Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə386/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   382   383   384   385   386   387   388   389   ...   1149
Şəki – Nuxa.  K. Alxasov bu toponim haqda qeyd edir ki, əsərlərində “Nuxa” toponimi ilə yanaşı işlənmiş bir-birinin 

sinonimi olmuş  “Şəki” toponimi haqqında dilçilik ədəbiyyatında çox yayılmış amma “Nuxa” toponimindən bəhs edlimə-

mişdir.  Şəki mövcud olduğu dövrdə Nuxa da bir şəhər kimi məskun olmuşdur.  Xalq əfsanəsində deyilir ki, əsrlər mövcud 

olan bu şəhərlər Kiş çayının hücumuna məruz qalmış, dağıdıcı sel sularının təsiri ilə yerlə yeksan olmuşdur.  Sonralar 

dağılmış şəhərlərin sakinləri indiki Şəkinin yerində məskən salmışlar.  K. Alxasov yazır: O vaxtdan gah Şəki, gah da Nuxa 

adlanan bu şəhər ayrı-ayrı şəhərlər deyil, bir şəhər kimi tanınmışdır.  

Azərbaycan dilinin fonetik “a”, “ə”, “i”, “u” saitləri bəzən bir – birinin yerində işlənir, xüsusilə Şəki dialektində “a” ilə 

“ə”, “a” ilə “i”, “i” ilə “u” samitlərin tələffüzündə bir-birini əvəz etməsinə, “ğ” samiti “x”, “h” samitlərini əvəz etməsi və s.  

tez-tez təsadüf edilir.  Bu baxımdan  Şakaşen–Şəkişen,  şəki,  şəklini olduğu kimi, Nuğa toponimi də Nuğa–Nuxa  şəklində 

formalaşmışdır” [4, 203].    

Lakin A. Bakıxanov “Gülüstani–İrəm”  əsərində toponimin etmologiyasının izahını verərkən “Nuxu” variantına 

üstünlük vermişdir (Bakı, “Nuxa” şəhəri adının münasibəti və yerinin vəziyyətinə görə, həmin Nuxuya və Nağıya şəhəridir 

ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı.  Ə. Mikayılova yazır: Nuxa Azərbaycanın ən qədim şəhərlərindən biri 

olub, 1968-ci ildən Şəki adlandırılmışdır.  Tədqiqatçılar onu eramızın II əsrində yaşanmış yunan alimi Klavdi Ptolomyen 

“Coğrafi təlimnamə” əsərində adı çəkilən “Niqa” ilə eyniləşdirirlər.  

Ədəbiyyat 

1. Azərbaycan onomastikası, Bakı, 1987, ADU, 85 s. 

2. Qeybullayev Q.  Əskəran toponimi haqqında.  170 s.  AOP, III. , Bakı, APİ, 1990, 311 s.  

3.Əsgərov N.  Laçın toponimi haqqında.  s. 67.  Dil məsələlərinə dair tematik toplu, N1.  Bakı, ADPU, 1997, 167 s.  

4.Alxasov K.  Şəki rayonu bəzi toponimləri haqqında.  AOP.  IV Bakı, 1993, 243 s. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin