Microsoft Word Materiallar Full


MÜASİR DÖVRİ-MƏTBUATDA İŞLƏDİLƏN NEOLOGİZMLƏR



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə929/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   925   926   927   928   929   930   931   932   ...   1149
 

MÜASİR DÖVRİ-MƏTBUATDA İŞLƏDİLƏN NEOLOGİZMLƏR                                            

VƏ ONLARIN TƏRCÜMƏDƏ VERİLMƏSİ 

 

TuranəHACIİBRAHİMXƏLILOVA 

BSU 


turana0590@gmail.com 

Bakı/AZƏRBAYCAN 

 

Müasir dövri mətbuatın dili tərcüməçilər tərəfindən böyük marağa səbəb olur.  Qəzet üslubunun leksikasının böyük 



hissəsi ümumişlək söz və müxtəlif terminlərdən (elm, hərbi, incəsənət və idman sahəsinə aid) ibarətdir və onlar müvafiq 

kontekstdə publisistik çalar əldə edə bilirlər. Müasir dövri mətbuatda neologizmlərin işlədilməsi ölkəmizdə baş verən 

ictimai-siyasi dəyişiklərləri  əks etdirən aktual priyomdur. Neologizmlər qəzet dilinə ifadəlilik verir, nominativ funksiya 

daşıyaraq onu daha dəyərli və maraqlı edir. Qəzet materialları yalnız məlumat mənbəyi kimi qəbul olunmur, həmçinin onlar 

neologizmlərin geniş yayılmasına imkan yaradır. 

Neologizmləri iki növə ayırmaq olar: yeni sözlər və “köhnə” sözlərin yeni mənaları. Hər iki növ tərcümə zamanı 

müəyyən çətinliklər törədir. Təbii ki, əgər tərcüməçi müəyyən fon biliklərinə malik deyilsə bunların tərcüməsi zamanı 

çətinliklərlə qarşılaşacaq, çünki belə söz və  mənaları  nəinki adi İngilis-Azərbaycan lüğətlərində, həm də  bəzən  ən yeni 

İngilis-izahlı lüğətlərdə tapmaq qeyri-mümkündür. Hər bir tərcüməçiyə məlumdur ki, yeni sözlərin lüğətlərə əlavə olunması 

onların yaranmasından bir neçə il sonra baş verir. Neologizmlər dildə, xüsusi ilə publisistika, elm və texnika sahəsində o 

qədər yüksək sürətlə  əmələ  gəlirlər ki, “hər hansı bir lüğətə onları    nəinki dərhal  əlavə etmək olmaz, həm də bu qeyri-

mümkün bir prosesdir”. 

Bu səbəbdən ingilis lüğətçiləri bir çox neologizmləri “okkazional”, yəni təsadüfi işlədilən neologizm adlandırırlar. 

Neologizm kimi işlədilən söz slenq sahəsindən yeni bir söz olursa “okkazionalliq” elementi daha çox özünü göstərir, çünki 

dildə slenqin tərkibi çox tez-tez dəyişir. “Okkazionalizm” termini altında konkret kontekst üçün vacib olan mənaları ifadə 

etmək üçün bu kontekstin təsiri altında yaranan dil hadisələri nəzərdə tutulur. Dilçilikdə okkazional sözlərin müxtəlif adları 

mövcuddur, lakin bu məsələni tədqiq edən müəlliflərin bir çoxu (İ. Q. Deqtyar, B. V. Krivenko, V.V. Lopatin) 

okkazionalizmlərin  aşağıdakı səciyyəvi xüsusiyyətlərini qeyd edirlər: 

  bir qayda olaraq, okkazional sözlər bir dəfə istifadə olunmaq üçün yaradılır və hal-hazırda verilən kontekstdə 

movcuddurlar; 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   925   926   927   928   929   930   931   932   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin