II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
386
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Müasir ingilis dilində hər hansı bir fikri ifadə etmək üçün cümlədə sözlərin düzgün sırası olduqca vacibdir.Azərbaycan
dilindən fərqli olaraq müasir ingilis dilində söz sırası sabitdir. Həm cümlədə, həm də söz birləşmələrində sözlər arasında
sintaktik əlaqənin söz sırası ilə ifadə edilməsi lazım olan mənanı əldə etmək üçün sözləri düzgün, yerli-yerində işlətmək
zərurəti yaradır. Əks təqdirdə cümlənin, söz birləşməsinin semantikası dəyişir, məsələn:
The teacher teaches the pupil. - Müəllim şagirdi öyrədir.
The pupil teaches the teacher. - Şagird müəllimi öyrədir.
Ingilis dilinin tədrisində qramatikanin mühüm rolu barədə daha bir çox misal vermək olar. Bu dildə ünsiyyət qurmaq
üçün, hər hansı bir fikri səlis və aydın ifadə etmək üçün ən azı sözlərin cümlədə işlənmə ardıcıllığı barədə qrammatik
qayda-qanunlara yiyələnmək lazımdır. Odur ki, ingilis dilinin tədrisində, eləcə də digər xarici dillərin tədrisində
qrammatikanın əvəzsiz rolu vardır.
Dostları ilə paylaş: |