II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
350
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
“Abbat” (1820); “Monastr” (1820); “Kenilvort” (1821); “Peveril Pik” (1822); “Piratlar” (1822); “Kventin Dorvard”
(1823); “Sent-Ronan suları” (1824); “Redqontlet” (1824); “Həmail” (1825); “Adaxlı” (1825); “Vudstok” (1826); İki çodar”
(1826); “Dağlı dul qadın” (1827); “Pert gözəli, və ya sevgililer günü” (1828); “Kobud kral” 1829; “Parisli qraf Robert”
(1831); “Təhlükəli qəsr” (1831); “Maltanın mühasirəsi” (1832) adlı romanları vardır.
V.Skottun romanları mövzusuna görə, bir neçə qrupa bölünür. Skottun romanlarının əksəriyyəti öz vətəni
Şotlandiyanın tarixi keçmişinə həsr edilmişdir. Bunlar Şotlandiya romanları adlanan seriyanı təşkil edir. “Ueverli, yaxud
altmış il əvvəl”, (1814), “Qay Mannerinq” (1815), “Antikvar” (1816), “Puritanlar” (1816), “Rob Roy” (1817) və başqaları
bu seriyaya daxildir.
Yazıçının Şotlandiyanın tarixinə aid yazdığı tarixi romanlarından biri də “Puritanlar” romanıdır. Romanda 1679-cu
ildə baş verən hadisələrdən bəhs edilir. Məhz həmin ildə Şotlandiyada, 1660-cı ildə bərpa edilmiş Stüartlar sülaləsinin
əleyhinə puritanlar üsyan qaldırmışlar. Puritançılıq vahid bir hərəkat deyildi. Bu hərəkatın sağ qolunu iri burjuaziya təşkil
edirdi, onlar feodalizmin əleyhinə getsələr də, inqilabdan qorxurdular. Sol qolunu isə xalq nümayəndələri təşkil edirdi, onlar
ölkədə inqilabi yolla əsaslı ictimai dəyişikliklər etmək tələbini irəli sürürdülər.
V.Skottun bir sıra romanlarında isə İngiltərənin keçmişi təsvir edilir. Bu romanlara “Ayvenqo” (1819), “Monastır”
(1820), “Rahib” (1820), “Kenilvort” (1820), “Vudstok” (1826) əsərləri daxildir.
Bu baxımdan “Ayvenqo” romanı V.Skottun ən maraqlı və əhəmiyyətli əsərlərindən biridir. Yazıçı bu romanda
İngiltərənin bu mürəkkəb yenidənqurma dövrünü, pərakəndə feodal malikanələrinin vahid bir krallığa çevrilməsi prosesini
düzgün əks etdirmişdir. Əsərdəki hadisələr XII əsrdə, yəni Orta əsr İngiltərəsində feodal qaydalarının yaranıb
möhkəmləndiyi dövrdə cərəyan edir
V.Skott öz romanlarında başqa Avropa ölkələrinin tarixinə də müraciət etmişdir. Yazıçı öz ölkəsini ürəkdən sevdiyi
kimi, Qərbi Avropanın başqa ölkələrinin də tarixini gözəl bilir və keçmişi misilsiz bir məharətlə canlandırmağı bacarır.
V.Skott uzaq keçmişin bədii lövhələrini canlandırmaqla, tarixi inkişafın qanunauyğunluğunu, tarixi cəhətdən proqressiv
olan yeni qüvvələrin ölümə məhkum köhnə qüvvələr üzərində qələbəsinin zəruri olduğunu göstərir.
“Kventin Dorvard” və “Həmail” əsərləri də bunlara aiddir. “Kventin Dorvard” əsəri Fransanın tarixinə, “Həmail” əsəri
isə avropalıların müsəlman və Şərq ölkələrinə qarşı apardıqları “Xaç yürüşləri”nə həsr olunmuşdur.
“Kventin Dorvard” romanında hadisələr Fransada XI Lüdoviqin hakimiyyəti dövründə cərəyan edir. Valter Skott
hadisələrin 1468-ci ildə baş verdiyini göstərir. Tarixin dəqiq göstərilməsi V.Skottun romanında təsadüfi deyil. Onun başqa
romanlarında olduğu kimi, “Kventin Dorvard” romanında da hadisələrin baş verdiyi ölkələrin həyat və məişətinə aid bir çox
həqiqi faktlar, tarixi simalar, dəqiq və real təsvirlər vardır.
“Həmail” romanı tamamilə fərqli bir mövzuya, yəni Orta əsrlərin ən əhəmiyyətli hadisələrindən biri hesab edilən Səlib
yürüşlərinə həsr olunmuşdur. Skott bu əsərində yalnız əsas diqqəti fərqli bir mövzuya yönəltməmiş, eyni zamanda Səlib
yürüşlərinin ən məşhuru sayıla biləcək “Üçüncü Səlib yürüşü”ndən bəhs etmişdir.
Dostları ilə paylaş: |