Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə371/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   367   368   369   370   371   372   373   374   ...   1149
 

 

TARİXİ MƏNBƏLƏRDƏ ŞƏRUR OYKONİMİ 

 

Şəbnəm QULİYEVA 

AMEA, Naxçıvan bölməsi 



nazli.irem000@gmail.com 

 

Naxçıvan Azərbaycanın ən qədim yurd yeri, inzibati və mədəniyyət mərkəzlərindən biridir. Bura bəşəriyyətin məskən 

saldığı bir ərazi kimi çoxəsrlik tarixi, zəngin təbii şəraitivə əlverişli coğrafi mövqeyi, ictimai, siyasi, iqtisadi qüdrətinə görə 

şan-şöhrət tapmış, öz maddi mədəniyyət abidələri ilə dünya mədəniyyəti tarixinə daxil olmuşdur. 

Türk-Azərbaycan mədəniyyəti abidələrinin zəngin olduğu qədim Naxçıvan torpağında yerləşən yüzlərlə yer-yurd 

adları, onların yaranma tarixi hələ  də tamamilə oyrənilməmişdir. Belə adlardan biri də  qədim tariximizin izlərini bu 

günümüzədək qoruyub saxlayan “Şərur” oronim (Şərur düzü), xoronim (Şərur rayonu) və oykonimdir (Şərur şəhəri). 

Şərurun salındığı tarix hələ dəqiq müəyyənləşdirilməsə də, buranın hələ eramızdan əvvəl yaşayış məntəqəsi kimi sa-

lındığı məlumdur. Qədim Şərur yaşayış yeri tikililərin altında qaldığından burada geniş arxeoloji tədqiqatlar aparılmamışdır.  

Şərur sözünə oykonim (yaşayış məntəqə adı) kimi V əsr müəllifləri Eqişe və Moisey Xorenlinin (Movses Xorenasi) 

əsərlərində eradan əvvəlki hadisələrdən söhbət açılarkən rast gəlirik  

Şərur toponimi canlı danışıq dilində  bəzən  Şəril  şəklində  işlənib,  ədəbi dildə isə  Şərur formasında işlənib və 

işlənməkdədir. Xalq etimologiyası ilə bağlı Şərur-Şəril sözlərinin müxtəlif izahları vardır. Araz və Arpaçayın bu ərazidən 

keçdiyin nəzərə alıb Şəruru “şəhri rur”, yəni “çaylar şəhəri” mənasını verən söz kimi izah edirlər. Şərur sözünün “şər” və 

“el” sözlərindən əmələ gəldiyini söyləyənlər də var. Şərur sözünü elmi cəhətdən izah etməyə çalışan bir çox tədqiqatçılar bu 

sözün müxtəlif mənbələrdən gəldiyini iddia edirlər. 

Əcdər Fərzəli “Şərur düzü” ifadəsini  əvvəl “Şirur düzü” olduğunu iddia edir. “Şirur” sözündəki “Şir” hissəsinin 

“Avestadakı”  Şirvinlə  əlaqələndirir. O qeyd edir ki, Şərur (Şirur) düzü ifadəsindəki “şər//şir” – od, “ur2 isə  nəsil, soy 

bildirir. Məhəmməd Elli isə  “Şərur” sözünün mənasını  qədim  Şumer  əsatiri ilə  əlaqələndirərək onun Ninurtanın ilahi 

nizəsinin adı olduğunu iddia edir. Onun fikrincə nizə qara qüvvənin qənimidir və şəri urub (vurub) öldürür. “Şərur” sözünün 

etnotoponim olması  şübhəsizdir. “Divanü-lüqət-it-türk”  əsərində  oğuzların mövcud olan 22 boyundan birinin Çaruk 

adlandığı yazılır. Bu əsərin müəllifi Mahmud Kaşğarlının fikrinə  əsaslanan bəzi tədqiqatçılar Çarukun Şərur 

etnotoponiminin yaranmasında əsas rolu olduğunu düşünürlər. 

Nadir Məmmədovun da qeyd etdiyi kimi türk dillərində ç-ş səs əvəzlənməsi geniş yayılmışdır. Bunun nəticəsində də 

Çaruk sözü Şaruk  şəklinə düşmüş, sonra yenidən fonetik dəyişikliyə  uğramış, Çaruk - Şaruk - Şəruk - Şərur kimi 

formalaşmışdır.  “Kitabi – Dədə Qorqud” dastanlarının onuncu boyunda adı çəkilən Şəruk  yurdunun Naxçıvan vilayətində 

olan indiki Şərur olması ehtimalı da yüksək qiymətləndirilir. 

Tədqiqatçı A. Imanlı özünün “Onomastika məsələləri” adlı kitabında Şərur oykoniminin tədqiqinə geniş yer verərək 

qeyd edir ki, Şərur sözünə qədim və möhtəşəm abidəmiz olan, onomastik vahidlərlə, yəni xüsusi adlarla zəngin olan “Kitabi 

– Dədə Qorqud” dastanlarında rast gəlirik. Bu söz Həmid Araslının tərtib etdiyi “Kitabi – Dədə Qorqud” un “Uşun qoca 

oğlu Səkrək boyunu bəyan edər” adlı onuncu boyunda “Şəruk” kimi verilmişdir: “Meyxanədə beş gün yemə-icmə oldu. 

Ondan Şərukun ucundan Göycə dənizə təkin el çarpdı. Qələbə doyum oldu. Yolu Əlincə qələsinə oğramışdı” . Müəllif digər 

Azərbaycan alimləri Fərhad Zeynalov və Samət Əlizadənin birlikdə tərtib etdikləri “Kitabi  - Dədə Qorqud” da isə Şərur 

sözü tamamilə fərqli olaraq “Şirokuz” kimi göstərilmişdir: “Meyxanədə beş gün yemə - içmə oldı. Andan Şirokuz ucundan 

Gökcə dənizə dəki el çarpdı. Ğalaba toyım oldı. Yolu Əlincə qələsinə uğramışdı” . 

Ümumiyyətlə  Şərur toponimini müxtəlif alim və  tədqiqatçılar tam fərqli  şəkildə oxumuşlar. Bu toponimi Bartold 

“Şerüküz”, O. Gökyay və E. Rossi “Şürük”, M. Ergin “Şiroquvan” (Şirokavan),  H. Araslı “Şərük”, E. Cəmşidov “Şərur” 

kimi oxumuşlar. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin