Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə381/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   377   378   379   380   381   382   383   384   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

225 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN DİLİNDƏ TERMİNOLOJİ LEKSİKANIN İNKİŞAF İSTİQAMƏTLƏRİ 

 

Vəfa  ABDULLAYEVA  

AMEA , Dilçilik İnstitutu 



vefa.abdulla@mail.ru 

 

Terminologiyanın nəzəri problemlərindən biri də terminoloji leksikanın inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. 



Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz olaraq dəyişməsini və inkişafını şərtləndirir. 

Cəmiyyətdə baş verən yeniliklər dildə  əks olunur. Dil inkişaf etdikcə isə onun tərkib hissələri, o cümlədən, terminoloji 

leksikası (sistemi) dəyişərək yeniləşir. Çünki elmi-texniki tərəqqi, ictimai-siyasi münasibətlər leksik tərkibin zənginləşmə-

sini zəruri edir. Bu zənginləşmə dilin daxili imkanları və alınmalar hesabına baş verir.  

Azərbaycan dilində terminologiya fondunun zənginləşməsi və təkminləşdirilməsi üçün ən əlverişli yol bu dilin öz lüğət 

tərkibi,  daxili imkanları əsasında terminlər yaradılması hesab olunur. Çünki dilin öz daxili qanunları ilə inkişaf etməsi daha 

məqsədəuyğundur. Bura dialekt, ümumişlək, peşə-sənət, məhəlli sözlərin terminləşməsi prosesləri daxildir. Daxili imkanlar 

əsasında termin yaradıcılığı üçün dialektlərdə kifayət qədər zəngin material var. İctimai-tarixi inkişaf prosesinin nəticəsi 

olan dialektizmlər ədəbi dilin inkişafında rol oynamaqla yanaşı, Azərbaycan ədəbi dilinin inkişaf edib formalaşmasında bir 

mənbə kimi hələ də qalmaqdadır. Bütün dialekt sözlər müxtəlif sahələrdə termin kimi işlənə bilər. Ancaq ayrıca götürülmüş 

kiçik bir məhəllədə  işlənən söz termin ola bilməz.  İşlənmə dairəsi geniş olan, əksər  əhali tərəfindən başa düşülən, elmi 

lüğətlərdə öz əksini tapan sözü termin kimi qəbul etmək mümkündür. Terminləşmə  nəticəsində dialekt sözlər məhdud 

məhəlli xarekterli sözdən elmi səciyyəli söz səviyyəsinə yüksəlirlər. Dilin lüğət tərkibinə nəzər salsaq görərik ki, hal-hazırda 

terminoloji leksikada çoxlu sayda terminləşmiş dialekt sözlərə rast gəlmək mümkündür. Bu baxımdan tibb, botanika, 

zoologiya, torpaqşunaslıq kimi elm sahələrini qeyd etmək olar: bozax (1. səh.12) sözü Borçalı, Füzuli, Şəmkir, Tovuzda 

“yerli qoyun cinsi” mənasında işləkdir. (3. səh.62) Sözün eyni formasına biz Füzuli bölgəsində “yemiş növü”, Ağdam da isə 

“quru ot” mənasında rast gəlirik. Botanika termini kimi bozax sözü “şoran torpaqlarda bitən birillik yem bitkisi”, “bu cür ot 

bitən yer” mənasında işlənir. Eləcə  də Bakı zonasında “xəstəlik nəticəsində üzdə  əmələ  gələn ağ  ləkə” mənasında rast 

gəldiyim ala sözü.(1.səh.18) Tibbdə bu söz tibb termini kimi “qanın pozulması  nəticəsində  dəridə  əmələ  gələn ağ  ləkə” 

anlamında işlənir. 

Terminlərin bir qismi də ümumişlək sözlər hesabına yaranır. Bu halda sözlər yeni məna kəsb edərək terminləşir:  

Alıcılıqis. iqt. Satınalma imkanı, qabiliyyəti. Əhalinin alıcılıq qabiliyyəti. Manatın alıcılıq qüvvəsi. (2. səh.98) 

Bənd- is. anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. (2. səh.275) 

Dilin daxili imkanları  əsasında terminləşən sözlər  əvvəlcə nominativ funksiyaya, daha sonra müəyyən konteksdən 

(mətndən) asılı olaraq hər hansı bir elmi sahəyə xüsusi təyinat alaraq definitiv funksiyaya malik olurlar. Məhz bu 

definitivlik onların elmi səciyyə daşımasını təmin edir. Alınma terminlər də dilimizin terminologiyasında mühüm yer tutur. 

Bunlar daha çox elm, texnika, iqtisadiyyat, kibernetika, ictimai-siyasi, hüquqi və fəlsəfi anlayışlarla bağlıdır:  

Çek (cheque) – bank tərəfindən hər hansı ödənişin həyata keçirilməsi üçün hüquqi və maliyyə  əsasını  təşkil edən 

sənəd. Burada adətən hesab sahibi kimin adına və hansı  məbləğdə  vəsaitin bank tərəfindən ödənilməsini göstərir. Hal-

hazırda elektron bankçılığın inkişafı kağız çeklərdən istifadənin formasına təsir etmişdir. (4. səh.27) Deklarant (declarant) – 

gömrük sərhədindən mal keçirən və malı gömrük rəsmiləşdirilməsi məqsədilə bəyan və təqdim edən şəxs.(4. səh.30) 

Yalnız dilin daxili imkanlarından istifadə etməklə yeni anlayışları adlandırmaq mümkün deyil. Buna görə  də 

terminoloji leksikanın bir hissəsi müxtəlif mənşəli alınmalar hesabına inkişaf edir. “Hazırda Avropa mənşəli terminlər 

Azərbaycan dilində terminlərin yaranması üçün əsas mənbələrdəndir. Çünki, yeni texnikaya, xüsusilə  də informatika, 

telekomunikasiya, kibernetika, kosmik texnika ilə bağlı anlayışların funksionallaşması, demək olar ki, dünyanın bütün sivil 

dilləri kimi dilimizdə də termin və anlayışların alınma prosesi, əsasən beynəlxalq koordinasiyaya əsaslanır.”(8. səh.5) 

Beləliklə, aydın olur ki, iqtisadi əlaqələr genişləndikcə, ictimai-siyasi münasibətlər, eləcə də elmi texniki tərəqqi dilin 

zənginləşməsini zəruri edir. Ona görə  də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın 

inkişafını düzgün istiqamətləndirmək lazımdır. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin