II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
387
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
onu Alisa kimi səsləndiririk), ikinci Lasidir (Lacie, Alisanın (Alice) anaqramıdır (yəni bir kəlmənin hərfləri ilə başqa sözün
düzəldilməsidir, məs.: yaqut – tuqay) və üçüncü bacı Tillidir (Tillie – Editə (Edith) verilən əzizləmə addır).
Tənqidçilər “Alisa” əsərini əzab-əziyyətə düçar olmuş insanın bədii inikasını təqdim etdiyini qeyd edirlər. “Alisa”da
bir nəfər də olsun belə mehriban, mərhəmətli obraz kimi verilməmişdir. “Burada təcavüzkarlıq, zorakılıq və allahsızlıq var”
(1, s.44) yazan Piter Hantın fikri mübahisəlidir. Elə bil ki, Alisa “ağılsız, Allahsız dünyanın” caynaqlarında var-gəl edir.
“Bir burada hamımız dəliyik” deyən əsərin yaddaqalan obrazlarından biri Çişayər Pişiyinin söylədiyi kimi hər şey vahimə,
qarabasmaların içində oxucunu heyrətləndirir.
“Puffin” uşaq ədəbiyyatı nəşriyyatının redaktoru “Alisa”nın müəllifi haqqında, xüsusilə onun balaca qızların müxtəlif
pozalarda çılpaq şəkillərini çəkməkdə çox rüsvayçı bir ad qazandığını söyləyir.
Qatarla səyahətə çıxanda belə özü ilə tapmaca, oyun ləvazimatları və kiçicik oyuncaqlar götürən yazıçı düşdüyü
kupedə uşaqlara gətirdiklərindən pay verərdi. Bundan savayı dəniz kənarına çıxanda bir büküm sancaq töküb aparardı.
Buradakı balaca qızların rahatlığı üçün lazım gələndə onların paltarlarının ətəyini yuxarı qatlayıb sancaqlamaq istəsələr,
velosipedi daha rahat sürmək üçün onlara kömək edərdi (1, s.12).
Uşaq ədəbiyyatı tənqidinin ən böyük gücü də elə bundadır. Nə qədər qəribə olsa da, keçmiş sovet birliyində şair və
yazıçıların yaradıcılığı ilə şəxsi həyatı arasında əlaqə vəhdətdə öyrənilmədiyindən gurultulu və tərif dolu ibarələrlə ədəbi
tənqid sözünü söyləmişdir.
ƏDƏBİYYAT
1. Hunt Peter. The Fundamentals of Children’s Literature Criticism: Alice’s Adventures in Wonderland and Through the Looking-Glass.
The Oxford Handbook of Children’s Literature. Edited by Julia L.Mickenberg and Lynne Vallone. Printed in the United States of
America: Oxford University Press, 2011.
2. Nağıyev Cəlil. Böyüklərin uşaq dünyası. – Lüis Keroll. Redyard Kiplinq. Ceyms Barri. Alan Aleksandr Miln. Bakı: Gənclik, 1986.
Dostları ilə paylaş: |