Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə389/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   385   386   387   388   389   390   391   392   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

230 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olur ki, bu ayda toy-düyün sədası eşidilmir. Lakin  may ayında döğulanlar, ad günü keçirənlər, ailə quranlar da az deyil. 

Xalq arasında apardığımız araşdırmalar nəticəsində  məlum oldu ki, may ayında toy edənlər, xeyir iş görənlər heç bir pis 

hadisə ilə qarşılaşmayıb. Bəs nə üçün bu ayda  toy şənliyi keçirmək olmaz?. 

Doğrusu, bu barədə kimlərdən soruşduqsa, cavablar müxtəlif və mübahisəli oldu. Kimi “may ayının” “ağır ay” 

lduğunu söylədi, kimi  may ayının “çiçək ayı ” olduğunu vurğuladı, kimi də bunun heç bir məntiqi əsası olmadığını söylədi. 

Bəzi ağsaqqallarımız bu ayı ruzi-bərəkətin əsasının qoyulması ilə əlaqələndirib onu körpə uşağa bənzətdilər. Söylədilər ki, 

körpə  uşaq heç bir təməl qoya bilməz. Ona görə  də bu ayda ailə kimi çox vacib bir ictimai qurumun da təməli 

qoyulamamalıdır. Bu səbəbdən də bu ayda qurulan ailələr ya xöşbəxt olmur, ya da həyatları çətinliklər içərisində keçir.   

Azərbaycanda may ayında toy keçirmək  dəb deyil.  "May ayı gəldi, toylardan canımız qurtardı".  “May boş aydır”. 

Səbəb nədir?  Stereotip, tibbi faktorlar, yoxsa dini inanc? 

Bəlkə səbəb yasəmənin çiçəkləməsi,  yağışların yağması, yoxsa mayın bərəkətsiz ay olmasıdır? 

Hesab edirik ki, may ayı müsəlman dünyası üçün ən gözəl uğurlu aylardan biridir. May ayı ilə bağlı insanlar arasında 

maarifləndirmə  işləri aparılmalıdır.  İnsanlarda psixoloji gərginlik yaratmaq lazım deyil ki, mayda toy etmək olmaz və s. 

Lazımsız, mənasız, əssasız fikirlərdən uzaq olmaq lazımdır.  Bu ayda toy etməməyin heç bir elmi əsası yoxdur. Mart, aprel 

və may aylarında   təbiət oyanır. Sadəcə olaraq, bəzi düzgün olmayan inanclar var. Məsələn, “may ayı çiçək tökən aydır”, 

“bu ay yağışlı olur” və s. Bütün bünlar insanların  mənəviyyatına, psixixasına çökərək onların may ayından ehtiyat etməsinə 

gətirib çıxarmışdır. 

Romalılarda, ruslarda belə bir fikir  var ki, “v maye budeş mayatsa”. Yəni mayda əziyyət çəkəcəksən. Bu da 

xristianlığın ənənələri ilə bağlıdır: guya ki, mayda evlənənlər ağ günə çıxmırlar. Bu sözün heç bir mənşəyi, kökü yoxdur. 

Ruslardan keçdiyi üçün bizim adət-ənənəmizlə  bir bağlılığı yoxdur. Hesab edirik  ki, may ailə qurmaq üçün  düşərli aydır.    

May ayı çox düşərli ay hesab olunur, may ayı iyuldan da, avqustdan da ruzulu aydır. Mayda təbiət canlanır, ağaclar çiçək 

açır, havalar isinməyə başlayır. Deyirlər ki, bu çağ qan qaynayan vaxtdır. Bu zaman ağacların çiçəkləri küləyin, arıların, 

müxtəlif  həşəratların vasitəsilə tozlandırılır, mayalandırılır. Həmçinin canlıların-quşların, heyvanların da  cütləşərək nəsil 

artırdığı, bala verdiyi bir dönəmdən söz gedir. Belə olduğu təqdirdə  nə üçün insanlar da bu ayda izdivaca girməsin, ailə 

qurmasın, toy etməsin?   

Əvvəllər, bu ayda tarla-bostan və bağlarda çalışanların işi çox olurdu. Toy barədə düşünmək imkanı yox idi. Digər 

tərəfdən toy süfrə ilə bağlı olan bir mərasimdir. Hər kəs istəyir ki, toy süfrəsi müxtəlif nemətlərlə zəngin  olsun. Lakin may 

elə bir aydır ki,  kecən ilin ehtiyatları artıq tükənmişdir,  yeni meyvə və tərəvəzlər isə hələ yetişməmişdir. Əlbəttə ki,  söhbət 

ildə bir neçə  dəfə torpaqdan məhsul  götürən isti ölkələrdən getmir. Hal-hazırda bizim xalqımız üçün də,  ərzaqla bağlı 

problem yoxdur. Müxtəlif ölkələrdən il boyu  ölkəmizə hər cür məhsullar gətirilir. Bu ayla bağlı yaranmış inanclardan birinə 

görə mayda toyların olmamasının səbəbi yasəmənin çiçək açmasıdır.Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır. 

Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası "ya sən, ya mən" deməkdir.Yəni həmin vaxtda 

toy eləsən ya sən qalarsan, ya mən. Ona görə də bu dövrdə toy etmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Bu fikrə 

qatılan insanlar may ayında xeyir-bərəkət olmadığını, tez-tez yağışlar yağdığına görə təbiətin ağladığını,  uğursuz gül hesab 

edilən yasəmənin bu ayda çiçək açdığını əsas gətirərək bu ayı ağır ay hesab edir. Heç bir tarixi və mistik əsasını bilməsək 

də, ölkəmizdə may ayında toy keçirilməməsi adət halını almışdır. Bundan başqa, may ayında xeyir-bərəkət olmadığı da 

sadalanan səbəblər sırasındadır. Fikir vermisızsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına 

salırlar. Bu da toyun ucuz başa gəlməsinə, yeni qurulan ailənin bərəkətli olmasına dəlalət edir. May ayında çoxlu yağışların 

yağmasını insanlar sanki, təbiətin ağlayan dövrü kimi xarakterizə etmişlər.Təbiət aglayarkən insanlar şadlıq etmək 

istəmirlər. Lakin toyların olmamasının bir səbəbi də odur ki, may ayında maygülü adlı bitki çiçək açır və may ayında da 

solur. Bu fikrə  əsaslanan gənclər keçmişdən bəri may ayında evlənməkdən imtina edirlər. Bu fikrə qatılanlar, maygülü 

çiçəyi kimi sevgililərinin də tez solmasını istəmirlər. Lakin bu çox yalnış mövqedir. Əgər “maygülü” mayda açıb mayda 

solursa bunun ayla bir bağlılığı yoxdur, bunu insanın bir gün  dünyadan köçməsi ilə də əlaqələndirmək olmaz. Görülən hər 

xeyir işin içində bir şər, hər şərin içində isə xeyirin olması faktdır.  

Keçmişdən bu günümüzə  qədər gətirilən bu qəribə adətə kortəbii  şəkildə  hər kəs  əməl edir. Ancaq bunun hansı 

əsaslara söykəndiyini araşdırıb, bu “ağır ay“ sindromunu qıran yoxdur. Bu tip inancların səbəbi sadəcə olaraq özünə 

inamsızlıqdır. "Şər deməsən xeyir gəlməz" kimi atalar sözü yuxarıda qeyd etdiyimiz fikirlərlə vəhdət təşkil edir. Şər desən, 

şər  gələr, xeyir desən xeyir.  

Tədqiqatçılarımız ona işarə edir  ki, mayda toy etməmək ruslardan, bir sözlə xristianlardan  bizim xalqımızın adət-

ənənəsinə keçmişdir. Ona görə  də may ayında toy olmamasını qondarma bir ənənə hesab edirik. Bu heç də milli adət-

ənənədən irəli gələn bir inanc deyil, daha çox rus mentalitetinə xas xüsusiyyətdir. Biz də uzun müddət rusların  əsarəti 

altında yaşadığımıza görə, bu adət dolayısı ilə bizim  də xalqımızın məişətinə keçmişdir. “May (lat.Maius)- Qriqori 

təqvimində ilin 5-ci ay (31 gün) Roma ilahəsi  Mayanın adından götürüldüyü güman edilir.(1. 303) ”Rus dilində  “mayeta”, 

“mayetnıy”,  “mayatsya”  sözləri var. Mayatnıy-  əzablı-əziyyətli- yorucu- üzücü deməkdir. Rusların inancına görə, toyu 

mayda olanlar ömür boyu əziyyət çəkəcəklər. Lakin başqa səbəblər də toyların mayda keçirilməsinə mane olurdu. Həm də 

təkcə ruslarda, xristianlarda yox, başqa xalqlarda da may ayında toy keçirilmir. “Ovıdiyin  romalıların  nikahının may ayına 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   385   386   387   388   389   390   391   392   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin