II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
220
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Ə. Eyvazlı özünün “Naxçıvan qədim türk torpağıdır” kitabında Şərur toponiminin Şirak toponimi ilə mənşəcə eyni
kökdən ibarət olduğunu qeyd edir. Müəllif görkəmli alimlərin və tədqiqatçıların fikrinə istinadən Şərur toponimi haqda
maraqlı məlumatlar verir. O qeyd edir ki, Qiyasəddin Qeybullayev bu toponi (Şirak) haqda xeyli maraqlı məlumatlar əldə
etmişdsir. Eranın birinci əsrində Vexendur Bulqar Vənd bulqarları Şirak əyalətinə gətirir, burada məskunlaşdırır. M. Xorenli
Ermənistanda Şirakların yaşadıqlarını, hakimiyyətdə olduqlarını yazır. Bu faktı ərəb müəllifi (IX əsr) də qeyd edir. Şiraklar
yaşadığı yerlərə xalq arasında “Şirakel” deyilir. Q. Qeybullayev yazır ki, Arpaçay sahilində Şirakovan adlı şəhər olduğu
yazılı mənbələrdə qeyd olunur. O, Baş Noraşen (Cəlilkənd) kəndinin o vaxt Baş Şirakel olduğun göstərir.
Strabon (I əsr) ilk dəfə Sirak (Şirak) tayfası haqqında məlumat vermişdir. Bu tayfanın adı Sirak, Çirak, Şirak kimi
qeyd olunmuşdur.
Q. Qeybullayev göstərir ki, “keçən əsrdə Ermənistanda sirak/şirak əlamətli on bir yaşayış yeri (kənd) var idi, onların
əhalisinin hamısı azərbaycanlılar idi.” Strabondan sonra bu tyafa haqqında antik müəllif Tatsit, N. Q. Adons, P. K.
Patkanov, M. Xorensi, Ptolomey (II əsr) , İbn Xordadbeh (IX əsr) , Fəzlullah ibn Ruzbixan (XV əsr) və başqa tədqiqatçılar
danışmışlar. Q. Qeybullayev Şirakların hökmdar və çarlarını adlarını da təhlil edərək türk olduqlarını sübut etmişdir.
Aparılan tədqiqatlar nəticəsində Şərur toponiminin də Naxçıvanın və eləcə də Azərbaycanın bir cox digər bölgələrinin
adları kimi qədim, zəngin tarixə malik olduğu, təsadüfdən yaranmadığı aydın olur. Kökü qədimlərə söykənən, hətta
eramızdan əvvələ gedib çıxan tariximizin və zəngin mədəni irsimizin öyrənilməsində toponimlərin yaranma
mənbələrinin daha geniş miqyaslı araşdırmalara cəlb edilməsinin nə dərəcədə zəruri olduğu açıq – aşkar meydana çıxır.
Dostları ilə paylaş: |