AVESTA MƏTNLƏRİNİN TOPLANMASI VƏ TƏDQİQİ
Arzu XASIYEVA
AMEA, Şərqşünaslıq İnstitutu
arzu.aydin@mail.ru
“Müqəddəs yazılar “ olaraq adlandırılan Avesta ( orta fars dilində Apastak) Zərdüştlərin ideologiyasıının ümumi
məcmusunu verən müqəddəs kitabıdır. Avesta mətnləri avesta və ya avestan adlı xətt ilə yazılmışdır. Artıq e.ə.I minillikdə
bu dil ölü dil hesab olunurdu. Qeyd edək ki, Avesta əlifbası kahinlər tərəfindən müqəddəs mətnlərin yazılması üçün e.ə. IV
və VI əsrlərdə yaradılmışdır. 21 nəsk kitabı e.ə. 522-486-cı illərdə hökmranlıq edən Əhəməni kralı I Daranın babası
Viştasba (Güştasb, Gərşasb) verildi, kral Viştasb və ya Dara Darayan müxtəlif yerlərdə gizlədiləcək iki əlyazma hazırladır.
Ancaq Makedoniyalı İskəndər e.ə. 331-cü ildə Persepola hücum edərək ölkəni viran edir və avesta mətnlərinin hamısının
yandırılmasını əmr edir. Belə güman olunur ki, Avestanın mətnlərinin yenidən bərpası Parfiya çarı Vuləxş I ( Vologeses) ,
Vuləxş VI dövründə baş verir. Məhz onlardan sonra şifahi şəkildə mövcud olmuş mətnlərin yazıya köçürülməsi ənənəsi
yaranır. Əhəmənilər dövründə isə Avesta mətnləri 12 000 inək dərisi üzərinə qızıl xəttlə yazılır. Bəzi əfsanələrdə qeyd
olunmuşdur ki, guya İskəndər əmr edir ki, həmin mətnlər əvvəlcə yunan dilinə tərcümə olunsun və daha sonra orijinal
mənbə məhv edilsin.
III və IV əsrlərdən sonra isə Avesta yaddaşlardan yazıya alınır. Avesta mətnləri yaddaşlardan toplandıqda bir növ
folklor abidələrini xatırladırdı. Belə ki, yalnız dini mətnlər deyil, qəhrəmanlıq, təbabət və s. sahələrə aid mətnlər də bu
abidələrə əlavə olunurdu. Bu mühüm cəhd nəticəsində Avestanın ən mühüm hissəsi Videvdad tamamlanır. Müqəddəs
mətnlərin bərpası işi Sasani şahı I Ərdəşir, I Şahpur, və I Xosrov Ənuşirəvan dövründə də davam etdirilir.
Arşakilər dövrünün yazılı mətnlərində göstərilir ki, Avesta mətnlərinin toplanmasında kahin Tansarın ( Tusar) böyük
rolu olmuşdur. I Ərdəşir Babəkanın vəziri olan Tansarın məsləhətinə əsasən əldə olan mətnlər saraya gətirilir və Tansar bu
mətnləri saxta və əsli olmaqla qruplaşdırır. Kartir ( Kirdar) isə ensiklopedik mənbə yaratmaq üçün Avestaya təbabət,
astronomiya, coğrafiyaya aid məlumatları daxil edir. Zərdüşt mətnlərinin tərtibi və oradakı qanunlara əməl olunması işində
atılacaq ilk addım “kahinlər kahini”ni təyin etmək idi və bu məqama layiq görülən ilk şəxs əfsanə və rəvayətlərə əsasən II
Şahpur dövründə Aturpat Məhrəspəndan oldu. Növbəti kahinlər kahini Kartir idi. ( əgər Tansar Kartirin vəzifəsinə təyin
edilmişdirsə o, ikinci kahinlər kahini idi və əgər təyin edilməmişdirsə üçüncü kahinlər kahini hesab olunur.) Mətnləri
qaydaya salmaq işində mövcud cəhdlərə baxmayaraq, İran və Hindistanda yaşayan zərdüşt icmalarının nəql etdiklərindən
savayı digər bir hissə bizə gəlib çatmamışdır.
Avestanın ən son mətni tərtibi isə I Xosrov Ənuşirəvan ( 531-579) zamanında baş verir. Avesta haqqında geniş
məlumatları əhatə edən “Dinkerd”də bu haqda qeyd mövcuddur. Əldə olan ən qədim Avesta mətninin 1278-ci il tarixinə aid
olduğu fikrinə dünya avestaşünasları gəlmişlər. Avesta mətnləri nəsk (kitab, hissə) şəklində mövcud idi. Bu nəsklərin
sayının 21 olduğunu zərdüştlük duaları olan “ Ahura varya”ya əsasən demək olar. Ancaq Dinkerddə bu nəsklərin 3 ədəd
olduğu göstərilir: 1) qasanik 2) hadag-mansərik 3) dadik.
1287-ci ildən etibarən isə Avesta mətnləri tam bütöv bir şəkildə elm aləminə məlum olur. Ancaq qərb dünyası bu
mətnlər ilə XVII əsrdən maraqlanmağa başlayır. 1630-cu ildə Henry Lord “ The Religion of Parsees” ( Farsların dini) adlı
tədqiqat işini tamamlayıb çap etdirir. 1734-cü ildə isə Anketil Düperron Avestanın “Vendidad” mətnlərinin tədqiqi ilə
məşğul olmaq üçün Hindistana yola düşür və bu mətnlərin tərcüməsi ilə ciddi məşğul olur, 1771-ci ildə Parisda fransızca
tərcümədə çap olunur. Günümüzə çatan Avestanın tərkibi isə “ Videvdad” , “Visperad” , “Yasna”, “Yəşt” , “Xorde Avesta”
, “ Siruza” hissələrdən ibarətdir.
|