II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
229
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN ƏDƏBİYYATI
EKSKURSİYALARIN, ŞAGİRDLƏRİN EKOLOJİ
DÜNYAGÖRÜŞÜNƏ TƏSİRİ
Aygün NOVRUZOVA
Bakı Slavyan Universiteti
muradovserxan@mail.ru
Bildiyimiz kimi bir sıra pedaqoji ədəbiyyatlarda, xüsusilə də müəllim hazırlığına həsr olunmuş elmi tədqiqatlarda,
görkəmli Çex alimi pedaqoji elmlər üzrə mütəxəssis Y.A.Komenskinin bu sahədə apardığı araşdırmalardan, elmi faktlardan
və əldə etdiyi nəticələrdən bəhs olunur. O, özünün bir çox əsərlərində əyaniliyi pedaqoji prosesin “qızıl qayda”sı
adlandırmışdır. Çünki, hələ təfəkkürləri formalaşmamış, eyni zamanda elmi nəzəriyyələri dərk etməkdə çətinlik çəkən kiçik
yaşlı şagirdlərin bilik bacarıq və vərdişlərinin inkişaf etməsində, yalnız əyanilik prinsipindən istifadə etməklə müvəffəqiyyət
əldə etmək olar. Qeyd edək ki, ekskursiyaların təşkili məhz əyanilik prinsipinin tərkib hissələrindən biridir. Mövzumuz
ekoloji dünyagörüşü ilə əlaqədar olduğundan, ekskursiyaların, məhz ekoloii sahədə şagirdlərin əldə etdiyi biliklərə nə
dərəcədə təsir etdiyini və hansı nəticələrin əldə olunduğunu araşdıracağıq.
Məlum məsələdir ki, dünyada iqtisadiyyatın, texnikanın, istehsalın inkişafı ətraf mühitin vəziyyətinin pisləşməsilə
müşayət olunur. Bizim cəmiyyət ekoloji problemlərin həll olunması üçün ilk addımlar atır. Bu gün insan tərbiyəsinin
formalaşmasında bir sıra dəyişikliklərin olması, təbiət ilə insan arasındakı münasibətlərin deformasiyası, təbiətə yalnız
müştəri gözü ilə baxmaq, insanlarda ekoloji mədəniyyətin və məsuliyyətin olmaması tərbiyə prosesinə yeni yanaşmaların
daxil edilməsini tələb edir. Ümumtəhsil sisteminin müasir mərhələdəki inkişafında ətraf mühitin təmizliyi uğrunda
mübarizəyə hazır olan, onu qoruyan və zənginləşdirən məktəblilərin ekoloji tərbiyəsi xüsusilə böyük əhəmiyyət kəsb edir.
Mövcud pedaqoji ədəbiyyatlarda ekoloji tərbiyə üzrə iş formalarından biri də ekskursiyalardır. Gəlin, əvvəlcə
ekskursiya sözünün mənasına diqqət yetirək. Ekskursiya (excursio, latın dilindən tərcümədə mənası “gəzinti”, “səfər”
deməkdir). Maraq doğuran bölgələrə maarifləndirici, elmi, idman və ya istirahət məqsədilə tək və ya kollektiv şəkildə
baxışın təşkil edilməsidir. Ekskursiyalar tək və ya xüsusi təşkilatın rəhbərliyi ilə təşkil edilə bilər. Eyni zamanda obyektlərin
seyr edilməsi də həm tək, həm də xüsusi bələdçilinin köməkliyi ilə həyata keçirilə bilər. Təbiətə ekskursiya adətən, ibtidai
siniflərdə “Həyat Bilgisi” fənninin tədrisi zamanı proqramda nəzərdə tutulmuş materiallar əsasında həyata keçirilir.
Şagirdlərdə dünyanın, o cümlədən Azərbaycanın zəngin fauna və florası haqqında geniş təsəvvür yaratmaq, respublikamızın
ekoloji durumu haqqında, Xəzər dənizi, dünyanın digər su hövzələri, suda yaşayan canlılar haqqında daha ətraflı məlumat
toplamaqda ekskuriyaların əvəzedilməz rolu vardır.
Republikamızda məhz ekoloji maarifləndirmə ilə əlaqədar xüsusən aşağıdakı sahələrə ekskursiyaları təşkil etmək olar:
ilk növbədə məktəbdaxili ekskursiya əsasən laboratoriya otaqlarına, zoologiya, biologya fənnlərinin tədris olunduğu xüsusi
otaqlara, məktəbin həyətinə (bağına) və s. təşkil etmək olar. Məktəbdən kənarda isə zooparklara, dendrari adlanan botanika
bağlarına, müxtəlif əşyaların (geyim, məişət, texnika, nəqliyyat və s.) hazırlandığı zavod və fabriklərə və s. yerlərə ekskur-
siyaların təşkili, ibtidai sinif şagirdlərinin dərslikdə tanış olduqları ekoloji anlayışların daha dərindən mənimsədilməsində və
inkişaf etdirilməsində, eyni zamanda uzun müddət yadda qalmasında həlledici rola malikdir. Aparılan təhsil islahatlarının
gələcəkdə yuxarıda sadalanan tədbirlərin daha geniş şəkildə həyata keçirilməsinə, şagirdlərlə respublikamızın digər
rayonlarına ekskursiyaların təşkilinə, o cümlədən dünya turuna çıxmağa həm maddi, həm də mənəvi cəhətdən dəstək
olacağına və müsbət nəticələrin əldə olunacağına ümid edirik.
Dostları ilə paylaş: