II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
514
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
üçün tərcüməçinin istifadə etdiyi dilləri yaxşı bilməsi ilə yanaşı, o tərcümə materialları ilə yaxından tanış olmalıdır.
Tərcüməçi onun işində zəruri hesab edilən digər bir sıra keyfiyyətlərə də malik olmalıdır. Bunlardan ən əsası fikri aydın
şəkildə çatdıra bilmək bacarığıdır. Əks təqdirdə tərəflər arasında lazımi anlaşma ola bilməz, bu da nəticədə əlaqələrin
pozulmasına gətirib çıxara bilər. Digər II xüsusiyyət də odur ki, tərcüməçi danışığın mövzusuna müdaxilə etməməlidir.
Çünki, o həmin sahənin mütəxəssisi olmadığı üçün mövzunu təhrif edə bilər, başqa istiqamətə yönəldə bilər. O tərcümə
zamanı deyilən fikirlərə özündən əlavə və əksiltmələr etməməlidir. Tərcümə prosesi başlayarkən o özü ilə hökmən kağız və
qələm götürməlidir. Lazım gəldikdə müəyyən qeydlər aparmalıdır. Bu xüsusilə ardıcıl tərcümə zamanı zəruri olaraq tətbiq
olunur. Çünki belə tərcümə zamanı xüsusi adları, tarixi faktları, rəqəmləri yadda saxlamaq üçün buna böyük ehtiyac
duyulur.
Tərcüməçi peşəsinin bir xüsusiyyəti də odur ki, tərcüməçi öz üzərində daim işləməli, öz ixtisas və siyasi biliyini həmişə
artırmalıdır. Tərcüməçi hər an tərcümə üçün hazır olmalıdır. O müntəzəm olaraq dövrü mətbuatı izləməli və işlədiyi
ölkələrin həyatında baş verən hadisələri izləməli və bunlardan xəbərdar olmalıdır. Tərcüməçinin vəzifələrindən biri də
həmişə öz işinə məsuliyyət hissi ilə yanaşmalı olmasıdır. Tərcümə sənəti yaradıcı iş olduğu üçün ona məhz yaradıcı
münasibət bəsləmək lazımdır. Tərcüməçinin vəzifələrindən biri də onun öz səlahiyyətləri çərçivəsindən kənara
çıxmamasıdır. Onlar etika normalarını gözləməli, öz geyimlərinə, səliqə-səhmanlarına və danışıqlarına fikir verməlidirlər.
Tərcüməçi öz ölkəsinin mənafeyinə xidmət etməli, tərcümə zamanı ölkəsinin adını birinci çəkməlidir.
Təbii ki, mütəxəssislər də öz növbələrində tərcümənin müvəffəqiyyətli keçməsinə kömək etməlidirlər. Tərcümə
prosesində, xüsusilə şifahi tərcümə zamanı tərəflər aydın danışmalı, cümlələri tam, səlis və məntiqli şəkildə qurmalıdırlar.
Elə hallar olur ki, olduğu ölkənin dilində müəyyən mənada anlaşma yarada bilən mütəxəssis tez-tez tərcüməçinin sözünü
kəsir, beləliklə onun fikrini pozmuş olur, yaxud bu və ya digər mütəxəssis müəyyən iş normasına baxmayaraq tərcüməçinin
yorulması faktı ilə hesablaşmır, onu əlavə materialla yükləyir. Nəticədə bu tərcüməçinin iş qabiliyyətinin azalmasına və
zehnin yorğunluğuna səbəb olur.
Nəhayət tərcüməçilik işi sahəsində, ümumiyyətlə normativ sənədlərin, yaxud hüquqi qayda və qanunların olmaması bu
sahədə müəyyən pozuntuların yaranmasına əlverişli şərait yaradır.
Dostları ilə paylaş: |