Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə378/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   374   375   376   377   378   379   380   381   ...   1149
 

 

DİL VƏ NİTQ HAQQINDA XX ƏSRDƏKİ KONSEPSİYALAR 

 

T. M. BAYRAMOV 

Bakı Slavyan Universiteti 



filoloq_90@mail.ru 

 

      Dilçilik qədim tarixə malik elmlərdən biridir. Agamusa Axundovun təbirincə desək dilçilik elmnin yaşı yoxdur.  Hətta, 

deyə bilərik ki, dilin və nitqin formalaşması elə ilk insanın yaranmasından təkan götürmüş  və bu günə  qədər də inkişaf 

etməkdə, formlaşmaqda davam edir. Dil elə bir mövhumdur ki, insanlar da fərqində olmadan dilin inkişafında daim 

yeniliklər edirlər.     

      Bildiyimiz kimi dil ünsiyyət vasitəsidir. Təbidir ki, cəmiyyət mövcuddursa dil də, nitq də mövcuddur. Dil cəmiyyətin 

məhsulu sayılır, lakin nitq fərdə məxsusdur. Ona görə də dildə dəyişikliklər nitqdən fərqli olaraq daha az olur.  

      Qədim yunan dilçilərindən Panini dil və nitq haqqında öz fikirlərini bildirmişdir. Paniniyə görə, dil sistemlilik təşkil 

edir. O, nitq hissələrini bir birindən ayırırdı. Məsələn, o altı nitq hissəsi haqqında məlumat vermişdir. Söz əsası, kök, şəkilçi 

daxili feleksiya, intonasiya, vurğu, kimi dil dil vahidləri haqqında onun əsrində konkret materiala əsasnlanan fikirlər vardır. 

      Panini  haqlı olaraq dili sistem şəklində öyrənməyi irəli sürmüşdür. Çünki, dil sistemlilikdən kənar öyrənilsə konkret 

nəticə almaq mümkün olmazdı. Bu isə dilçiliyin dəqiq elmlər siyahısında adının çəkilməsinə əsas verir. Bəli dil dəqiq elmlər 

sırasından sayıla bilər. Dilin konkret qanunları və özünəməxsusluğu vardır. 

      Paninin dil və nitq haqqındakı bu fikirləri özündən sonrakı dilçilik elminin formalaşmasında böyük rol oynadı.  

      Hər hasnı dili üzərində araşdırılma aparılarsa, birbaşa həmin dilin dialeklərinə, şivələrinə  əsaslanmaq lazımdır. Çünki 

dialektlərdə dil daha saf, dəyişikliklər daha az məruz qalmış olur. 

      XIX - XX əsrdə Boduen de Kurtenin və Ferdinand de Sössürün dilçilik görüşləri bu dövrün dil və nitq konsepsiyasında 

fikir aydınlığı yaratmışdır. XX əsr dilçiliyinin ən tanınmış simalarından    F.  de  Sössür  dil  və nitq haqqında öz dəyərli 

fikirlərini irəli sürmuşdür. F. de Sössürlə yanaşı Buduen de Kuten də dilçiliklə bağlı mühüm əhəmiyyət kəsb edən fikirləri 

vardır. O, dili kollektiv – fərdi hadisə hesab edirdi. Boduen de Kurtenin dilçilik konsepsiyasında yalnız ayrıca fərdə xas olan 

və  fərdin nitqində baş verən dil dəyişikliyi psixi anı psixi faktorlarla izah edə bilər, lakin psixi aləm isə psixi vahidlərin 

kollektiv mövcudluğundan asılıdır. Dil dəyişiklikləri insaların ünsiyyətində baş verdiyi üçün səs dəyişmələrində mütləq 

psixoligizimdən söhbət belə gedə bilməz. Dil hadisələrini təhlil edərkən Boduen de Kurten psixoloji sosiologizmə deyil, 

sosial, kollektiv psixologiyaya, “kollektiv fərdiliyə”  əsaslanır. Dilin inkişafı, o cümlədən, səs dəyişmələrini o, psixoloji 

faktor əsasında deyil, misar qalmış nitq qabiliyyəti ilə, tələffüz və eşitmə ənənələri ilə izah edir. 

     Ümumiyyətlə dil və nitq antinomiyasının fərqləndirilməsini, dil və nitq arasında olan problemlərin irəli sürülməsini 

İsveçrə dilçisi F. de Sössürün adı ilə bağlayırlar. Bununla əlqədar olaraq qeyd etməkm lazımdır ki, hələ 1870 – ci ildə 

Boduen de Kurtene “Dilçilik və dil haqqında bəzi ümumu qeydlər” giriş mühazirəsində bütün dillərin məcmusu olan 

ümumiyyətlə insan nitqini ayrı – ayrı dillərdən,  şivələrdən və  ləhcələrdən və  nəhayət, ayrıca adamın fərdi dilindən 

fərqləndirməyi, yalnız “in potentia mövcud olan məlum hissə  və kateqoriyalardan təşkil edilmiş müəyyən kompleks dil 

kimi” “insanların ünsiyyət xarakterinə əsaslanan fasiləsiz təkrar edilən proses olan dildən” fərqləndirməyi lazim bilirdi. 

     Yuxarıda da qeyd etdiyimiz kimi XX əsrin ən tanınmış dilçilərindən biri də Ferdinand de Sössür olmuşdur. Onun dil və 

nitq haqqındakı fikirləri XX əsrin  ən qiymətli dilçilik faktlarıdır. Sössürün dilçilik təliminin ana xəttini dil işarəsi təşkil 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin