bax; Tanrıya bax; Allahı sevərsən; Sən, Allah “xahiş” mikrosahəsi; Allah haqqı, Tanrı haqqı, Allahın adı haqqı; Allah
bir, söz bir “şahidlik – inandırma” mikrosahəsi və s. ).
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİNDƏ BİR ŞƏKİLÇİNİN YAZILIŞI
HAQQINDA
Aqil CƏFƏROV
AMEA Nəsimi adına Dilçilik İnstitutu
dr.agil_jafarov@mail.ru
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli məlum sərəncamından sonra
bir sıra lüğətlər hazırlandı ki, onlardan biri də gərgin axtarışlar nəticəsində ərsəyə gələn və ən işlək olan «Azərbaycan dilinin
orfoqrafiya lüğəti» geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra tərtib
edilən bu lüğət dilimizin 80 min sözünü özündə ehtiva edir. Dilimizin orfoqrafik qayda-qanunlarına söykənən bu lüğətdə
digər lüğətlərdə gözdən yayınan sözlərin dəqiq yazılış formasına və bəzi mübahisəli sözlərin dəqiqləşməsinə nail
olunmuşdur. Lakin bəzi mübahisə doğuran sözlər də lüğətdə yer almışdır. 2008-ci ildə təkrar nəşr olunan «Azərbaycan
dilinin orfoqrafiya lüğəti»ndə əvvəlki mübahisəli sözlər yenə də özünə yer tapmışdır. Hazırda isə 100 mindən çox sözü
əhatə edən yeni bir orfoqrafiya lüğətimiz çapa hazırlanır ki, 1-ci və 2-ci nəşrdə olan nöqsanların bəziləri eynilə qalmışdır.
Lakin nəzərə alsaq ki, bu lüğət hər bir azərbaycanlının tez-tez müraciət edib tapındığı lüğətdir, burada mübahisəyə səbəb
olan sözlərin dəqiqləşməsinə zəruri ehtiyac vardır. Bu baxımdan biz -varı; -vari şəkilçisinin sözlərə qoşularaq necə
yazılması barədə danışmaq istərdik. 1975-ci ildə çapdan çıxmış «Azərbaycan dilinin orfoqrafiya lüğəti»nin 15-ci
səhifəsində bu şəkilçi ahəng qanununa tabe edilməyərək bir cür yazılan şəkilçi kimi -varı formasında verilir. Məsələn;
buynuzvarı, qalxanvarı, zolaqvarı, yüngülvarı, üzükvarı, halqavarı. Həmin şəkilçi 2004-cü ildə nəşr olunan «Azərbaycan
dilinin orfoqrafiya lüğəti»nin 8-ci səhifəsində bir cür yazılan sözdüzəldici şəkilçi olaraq -vari şəklində verilsə də, nədənsə
lüğətin içində -varı kimi verilir. Məsələn; buynuzvarı (2, s.106), halqavarı (2, s.259), qalxanvarı (2, s.366), üzükvarı (2,
s.666), yüngülvarı (2, s.711) və s. 2008-ci ildə yenidən nəşr olunan lüğətdə göstərilən nöqsanlar eynilə qalmışdır. Lakin
2006-cı ildə çapdan çıxmış 4 cildlik «Azərbaycan dilinin izahlı lüğəti»ndə bu şəkilçi bir cür yazılan -vari formasında verilir.
Məsələn: Buynuzvari – sif. Görünüşcə buynuza oxşayan, buynuz kimi (I, s.366); Halqavari – sif. Halqa, çənbər, çevrə
şəklində; dairəvi, halqaşəkilli (II, s.326); Qalxanvari – sif. Şəkilcə qalxana oxşayan (III, s.22); Üzükvari – sif. Üzük şəklində
olan; halqavari. Üzükvari detal (IV, s.453); Yüngülvari – sif. 1. Bir qədər yüngül. Əl çamadanı boyda, yüngülvari bağlama
əlimə aldım (M.Cəlal). 2. Çətin olmayan, çox mürəkkəb olmayan, çox zəhmət, bilik, bacarıq tələb etməyən; asantəhər.
Yüngülvari bir iş (IV, s.634) və s. İzahlı lüğətdə bu şəkilçinin bir cür – vari formasında göstərilərək izah olunması məşhur
türkoloq-alim E.V.Sevortyanın «Аффиксы именного словообразования в Азербайджанском языке» əsərinə əsasən belə
verilmişdir. Belə ki, o, bu əsərində yazır: «Fars dilindən alınma -vari («oxşar») sifəti Azərbaycan dilinin söz yaradıcılığında
oxşatma-kiçiltmə mənasında öz əksini tapmışdır. Məsələn, vintvari (neologizm), yüngülvari və s. Birinci sifəti (vintvari)
nəzərə alsaq, -vari forması hələ də Azərbaycan dilində məhsuldar ola bilər» (7, s.183-184).
Azərbaycan dilinin nəzəri dilçilik ədəbiyyatında Ə.Dəmirçizadə «Müasir Azərbaycan dili» kitabının I hissəsində bu
şəkilçini -varı formasında bir cür yazılan şəkilçi kimi verir. Məsələn; qalxanvarı, yüngülvarı, üzükvarı (6, s.295). Görkəmli
dilçi alim Ə.Dəmirçizadənin bu fikri ilə razılaşmaq olmaz. Çünki bu şəkilçi qeyd etdiyimiz kimi -vari formasında fars
dilindən alınmışdır. Bu şəkilçinin sözlərə qoşularkən -varı, yoxsa -vari kimi yazılmasını dəqiqləşdirib fikrimizi
əsaslandırmaq üçün bu tipli şəkilçilərin sözlərə artırılarkən necə yazılmasına diqqət etmək lazımdır. Belə ki, B.Xəlilov
«Müasir Azərbaycan dilinin morfologiyası» əsərinin II hissəsində yazır: «Ərəb və fars isimlərindən son şəkilçilər vasitəsilə
düzəltmə sifətlər əmələ gəlir. -ı (-i, -u, -ü) şəkilçisi: badamı (göz), palıdı (rəng), armudu (stəkan), gümüşü (saç) və s.» (5, s.97).
Ə.Dəmirçizadə «Müasir Azərbaycan dili» kitabının I hissəsində yazır: «Samitlə bitən sözlərdə -stan şəkilçisindən
əvvəl sözün son hecasındakı saitə uyğun olaraq qapalı saitlərdən biri – ı, i, u, ü əlavə olunur: Dağıstan, Özbəkistan,
Kürdüstan, Monqolustan və s.» (6, s.295).
|