Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə395/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   391   392   393   394   395   396   397   398   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

235 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

RUS ƏDƏBİYYATINDA QAFQAZ VƏ ÇİNAR ASSOSİASİYASI 

 

Aynur İSRAFİLOVA 

Bakı Dövlət Universiteti 



israfilova-aynur@mail.ru 

 

Anna Axmatova və Qafqaz mövzusunu tədqiq edərkən ilk növbədə Axmatovanın “Qafqazsayağı” (“Кавказкое”) şeiri 



haqqında danışmaq lazımdır. 1927-ci ildə Kislovodskidə qələmə alınan bu şeir Puşkinə, Lermontova təsir göstərən ecazkar 

Şərq aləminin incisi olan Azərbaycanın da aid olduğu qoca Qafqazı tərənnüm edir: 

Здесь Пушкина изгнанье началось 

И Лермoнтова кончилось изгнанье. 

Здесь горных трав легко благоуханье, 

И только раз мне видеть удалось 

У озера, в густой тени чинары, 

В тот предвечерний и жестокий час –  

Сияние неутоленных глаз 

Бессмертного любовника Тамары. 

Sətri tərcümə: 

Buradan Puşkinin sürgünü başladı 

Və Lermontovun sürgünü bitdi. 

Burada dağ otlarının lətif, xeyirli rayihəsi var. 

Və yalnız bircə dəfə görmək mənə müyəssər olub 

Gölün yanında, sıx çinarlar kölgəsində

O axşamqabağı və qəddar saatda –  

Usanmayan gözlərin işartısını 

Tamaranın ölməz sevgilisinin. 

Bu  şeirdə XIX əsr rus ədəbiyyatında yaşanan intibahın  əsas ilham mənbəyi kimi üzə  çıxan  Şərqin  ədəbi-mədəni 

mühitinin füsünkar təsiri sətiraltı mənada ifadəsini tapmışdır. Burada Azərbaycan sözü olan – “çinar”ın işlədilməsi, Qafqazı 

ən dolğun boyalarla tərənnüm etməklə onun şəninə söylənilən ən gözəl təriflərdən birinin – “Qafqaz” şeirinin müəllifi olan 

Puşkinin adının çəkilməsi, milli ədəbiyyatımızdan bəhrələnərək “Aşıq Qərib” poemasını yaradan Lermontovun xatırlanması 

və ismi verilməsə də, “ölməz” deyə anılan  kraliça Tamaranın sevgilisi şair Rustavelinin yada salınması şairin Qafqaza nə 

qədər dərindən bələd olmasını göz önündə canlandırır.  

Mənbələrdən bəllidir ki, Gürcü çarı III Georginin qızı Tamara (1184-1207) XII əsrin 2-ci yarısında Gürcüstan çariçası 

olmuş, onun zamanında ölkənin hərbi-siyasi qüdrəti yüksəlmiş və ərazisi genişlənmişdir. Tamaranın həm Rusiya, həm də 

Azərbaycan tarixi ilə müəyyən bağlılığı olmuşdur. O, Vladimir-Suzdal knyazı Andrey Boqolyubskinin oğlu Yuriyə  ərə 

getmiş  və iki il sonra boşanıb geri dönmüş,  Şirvanşah I Axsitanla, Atabəy Məhəmməd Cahan Pəhləvanın oğlu Ömərlə 

dostluq etmişdir. Şota Rustaveli “Pələng dərisi geymiş pəhləvan” poemasını bu cazibədar hökmdar qadına həsr etmişdir. 

Şeirdə işlədilən türk mənşəli “çinar” sözünə gəlincə, onu da vurğulamaq yerinə düşərdi ki, bu rus ədəbiyyatı üçün ye-

nilik deyildi. Şairin yuxarıda göstərilən  əsərində adı  çəkilən rus klassik ədəbiyyatının məşhur simalarından biri olan 

M.Y.Lermontovun 1841-ci ildə qələmə aldığı “Листок” – “Yarpaq” şeirində də çinar obrazı var. Şerin bir bəndinə nəzər 

yetirək: 

У Чёрного моря чинара стоит молодая, 

С ней шепчется ветер, зелёные ветви лаская, 

На ветвях зелёных качаются райские птицы; 

Поют они песни про славу морской царь-девицы 

Tərcüməsi: 

Dəniz sahilində cavan bir çinar vardı, 

Pıçıldaşan küləklər oxşayırdı telini. 

Yaşıl budaqlarına cənnət quşu qonardı, 

Öyərdi nəğməsində bir dəniz gözəlini. 

Bu, şeirin ikinci bəndidir. Şeirdə söhbət palıd yarpağının doğma budaqdan qopub rüzgarla çölləri dolandıqdan sonra 

saralmış şəkildə Qara dəniz sahilində bir çinar kölgəsində sığınacaq tapmasından gedir. Fikrimizcə, burada palıd yarpağı və 

çinarın mükaliməsi  əsasında yaradılan lirik təhkiyə  mətnaltı  məna ifadə edir. Belə ki, Lermontovun lirik qəhrəmanı 

soyuqdan, bürküdən və qəmdən saralıb-solan palıd yarpağını, yaşıl yarpaqlı çinar ağacının kölgəsi isə qoca Qafqazı təmsil 

edir.  Şair bu obrazları yaratmaqla Qafqaza sürgünü zamanı burada mehribanlıqla qarşılansa da, Vətən həsrətilə saralıb-

solduğunu metaforik dillə təcəssüm etdirir. Məlumdur ki, şairin Qafqazla tanışlığı hələ altı yaşlı uşaq ikən olmuşdu və bu 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin