Microsoft Word Materiallar Full


İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ QRAMMATİKANIN ROLU



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə685/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   681   682   683   684   685   686   687   688   ...   1149
İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ QRAMMATİKANIN ROLU

 

 

Sara ŞÜKÜROVA 

Bakı Slavyan Universiteti 



s.b.w@bk.ru 

 

Müasir dövrün ən vacib tələblərindən biri xarici dil bilgisidir. Xarici dilin öyrənilməsi zamanı başlıca vəzifə bu dilə 



əməli yiyələnməkdən ibarətdir. Başqa sözlə, xarici dilin tədrisində hər bir mövzu nitq vərdişlərinin inkişafına yönəlmişdir. 

Bu və ya digər xarici dilin tədrisində bir sıra mühüm amillər vardır və bunların ən başlıcası həmin dilin qrammmatikasina 

yiyələnməkdir. 

Qrammatikasız heç bir dil mövcud ola bilməz. Hər bir dil özünəməxsus qrammatikaya və qrammatik quruluşa 

malikdir. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə 

dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrənir. 

Dil ancaq qrammatikanın sayəsində ünsiyyət vasitəsinə çevrilir və kommunikativ funksiya daşıyır. Ingilis dili gözəl dil 

olmaqla bərabər, lüğət tərkibi etibarı ilə olduqca zəngin və rəngarəngdir. Lakin qrammatika olmasaydı, lüğətlərdəki sözlər 

bir yığın olaraq qalardı. Odur ki, ingilis dilinin tədrisində qrammatika böyük əhəmiyyət kəsb edir. Nəinki ingilis dilinin 

tədrisində, eləcə də digər bütün xarici dillərin tədrisində qrammatika mühüm rol oynayır. 

Məlum olduğu kimi azərbaycan dili və ingilis dili müxtəlif dil qruplarına daxildir. Ingilis dili Hind-Avropa dillərinin 

German qrupuna, azərbaycan dili isə türk dillərinin Oğuz qrupuna daxildir. Ingilis dili morfoloji quruluşuna görə analitik

azərbaycan dili isə aqqlütinativ dildir. Buna görə də həmin dillər arasında ciddi qrammatik fərqlər mövcuddur. Ingilis dilini 

öyrənən hər bir şəxs həmin fərqlər əsasında meydana gələn çətinliklərlə üzləşməli olur. 

Müasir ingilis dilində söz birləşmələrində  və cümlələrdə sözlər arasındakı sintaktik əlaqələr başlıca olaraq köməkçi 

sözlərlə- köməkçi fellər, sözönləri, artikl, söz sırası və digər vasitələrlə ifadə edilir. Məsələn, müasir ingilis dilində felə xas 

olan zaman formalarının əksəriyyəti köməkçi fellər (to be, to have, shall/will) vasitəsilə düzəldilir, məsələn: 

I am reading an interesting book at the moment (İndiki zamanın davamedici forması). 

I had never seen her before (Keçmiş zamanın bitmiş forması). 

They will stay at home (Gələcək zamanın qeyri-müəyyən forması). 

This time next week she will be lying on a beach or swimming in the sea (Gələcək zamanın davamedici forması) və s. 

Ümumiyyətlə, ingilis dilinin tədrisində  ən gözəl vasitə qrammatikanı müqayisəli  şəkildə  tədris etməkdir. Məsələn, 

azərbaycan dilində ismin hal şəkilçiləri ingilis dilində sözönü adlanan köməkçi nitq hissəsinə uyğun gəlir, məsələn: 

The map of the country – ölkənin xəritəsi 

She is at school – O məktəbdədir. 

I go to the cinema – Mən kinoya gedirəm. 

He suffered from heart disease – O ürək xəstəliyindən əziyyət çəkirdi və s. 

Ingilis dilində ismin müəyyənlik və qeyri-müəyyənlik kateqoriyası vardır və artikl adlanan köməkçi nitq hissəsi ilə 

ifadə olunur, məsələn: 

I had a sandwich and an apple for lunch. The sandwich was not very good but the apple was nice. 

Artikl azərbaycan dilinə xas xüsusiyyət olmadığından, onu azərbaycan dilindəki hər hansı bir nitq hissəsi ilə 

müqayisəli şəkildə tədris etmək olmur. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   681   682   683   684   685   686   687   688   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin