Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə850/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   846   847   848   849   850   851   852   853   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

482 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

münasibət aid edilir. Yeniyetməlik yaş dövrü özündə kiçik məktəblilərin, eləcə  də böyük məktəblilərin bir sıra 

xüsusiyyətlərini birləşdirən, kifayət qədər mürəkkəb bir yaş dövrüdür. Yeniyetmə şəxsiyyətinin mühüm komponentlərindən 

biri və başlıcası öz daxili aləminə nüfuz, özünüdərkdir. Bu yaş dövründə özünüdərkin başlıca xüsusiyyəti identifikasiya 

(özünü bənzətmə) ilə bağlıdır. Özünüdərk üçün başlıca cəhət koqnitiv və emosianol sferadır. 

Autist uşaqlar üçün xatakterik olan xüsusiyyətlərdən başlıcası özünəqapanma, tənhalığa meyl etməkdir. Bu vəziyyət 

yeniyetməlik yaş dövründə özünü daha çox göstərir. Ümumiyyətlə yeniyetməlik yaşında  şagirdlər digər yaş dövrləri ilə 

müqayisədə daha çox tənhalığa meyl edirlər. 

Psixoloq və pedaqoqlar yeniyetmələrin tənhalığa meyl etmələrini başlıca olaraq şəxsi, sosial və situativ amillərlə 

əlaqələndirirlər.  Əlbəttə, burda amillərdən biri yeniyetmənin öz  “mən”inə  bələd olması ilə bağlıdırsa, digər səbəb kimi 

onların böyüklər və yaşıdları  tərəfindən başa düşülməmələri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, mühiti dəyişən, 

öyrəndikləri ailə mühitindən ayrı düşən autist yeniyetmələr özlərini daha narahat hiss edir, daha aqressiv olurlar. Təlim 

prosesi onların koqnutiv inkişafına o qədər də  təsir etmir. Psixi inkişafında ləngimələr olan autist yeniyetmələr gələcək 

barədə az fikirləşir, öz gələcəklərini təsəvvür edə bilmirlər. Onlarda özünüidentifikasiya zəif olduğundan yeni mühitə

dəyişkənliyə uyğunlaşa bilmirlər və buna görə də yeni situasiyaya düşdükdə həyəcanlanır, özlərini itirirlər. Belə vəziyyətə 

onlar ikili reaksiya verirlər: ya həddən artıq passivləşir, müti olur, ya da çılğınlaşır, hiperaktiv olurlar.  

Autist yeniyetmələrin bəziləri özlərini  ətraf mühitdən izoliasiya edirlər. Autizmin və ya autistik yalnızlığın bütün 

əlamətlərini nümayiş etdirirlər. İnsanlardan uzaqlaşar, tənhalığı üstün tutarlar. Bu insanlar saatlarla otaqda tək başına qala 

bilərlər. Belə vəziyyətdə narahat edilmək istəməzlər. Tək qalmamaq üçün məcbur edildikdə çətinlik yaratmazlar, ancaq tək 

başına buraxıldıqda da öyrəndiklərini unudarlar. İnkişafları dayanar, hətta geriləmə müşahidə olunar. Bəziləri isə sosial 

fəaliyyətlərdə  iştirak edə bilərlər. Ancaq sosial bərabərliyi  şəxsi həyatlarında yaşaya bilməzlər. Yeniyetməlik dövründən 

etibarən autist insanların bir peşəyə yönləndirilməsi və sosial həyata daxil edilməsi çox vacibdir. Peşə  fəaliyyəti autist 

insanların rahat bir yetkinlik dövrü keçirtmələrini asanlaşdırır.  

Autizmi dərhal qəbul etmək lazımdır. Unutmaq olmaz ki, problemli bir uşağa sahib olmaq hər şeyin sonu demək deyil. 

Valideynlərin qəbul etməyi təxirə salması, problemi ortadan qaldırmayacaq. Əksinə, onlar daha sonra autizmi qəbul etmək 

üçün itiridikləri zamana görə kədərlənəcəklər.Valideyn uşağının vəziyyətini nə qədər erkən qəbul edərsə, onun və uşağının 

vəziyyəti bir o qədər daha yaxşı olacaq. Belə ki, vəziyyəti erkən qəbul etmək valideyni uşağın nələri bacarmadığı 

istiqamətindəki mənfi düşüncələrindən ayıraraq, uşağın potensialına fokuslanmağa və erkən müdaxilə ilə bu potensialı 

aşkara çıxarmağa kömək edər. Autist uşağın erkən diaqnozu və erkən müdaxilə  uşağın daha sürətli inkişafını təmin edir. 

 

 



 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   846   847   848   849   850   851   852   853   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin