II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
223
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Elliptik cümlələrdə müəyyən növ buraxılsa da, MSB-nin komponentləri mənasına görə bir-birilə sıx bağlı
olduqlarından həmin üzv asanlıqla bərpa edilə bilir. Əsasən, dialoji nitqdə situativ elliptik cümlələrdən istifadə edilir. Bu cür
konstruksiyalı cümlələr həm də dil vahidi hesab olunur. Elliptik konstruksiyalar yazılı və şifahi nitqdə işlənir. Məs.;
“Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, ikinci payız fəslində
məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki,
əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə
qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal
vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir
saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənab
də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur.
Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud
dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün.
(Ə.Haqverdiyev, “Həmşəri pasportu” , 192)
Verilmiş nümunə nitqin təsviri kontekstlərində işlənir. Bu parçalar da öz növbəsində xəbərin növ və zaman formaları
ilə xarakterizə olunur. Mətn paralel əlaqəli ortaq sözlü cümlələrə əsaslanan elliptik cümlələrlə əlaqələnir.
Dostları ilə paylaş: |