II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
226
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN ONOMASTİK VAHİDLƏRİNİN FONETİK XÜSUSİYYƏTLƏRİ:
SƏS ARTIMI MÜŞAHİDƏ OLUNAN ADLAR
Zülfiyyə ƏLİBƏYOVA
Azərbaycan Dillər Universiteti
esmer12@mail.ru
Azərbaycan dilinin əsas xüsusiyyətlərindən biri də söz daxilində saitlərin, sözün başında və sonunda isə samitlərin
yanaşı gəlməməsidir. Bu xüsusiyyət nəinki sözlərə həm də Onomastik vahidlərə də aiddir. Buna görə də qrammatik
dəyişmədə və ya alınma sözlərdə belə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri (yanaşı saitləri və ya yanaşı samitləri)
bitişdirmək üçün vasitəçi lazım olur və belə məqamlarda müəyyən səsdən vasitəçi halında istifadə edilir, yəni yanaşı gələn
səslər arasında müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. Səsartımı
adlanan bu hadisə müxtəlif məqamda, müxtəlif şəkildə təzahür edir. Hətta, belə hadisələrin tədricən ümumiləşir, sabitləşir
və qanuniləşir, bir qismi isə məhdud dairədə qalır, təsadüfü mahiyyət daşıyır. Oğuz qrupu türk dillərində səsartımı qanunu
bilavasitə orfoepik normalara uyğun şəkildə yaranır. Səslərin artırılması səsdüşümü ilə bir-birinə əksdir.Səsdüşümü
mürəkkəblikdən sadəliyə doğru inkişaf perspektivləri ilə əlaqədar türk mənşəli sözlərdə baş verdiyi halda, səsartımına,
başlıca olaraq, alınma sözlərə təsadüf edilir. Səsartımı prosesində, alınma sözlər, orfoepik cəhətdən, bir növ türk dillərinə
məxsus sözlərə uyğunlaşdırılır. Türk dillərinin fonetik qanunauyğunluqlarının təsir gücü, demək olar ki, səsartımı
qanununda daha qabarıq şəkildə öz əksini tapır. Səsartımı başlıca olaraq, sözün əvvəlində müşahidə olunur. Məsələn;
Rəhim- [İrəhim], Rəşid-[İrəşid], Reyhan-[İreyhan], Rza-[Irza] və s. bu kimi adları göstərmək olar. Azərbaycan dilində
orfoepik xüsusiyyət kimi alınma sözlərdə r və ya l səslərindən əvvəl səsartımı müşahidə olunur. Dəmirçizadə göstərir ki,
sözün başında r samiti olduqda , sadə danışıqda və şivələrdə sözün əvvəlinə i saiti artırılır.
A.Qurbanovun fikrincə, Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq samit
yanaşı işlənmir. Buna görə də əsasən, sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasında müəyyən
bir samit artırılır ki, buna da səsartımı deyilir. Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: y, s, n. Tələf-
füzdə “y” samiti aşağıdakı hallarda artırılır: Tərkibində “ai” sait birləşməsi olan adlarda həmin saitlərin arasına bir “y”
samiti əlavə olunur.
Nailə-Na[y]ilə , Naibə -Na[y]ibə, Aişə-A[y]işə , Aidə- A[y]idə , Nəvai-Nəvayi
Tərkibində [ai] qoşalığı olan sözlərin tələffüzündə y-dan əvvəlki a fonemi azacıq uzun, y-dan sonrakı i fonemi isə
azacıq qısa tələffüz olunur .
Tərkibində [əi] qoşalığı olan onomastik vahidlərdə də bu saitlərin arasına y samiti artırılaraq aşağıdakı kimi tələffüz
olunur. Məsələn:
Səid-Sə[y]id , Səidə -Sə[y]idə, Təbiət-Təbi[y]ət, Rəbiət-Rəbi[y]ət
Bəzi hidronimlərin tərkibində də [ai] sait birləşməsinə rast gəlmək olur. Məsələn, Dainakadzor hidroniminə tələffüzdə
y samiti artıraraq [Dayinakadzor] formasında tələffüz edirik. Bu da qanunauyğun haldır.
Tərkibində [au] qoşalığı olan Çaundur hidronimi də tələffüzdə Çavundur bəzən də Çayundur kimi tələffüz olunur.
Zirik toponimi 1917-1961-ci illərə qədər [Zirik ] şəklində yazılmış dialekt təsiri nəticəsində tələffüzdə y samiti artırılmış
Ziyrik kimi tələffüz olunmuşdur. Sonralar isə necə tələffüz olunmuşdursa elə də ensiklopedik lüğətlərdə, yazıda öz əksini
tapmışdır. Biu, Diadin –oykonimləri də tələffüzdə [Biyu], [Diyadin] kimi səslənir.
Bəzi antroponomik vahidlərin ikinci hecasında gələn i saiti ya bir qədər uzun tələffüz olunur, ya da həmin saitdən
sonra bir (y) samiti əlavə edilir; məsələn, Ədilə - Əd[i]lə - Ədi[y]lə; Minirə - Min[i]rə - Mini[y]rə; Səlimə - Səl[i]mə -
Səli[y]mə; Əzizə - Əz[i]zə -Əzi[y]zə.
Tələffüzdə i saitinin artırılmasına da rast gəlirik. Hüseyn adında olan y və n samitləri arasına tələffüz zamanı i saiti
artırılır..
H samitinin artırılması da bəzi adlarda müşahidə edilir və bunlarn ən çox toponimlərdə özünü göstərir. Məsələn:
Hinqar oykonimi. Ağsu rayonunun Gürcüvan i.ə.v-də kənd. Keçmiş adı İnqar olmuşdur. Oykonim anqar sözünün
Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu söz türk-monqol dillərində
“yarıq”, “ağız”, “qapı”, “keçid”, “dərə” mənalarında işlıdilmişdir. Türk dillərində anqar “geniş vadi” mənasındadır. Sözün
əvvəlində “h” samitinin artırılması Azərbaycan dilinin dialekt və şivələrində təsadüf olunan fonetik hadisədir. Heriknaz
oykonimi də Əriknaz adının əvvəlinə h samitinin artırılmış formasıdır. Kəndin adı Əriknaz variantında da qeydə alınmışdır.
Bu kimi nümunələr çoxdur.Məsələn 1917-1961: Qarasuqulaq -Qarasuqumlaq(Ağdaş), Gürzələr-Gürzallar, Axunlu-
Axundlu( Ağsu), Ablavar-Hallavar, İnqar-Hinqar və s kimi səs artımı müşahidə olunan onomastik vahidləri göstərmək olar.
Bu nümunələrdə fonetik hadisələr oykonimlərdə daha çox söz-söz və ya söz –şəkilçi sərhəddində özünü göstərir..
|