Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə659/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   655   656   657   658   659   660   661   662   ...   1149
 

 

DİALOQUN STRUKTUR-SEMANTİK TƏŞKİLİ

 

 

Məsmə İSMAYILOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



mesme.ismayilova@mail.ru 

 

Dialoji nitqin semantikası leksik vahidlərin semantikasından fərqlənir. Burada semantika anlayışı başqa şəkildə təyin 

olunur. Dialoqda semantika sözün, ifadənin və ya qrammatik formanın mənasından genişdir. Dialoqun semantikası onun 

ayrı-ayrı replikalarının məzmunu, bu replikaların ümumi mövzuya münasibəti, dialoq iştirakçılarının, rolunu (danışan-

dinləyən-danışan) dəyişməsinin ümumi məzmuna təsiri, dialoqun praqmatikası, dialoqda intonasiya, məntiqi vurğunun 

məzmuna təsiri kimi məsələləri əhatə edir. Ona görə də dialoji nitqdə hər bir replika dialoqun ümumi gedişindən asılı olaraq 

təşkiledicilərinin semantikasından fərqli məzmun, məna ala bilər.  

Dialoji nitqdə  məntiq dialoq iştirakçılarının kommunikativ strategiyasında, kommunikativ niyyətində gizlənir. 

Məsələyə diskurs təhlil yönündən yanaşsaq dialoqda replikaaltı, mətnaltı  mənaları ayırmaq lazım gəlir. Bu cəhət dialoq 

iştirakçılarının öz rollarnı dəyişməsində də ifadəsinı tapır. Yerdəyişmə təsadüfı səciyyə daşımır. Bu, dialoji nitqin gedişinin 

doğurduğu gerçəklikdir. Kommunikativ rolun dəyişməsi mexanizmi kommunikativ təşəbbüs üzərində  nəzarətdir. Lakin 

kommunikativ rolun dəyişməsi göstərıcısi mütləq deyildir. Ünsiyyət prosesində xalis monoloq olmur. Ünsiyyət ən azı ikinci 

tərəfın kommunikativ prosesə qoşulmasını  tələb edir. Monoloji nitq də, dialoq da müəyyən hüduda malik olur. Onların 

başlanğıcı və sonu vardır. Bununla belə, nə dialoqun, nə də monoloqun sonu heç də mövzunun tam bitməsi sayıla bilməz. 

Hər bir dialoq müəyyən məzmuna və ya məzmunlar toplusuna malik olur. Həmin məzmun dialoq vahidlərinin 

semantikasından təşkil olunur. Deməli, dialoqun semantik təşkilediciləri vardır. V.V.Vinoqradov nitq ifadələrini, onların 

quruluşunu, əlaqə növlərini, qovuşmalarını, özünəməxsusluğunu tədqiq etməyin zəruriliyini qeyd etmişdir. 

Dialoji nitqin semantik xüsusiyyətləri həm dialoqda işlənən leksik vahidlərin sintaktik konstruksiyalarının mənalarına, 

həm də dialoqun bütün parametrlərinin kompleks nəzərə alınmasına görə araşdırıla bilər. Dialoji nitqdə  də 

kommunikantların ayrı-ayrılıqdakı kommunikativ niyyətlərini, eləcə də ümumi dialoqun məzmununu başa düşmək dialoq 

semantikasına kompleks yanaşmanı tələb edir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   655   656   657   658   659   660   661   662   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin