II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
233
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Həkimin mənə etdiyi çarəsində.
Bəzən baş tutmayan şeirmin
Dağılmış divarlarının xarabasında,
Bəzən söz yarışında.
…Elə saatım var ki, ağac olub
Bir dost bağında,
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
Bir parçasının kölgəsində;
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük ay-boşqaba,
yeyirik şirin-şirin.
“...Beləliklə, altmışıncı illərin poeziyası sözün yeni ifadə çalarlarını, obrazlı deyim tərzinin rəngarəng üsullarını
aşkarladı. Məlum oldu ki, «sevgi toranı» ola bilərmiş, «ölüm sözünün polyar qışı» o qədər də əcaib ifadə deyilmiş, necə ki,
insan anının bir dost bağında ağaca dönməsi kimi (Əli Kərim)…Məlum oldu ki, yağış gölməçəsinə «sərçələrin soyuq
hamamı» demək (İsa İsmayılzadə) heç də qəbahət sayılmamalıdır. Hətta «milyon kilometrlərlə ömür sürmüşəm» (Ə.Kərim)
ifadəsi də diqqət yetiriləndə anlaşılmaz və mücərrəd deyil. Sadəcə olaraq, stereotip təfəkkürdən xilas olub, əşyalar və
hadisələr arasında ilk baxışda nəzərə çarpmayan bu bənzəyişləri görmək və duymaq lazımdır. O zaman gənc şairlərdən
F.Qocanın, F.Sadığın, İ.İsmayılzadənin, Ə.Salahzadənin şeirləri haqqında da dumanlı ifadələr, qərəzli sözlər işlədir, onları
tutduqları yoldan çəkindirmək istəyirdilər.” (4, 190)
Modern şeir, tədqiqatçıların təsdiq etdiyi kimi, heç də maksimum dərəcədə köhnə təsvir üsullarından, gerçəkliyi şablon
yolla əks etdirməkdən imtina etmək demək deyildir. Bu proses onsuz da milli ədəbiyyatın inkişafında üzə çıxır, yəni,
hardasa onun immanent xüsusiyyətidir. Bu, hər şeydən qabaq köhnə ənənəni, mövcud poetik sistemi inkar etməklə dünyaya,
gerçəkliyə yeni münasibət sərgiləməkdir. Bu proses bizim poeziyada klassik şəkildə getməmişdir, biz yalnız onun bizim
ədəbiyyata bu və ya digər dərəcədə təsirindən bəhs edə bilərik.
60-80-ci illər poeziyasında Nazim Hikmətin birbaşa təsirindən çox, yuxarıda qeyd etdiyimiz kimi, ondan dərs almaq,
ümumiyyətlə poeziyanı ən mükəmməl nümunələr əsasında öyrənmək cəhəti daha qabarıq idi. Əgər Nazim Hikmətin
şeirində hissin, duyğunun təbii, azad axışını yaratmaq, qəsdən heç bir fikir ifadə etmədən, daha doğrusu fikir, mühakimə
qəlibləri təklif etmədən söz demək... əsas idisə, 60-80-ci illərdə ədəbiyyatda imzalarını təsdiq etmiş Azərbaycan şairləri bu
“modelin” üzə çıxmayan tərəflərini, perspektivdə olan komponentlərini qurmağa çalışırdılar və əksər hallarda buna nail
olurdular. Məsələn,
Seviyorum seni
ekmeği tuza banıp yer gibi
Geceleyin ateşler içinde uyanarak
ağzımı dayayıp musluğa su içer gibi
Ağır posta paketini
neyin nesi belirsiz
telaşlı, sevinçli, kuşkulu açar gibi
Seviyorum seni
denizi ilk defa uçakla geçer gibi
İstanbul’da yumuşacık kararırken ortalık
içimde kımıldayan birşeyler gibi
Seviyorum seni
Yaşıyoruz çok şükür der gibi.
Təsdiqdə adətən rus şairi Xlebnikova bənzədilən Ələkbər Salahzadənin şeirlərində yuxarıda ifadə etdiyimiz
mülahizənin təsdiqini görürük. Şair Nazim Hikmətin poetik sisteminə başqa bir yöndən yanaşaraq, onun “yaddan çıxardığı”
cəhətləri qabardır. Ümumi, geniş havanın içində bir komponenti seçərək poetik vurğunu onun üzərinə salır və nəticədə
insanın dünya haqqında təsəvvürlərini genişləndirən Nazim Hikmət modelinə gəlir. «Saz» şeirinə diqqət yetirək:
Sinəsindən yuxarı,
sinəsindən aşağı
axır gümüşü çaylar;
bir teli Kür,
bir teli Araz,
bir teli Samur,
|