Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə390/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   386   387   388   389   390   391   392   393   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

231 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

təsadüf etməməsi  haqqında  fikirləri  vardır. O qeyd edir ki, may ayında  daha   çox yas mərasimləri  keçirilərdi. Buna  

misal olaraq  bir  şeirin məzmununda  göstərilir  ki, cavan  qızlar və dul qadınlar  bu mövsümdə ailə  qurmaqdan 

çəkinirdilər. Çünki may ayında  evlənmək  ”  gənc yaşında ölümə yaxınlaşdırır. Ona görə də xalq arasında belə bir məsəl 

var. “ Yalnız pis, zülümkar qadınla may ayında  evlənə bilərsən “ kimi  inanc xalq  adətinə daxil olmuşdur. İngiltərədə  bu  

günə kimi belə bir inanc vardır ki, may ayında  olan kəbin və yaxud qurulan ailə  bədbəxtliklə  nəticələnir.(2.66) 

Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların və ermənilərin Azərbaycana gəlişindən sonra başlanıb. Səbəbkar 

ruslar və ermənilərdir. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Mayya Yunan 

mifologiyasında dağ nimfasıdır (dağ pərisidir), Atlant Pleymonanın yeddi qızından  böyüyüdür. Arkad dağının mağarasında 

Mayya Zevslə izdivaca girmiş, ondan Hermes adlı oğlu doğulmuşdur. Mayya adının mənası “Ana” və ya “Süd anası”dır. Bu 

onun əmizdirmək və tərbiyə etmək funksiyasına işarədir. Belə ki, Mayya Zevsin  Pəri Kallıstodan olan oğlu Arkadi tərbiyə 

etmişdir. Mayya bacıları ilə birlikdə ulduzlara çevrilərək göydə eyni adlı bürcü yaratmışdır. Romalılar bu Pərini  İtaliya 

ilahəsi  Mayya  və ya  Maesta ilə eyniləşdirirdilər. Bu İlahə məhsuldar torpağın himayədarı hesab edilirdi. Mayın birində 

ona qurbanlar kəsilərdi. May ayı Roma təqvimində   həmin İlahənin şərəfinə adlandırılmışdır. (3. 82) 

Sosioloqların sözlərinə görə, may aralıq ay sayılır. Bu ay iki fəsil arasında keçid ay rolunu oynayır. Həm yayın, həm 

də yazın xüsusiyyətlərini özündə birləşdirir. Bu iki fəslin gözəlliyini özündə birləşdirən may ayı haqqında bu fikirləri irəli 

sürmək çox yanlış olardı. Ümumiyyətlə, bu tilsimi qırmaq lazımdır. 

Dinşünas alim Elşad Miri mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirdir: “Düzü, bu 

qadağanın haradan qaynaqlandığı haqda dəqiq məlumatım yoxdur. Heç islam dinində  də hansısa ayın ağır və ya yüngül 

olması kimi bir anlayış mövcud deyil. Hətta islamda Ramazan və Məhərrəmlik ayında belə toy keçirilməsinə icazə vardır. 

Sadəcə, indiki toylarda spirtli içkilərdən də istifadə edildiyinə görə, adlarını çəkdiyimiz müqəddəs aylarda toy keçirilmir. Bu 

heç də dini qadağadan irəli gəlmir. Sadəcə, insanlar bununla özlərinə bəraət qazandırmış olurlar. Ramazan ayı müqəddəs 

ibadət ayı olduğuna və toy da islam dinində ibadət mərasimi kimi dəyərləndirildiyinə görə, bu ayda toy keçirmək heç də 

günah sayılmır. Dinimizdə nə Ramazan, nə Məhərrəmlik, nə də may ayında toy keçirmək olmaz kimi bir qadağa yoxdur”. 

Zabrat cümə  məscidinin axundu Hacı  Bəxtiyar da mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını 

bildirdi: “İslamda may ayında toy etmək olmaz kimi bir qadağa yoxdur. İmam Hüseynin şəhadət günü gəlib düşüb may 

ayına. Məhərrəmlik ayı maya düşəndə camaat toy eləməyib. Bu da bir dəfə baş verib. Amma dini baxımdan may ayında 

xeyir işin keçirilməməsi ilə bağlı heç bir qadağa yoxdur. Məhərrəm ayı başqa aylara da düşüb. May ayına da. Bir il may 

ayında Məhərrəmlik olub”. İnsanlar da elə başa düşürlər ki, mayda ümumiyyətlə toy keçirmək olmaz. 

Fikrini öyrəndiyimiz astroloq Firudin Qurbansoy may ayının heç bir dini, psixoloji, astroloji əsasının olmaması ilə 

bağlı maarifləndirmə işləri aparılmasının vacibliyini bildirdi: “May ayının toy etməməyə heç bir dəxli yoxdur. Toyu hansı 

ayda istəsən, keçirə bilərsən. Hansı ayda olur-olsun, Allahın sənə qismət etdiyi ağıllı və ya ağılsız övladlar dünyaya gələcək.  

Xristianlıqdan gələn adət-ənənələrə riayət etmək xalqımız üçün düzgün deyil. Xoşbəxtlik, tale Tanrının yazısıdır, heç bir 

aydan, gündən asılı deyil. Ümumiyyətlə, xoşbəxtliyi ayla və ya havanın isti-soyuqluğu ilə ölçmək düzgün deyil. Xoşbəxtlik 

hər kəsin öz əlindədir. İşində, gücündə, əməlindədir. May ayında dünyaya gələn insanların hamısı ağıllı, müdrik olurlar”  

Ümumiyyətlə, mayda toyların keçirilməməsi xəbərlərini yaymaq doğru deyil. Əvvəlki illərə nisbətən bu ayda toyların 

keçirilməsi xeyli çoxalıb. Həm fəsil, həm də ay baxımından mayda toy etmək yaxşıdır. Mən elə ailələr tanıyıram ki, toyu 

may ayında olub, hazırda həmin ailənin üç övladı var, xoşbəxt də yaşayırlar. May ruzi-bərəkət ayıdır. Təbiətin  ən gözəl 

ayıdır. Bu ayda insanlar yavaş-yavaş bağ tədarükü görürlər. Bağda dincəlmək üçün ən münasib aylardan biri də may ayıdır.  

Astroloq Səbuhi Rəhimli may ayında toy olmamasını “erməni soyqırımı“ ilə əlaqələndirdi: “Ümumiyyətlə, “mayda toy 

qadağandır“ deyilən bir adət yoxdur. Nə dində, nə də astrologiyada belə bir qanunauyğunluq mövcud olmamışdır. Bu ənənə 

qondarma erməni soyqırımı ilə bağlı yaranıb. Halbuki bu miflə gerçəklik bir-birinin əksidir. Erməni faktoruna gəlincə 

düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gun yas saxlayırlar ki, bu da aprelin 24-dən başlayaraq 

bütünlüklə may ayını əhatə edir. Həmin bu yasın əsas hissəsi may ayına düşür.    Həmin “ənənə“ özümüz də bilmədən bizim 

xalqın adətində  hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. Tibbi və ya elmi cəhətdən də may ayında toy olmaması üçün 

heç bir səbəb göstərilmir. Bu cahillik əlamətidir“. Bu ənənə aradan götürülməli, təbliği ilə  məşğul olunmalıdır.  

Azərbaycanda may ayında toy edilməməsi  ənənəsi rusların və ermənilərin Azərbaycana  gəlişindən sonra başlanıb. 

Səbəbkar ruslar və ermənilərdir. Çünki, ruslar eləcədə ermənilər arasında  da bu ayın uğursuzluğu ilə bağlı mif var. 

Bütün  bu faktlara əsaslanaraq belə nəticəyə gəlirik ki, may toy etmək üçün çox əlverişli bir aydır.  

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin