krallığa qarşı olan mübarizə fransız dilinin “kral dili”
elan olunması ilə nəticələndi və milli dil kimi bütün Fransa ərazisində sürətlə yayılmağa başladı.Bu dövrdə yeganə dil kimi
istifadə olunan latın dili yavaş-yavaş sıradan çıxmağa başladı və ikinci plana atıldı. Fransız dili hökumət və məhkəmə
tərəfindən qəbul edildi, lakin cəmiyyətdəki yerini tam möhkəmlədə bilmədi. Buna görə də 1539-cu ildə kral I Fransua
Villers-Cotteretsdə “Bütün ictimai aktların Fransuanın ana dilində tələffüz edilməsi və yazılması” haqqında mühüm bir
fərman imzaladı. Ümumiyyətlə, XVI əsr latın dilini və onun funksiyalarını aradan qaldırmaq üçün fransız dilini müdafiə
edən bir dövr idi. Bu fakt, fransız dilini milli dil sırasına daxil etdi.
|