Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə658/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   654   655   656   657   658   659   660   661   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

371 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Amerikanizm kimi xarakterizə edilən digər ixtionim komponentli frazeoloji vahid etnokultural şərtləndirməyə malikdir 

və onun tarixi kökləri ABŞ  ərazisindən kənara gedib çıxır. Söhbət “çətin situasiya, qəliz vəziyyət” anlamını verən 

fine/pretty kettle of fish ifadəsindən gedir (That's a fine kettle of fish - the car won't start and I have to leave in five 

minutes. “Vəziyyət qəlizdir: maşın işə düşmür, mən isə beş dəqiqqəyə yola düşməliyəm” ). İlk istifadəsi XVIII əsrə aid olan 

və  şotlandların təbiət qoynundakı istirahət adətlərindən qaynaqlanan bu ifadənin etimoloji izahı  “balıq qazanı” mənasını 

bildirir. Zamanla kettle sözünün “çaydan” Aogizmi şotlandların balıq piknikindən sonra səs-küylü istirahət adətinin 

neqativ səciyyələndirməsindən törəməsi şübhə doğurmur Ежи Лисовский. English day: a kettle of fish ) 

İngilis dilinin ABŞ variantında yer alan ixtionim komponentli digər maraqlı ifadə XX əsərin 90-cı illərində televiziya 

tənqidçiləri tərəfindən ədəbi dilin dövriyyəsinə salınmış Jumping the shark və ya to jump the shark ifadəsidir. Daha öncəki 

frazeoloji vahiddən fərqli olaraq, to jump the shark ifadəsi ABŞ  ərazisində meydana gəlib formalaşmışdır. Con Heyn 

tərəfindən istifadə edilməyə başlayan bu frazeologizm məşhur ABŞ TV serialı “Xoşbəxt günlər”in qəhrəmanının akula 

üzərindən atlayışına allyuziya (latın dilində:allusio “eyham, işarə” deməkdir ) kimi meydana çıxmışdır. TV tənqidçiləri 

arasında qazandırğı  məna yükü isə  hər hansı bir TV serialın, verlişin öz məşhurluğunun pik nöqtəsindən atlayışı  və TV 

auditoriya itirməyə doğru zəifləməsini xarakterizə edir. Məsələn: Lara Croft doesn't jump the shark –  she's much too 

refined for such blatant pandering – but she does manage to take it for a ride. Washington Post, July 25, 2003. Nümunədən 

də göründüyü kimi, burada kinotənqidçinin Lara Kroft haqqında sikvellərə münasibəti öz əksini tapmışdır və  həmin 

filmlərin hələ də öz auditoriyasını itirmədiyi bildirilmişdir.  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   654   655   656   657   658   659   660   661   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin