II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
370
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
bəzən də fərqində olunmadan daha qabarıq şəkildə öz əksini tapır. Çinua Akebenin “ Hər şey dağılır” (Things Fall Apart)
və ya Bapsi Sidvanın “ Parçalanan Hindistan” ( Cracking İndia və ya İce-Candy-Man) əsərlərində, milli adət və ənənələrin
təsviri, izahları verilmiş və verilməmış ifadələrin istıfadəsi ilə, Naipaulun romanlarında yerlilərin standard ingilis dilindən
fərqlənən yerli dillərlə ingilis dilinin qarışığından yaranan dialektlərin verilməsi ilə İngilis dili birbaşa olaraq asanlıqla
Afrikalaşdırılır və ya Pakistanlaşdırılır. Bu lokalaşdirma vasitələri ilə də milli mənsubiyyət ifadə olunaraq təsdiqini tapmış
olur. Bu zaman eyni bir prosesin əksinə getdiyini görə bilirik, Naipaul, Akebe kimi yazıçıların qeyd etdiyi kimi ingilis
koloniyalarında Viliam Vördsvörsün “ Nərgizlər” (“Daffodils”) şerini öyrənmək məcburiyyətində qalan uşaqların heç
zaman görmədikləri sarı nərgizlərlə dolu təpəni reallıqla birbaşa uyğun olmayan şəkildə təssəvür eləmələri qeyri mümkün
idi . Bu koloniya xalqlarının dil vasitəsilə koloniyalaşdırılması idisə, eyni xalqlar dekolonizasiya dövründə ingils dilinə yerli
dillərdən gələn sözləri qatmaqla yeni məna çalarları yaratmağa başladılar. Beləliklə nəinki müxtəlif dillər və
mədəniyyətlərin bir birinə qovuşması, həm də ingilis dilinin qatları arasında zaman səyahəti baş verməkdədir desək
yanılmarıq. Dildə gedən bu prosess Baxtinin heterglosia və dialogizm nəzəriyyəsinə ən bariz nümunədir: “ ...Beləliklə
istənilən an sosial idealoji həyatın müxtəlif dövr və mərhələlərin dilləri birgə yaşayır.... Buna görə də tarixin istənilən anında
dil başdan ayağa heterglotdur : o keçmiş və indi arasındakı , keçmişin müxtəlif dövrləri arasındakı, indinin müxtəlif sosial
ideoloji qrupları arasındakı , tendensiyalar, məktəblər, dairələr və sair arasındakı sosial-ideoloji ziddiyyətlərin varlığını bir
bütün şəklində təqdim edir. Buna görə də dillər bir birini xaric etmir, daha çox bir birləri ilə müxtəlif yollarla kəsişir.”.
Beləliklə. ingilis dilinin koloniyalarda yayılması zamanı heç bir tərəfin dili tam olaraq yox olmur, əksinə biri digərinə
qarışaraq yaranmaqda olan mühitin tələblərinə uyğun olan və postkolonial tarixin yükünü daşıya bilən yeni bir ifadə
vasitəsi yaratmış olur.
Dostları ilə paylaş: |