Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə618/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   614   615   616   617   618   619   620   621   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

349 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Aleksandr Miçelin Beovulfun adının Bee + Wolf  söz birləşməsi  ilə (mənası eşşək arısı deməkdir) bağlandığı sadəcə 

olaraq yanlış fərziyə kimi qəbul edilə bilər. Ona görə ki, A.Miçelin yazdığı kimi “Beovulf lap ayı kimidir. Onun əllərində 

otuz kişinin gücü vardır və o, Qrendellə döyüşə silahsız çıxmağı qərar verir” [1, s. XXVI]. 

“Beovulf” dastanında bəşər tarixinin müəyyən dövrü öz bədii ifadəsini tapmışdır. Bu dastanda həm daniya, həm də git 

irqlərinin mübarizlik ruhu, qələbəsi və  məğlubiyyəti, üç nəsildən çox davam edən isveçlərin, eləcə  də bu mərhələnin 

müəyyən hissəsində hithobardların, frizian və frankların tarixi göstərilmişdir. Dastan miqrasiya əsrinə  qədər gəlib çıxan 

əsrlərdə Baltik və Şimal dənizlərinin dünyasını tərənnüm edir. 

Lakin bu cəhəti xüsusilə qeyd etmək istərdik. Bu, hər şeydən əvvəl, “Beovulf” dastanında, eləcə də Vilyam Şekspirin 

“Hamlet” faciəsində “Orta əsrlər dövrü Danimarkası”nda baş verən hadisələrin təsviri ilə bağlıdır. Həmin dövrün qədim 

dövr kimi verilməsi daha geniş miqyasda qəbul edilsə də, elə hesab edirik ki, zamanın müəyyənləşdirilməsi nisbi xarakter 

daşıyır. Fikrimizcə, qədim dövrün eramızdan əvvəlki mərhələ olduğu həqiqətə daha uyğun gəlir.  

Bütövlükdə isə “Beovulf” və “Kitabi-Dədə Qorqud” dastanlarında folklor ənənələrinin canlı və dinamik şəkildə  əks 

olunduğunu söyləmək mümkündür. 

Apardığımız təhlil və  şərhlər  əsasında belə  nəticəyə  gəlmək olar ki, Şimli german tayfaları ilə  oğuzlar eyni 

dünyagörüşü paylaşmışlar. 

Hər iki dastanda Orta əsrlər cəmiyyətinə xas ümumiliklər aşağıdakılardır. 

Məlumdur ki, müharibə ya sevinc, ya da kədər gətirir. Kədərin təsvirində üz cırmaq, saç yolmaqla teatrlaşdırılan 

“ağlamaq”, “şivən qoparmaq” ifadələri hər iki dastanda ifadə olunmuşdur. 

Beləliklə, oturaq həyatın həm Qərbi Avropa, həm də türk epik ədəbiyyatının yazılmasına səbəb olduğunu da söyləmək 

mümkündür. Hər iki dastanda ikili dünyagörüşün mövcud olduğunu söyləmək olar: köçəri (şifahi), oturaq (yazılı). Həm 

“Beovulf”da, həm də “Kitabi-Dədə Qorqud”da ağız ədəbiyyatının, yəni folklor ənənələrinin əks olunduğu qənaətimizi ifadə 

edirik.  

“Kitabi-Dədə Qorqud” Oğuz tayfalarının köç tarixini izləmək, onların qarşılaşdığı  və birgə  məskunlaşdığı xalqların 

tarixini öyrənmək üçün dəyərli mənbədir. 

German tayfalarının, o cümlədən anqlo-saksonların  “Beovulf” dastanı isə daha çox skandinav xalqlarının tarixi 

görüntüsü haqqında müəyyən bilgiləri əks etdirir. 

ƏDƏBİYYAT 

1.  Beowulf. A Verse Translation. Revised Edition. Translated with an Introduction and Notes by Michael Alexander. 

London: Penguin Books, 2001. 

2.  Sanders Andrew. The Short Oxford History of English Literature. Second Edition. Oxford University Press, 2001.  

3.  The Book of the Oghuz Peoples of Legends told and Sung by Dede Korkut (Foreword and Translation by P.Mirabile). 

Voices Itinerants, 1971. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   614   615   616   617   618   619   620   621   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin