Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə385/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   381   382   383   384   385   386   387   388   ...   1149
Əskəran  Azərbaycan toponimiyasında  Əskəran toponiminin mənşəyi aydınlaşdırılmamışdır.  Q. Qeybullayev qeyd 

edir ki, onun türk dillərində əsgər – “uca dağlar” sözü ilə əlaqələndirilməsi inandırıcı deyil. “Əskəran əslində Əski – Aran 

adından təhrifdir ki, bu da əski “qədim”, “köhnə” sözündən və aran etnonimlərindən ibarətdir [2].  

Q. Qeybullayev bu haqda öz məqaləsində yazır: Eranın əvvəllərində bəlkə də hunların tərkibində aran tayfasının bir 

hissəsi Albaniyada məskunlaşmış  və Mets -Aran toponimi yaranmışdır. Mets-Aran mahalını  tədqiqatçılar məhz indiki 

Əskəran və Stepanakert rayonlarında lokalizə edirlər. Demək  Əskəran (Əski-Aran) qədim Mets–Aranı ifadə edir.  Mets 

“böyük” sözünü göstərir ki, haradasa yaxında kiçik Aran adlı məntəqədə olmuşdur [2, 171].  

Laçın – Azərbaycan dilinin leksik layının müəyyən hissəsini quş adları – oritonimlər təşkil edir.  Oritonimlərin xüsu-

silşməsi nəticəsində respublikamızın  ərazisində xeyli toponim, oronim və hidronimlər yaranmışdır.  Belə, quş adlarından 

biri laçındır.   

N. Əsgərov bu haqda da yazır: “laçın quşu və onun cinsləri haqqında Əhməd Rəfik Paşa geniş məlumat verir. Göstərir 

ki, laçın bəyazlı, qızıl ayaqlı şahindir.   Azərbaycanlılar və tatarlar bu quşa laçın, uyğurlar laçin, özbəklər laçin, noqaylar 

laşin, qazaxlar alşın, balkarlar iləçin, xarlaslar ilaçın, başqarlar ilasin, qırğızlar ilaçın deyirlər. Qədim təsəvvürə görə Türk 

xalqları, eləcə də azərbaycanlılar bəzi heyvan və quş ailələrinə inanmış, onlara tapınmışdılar [3, 67].    

N.  Əsgərov qeyd edir ki, laçın adlı onomastik vahidlərin  əksər hissəsi dağlıq  ərazilərdədir. Bədii tədqiqatçılar 

“dağquşu” (laçın) mənasında olan quş adının xüsusiləşməsi nəticəsində “Qorqud” sözü yarandığını qeyd edirlər. Laçın adlı 

onomastik vahidlərin böyük hissəsi oronimlərdə yaşamaqdadır. Laçın qayası (Ağdam, Kəlbəcər, Ağdərə, Şəki, Şuşa), Laçın 

dağı (Oğuz). Laçın dərəsi (Kəlbəcər), Laçın  rayonu inzibati dairəsi.  O, Laçın adının tayfa adı olması haqda yazır: “Azər-

baycan eləcə  də bir çox türk alimləri laçın leksik vahidini bəzi türk xalqlarının soykökündə  iştirak etmiş tayfa adı hesab 

edirlər.  Əsasən türk olan Əmir Xosrov Dəhləvi Cürə laçın qəbiləsindən idi.  Əbülqazi Bahadır göstərir ki, Cürə Laçın Avşar 

boyunun quşudur.  Özbək onomastikasında da laçın etnonimi kimi izah edilir [3, 67]. Beləliklə, laçın leksik vahidi quş adı, 

oykonim (laçın rayonu, kənd adları), oronim (laçın qayası, laçın dağı), hidronim (laçın qolu, laçın çayı), etnonim eləcə də 

antroponim kimi geniş areallarda yayılmışdır.  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin