LEKSİK TƏKRARLAR
Türkan ZEYNALLI
Bakı Slavyan Universiteti
turkan_zeynalli@mail.ru
Mətn daxilində bütöv bir cümlə, söz birləşməsi, sözlər təkrar kimi çıxış edir. Bu baxımdan, onlar iki komponentli
əlaqə vasitəsi kimi özünü göstərir: təkrar edən və təkrar olunan hissələr. Adətən, mətndə təkrarlar rəmz kimi qəbul olunur.
Biz istər, klassik, istərsə də, müasir ədəbiyyatda təkrarların üslubi işlənilmə tezliyini müəyyənləşdirə bilərik. Təkrar edilən
sözlər ( köməkçi və əsas nitq hissələri), cümlələr, söz birləşmələri mətnə ağırlıq gətirmir, sadəcə müəllif və oxucu arasında
müəllifin düşüncəsini, tələffüzünü, “hansı duyğu və hisləri keçirmə” dərəcəsini müəyyənləşdirir.
Leksik təkrarların, tam, natamam və sıfır leksik təkrarlar kimi müxtəlif növləri vardır. Sadə cümlə konstruksiyasında
əsas nitq hissələrinin müxtəlif işlənilmə tərzinə rast gəliriksə, çoxkomponentli mürəkkəb cümlə daxilində deyiktik
vasitələrin, bağlayıcı və ədatların, modal sözlərin, ara sözlərin, xitabların və s. kimi daha çox köməkçi vasitələrin böyük bir
mətnin əlaqələndirici vasitə kimi çıxış etdiyini görə bilərik. Sinonimlər, əvəzləyici sözlər, metonimik vasitələr də leksik
təkrarlar kimi çıxış edir. Bəzən həm öz, həm də digər dillərə məxsus eyni sözlər sinonim kimi çixiş edir. Məs.;
Taxçaya qoydum çırağı,
Rövşən eyləsin bucağı,
İşıqlandırsın otağı,
Çünki yetişib firuz
Xoş keçəcəkdir Novruz.
Tam leksik təkrarlara:
Vaxt olar, Məhəmməd tez gələr çoşa,
Vaxt olar, heç əlim getməz bir işə,
Vaxt olar, dönərsən dəmirə, daşa,
Vaxt olar, şüşə tək sınarsan, könül. (Azərbaycan aşıqları , 212)
Dədəm dedi: zülm edəni udar torpaq,
Dədəm dedi: südü haram, olmaz hala,
Dədəm dedi: söz qılıncdır. (“Qaraoğlu “dastanı , 30)
Natamam leksik təkrarlara misal olaraq :
“Sənin adınla başlayıram bu yazını...
Bütün yazıları yazan Sənsən. Məni də sən yazmısan. Sən görənsən, eşidənsən, hər əməli bilənsən. Salam olsun sənə.
Son günün yiyəsinə. Təkcə sənə əyilmişəm. Kömək elə mənə. Duam sənədir.Doğru yola çıxart məni. Sevgilərinin yoluna.
Sən təksən. Nə yerdəsən, nə göydəsən. Nə varsan, nə yoxsan. Səni görən yox , eşidən yox. Doğulmamısan, ölməyəcəksən.
sən mənim könlümdəsən. Sən varı yoxdan yaratdın. Mən də yox idim. Məni yaratdın. Sən səbəbsən, mən nəticə. Sən
böyüksən, bu quru sözlərimə ruh ver... Özümə heç nə istəmirəm. Məni pislərdən, sözü- fikrləri, dolaşıqlardan eləmə...
Mən də təkəm...” (O.Fikrətoğlunun , “Vaxt”, 226)
Sıfır (elliptik) təkrarlar. Ellipsis cümlədə tapılması mümkün olan, hər hansı komponentdə bu və ya başqa vahidin
formal baxımdan iştirak etməməsidir. “Ellipsisi təyin etmək üçün cümlənin pozision analizi metodikasından istifadə olunur.
Bu metodikaya görə, cümlə bütün üzvlərinə müəyyən mövqelərin təhkim olunduğu bir model kimi nəzərdə keçirilir. Bu
mövqen çıxış edən T.Şopen ellipsisin həm də iki növünü fərqləndirir: analipsis (və ya irəli) və katalipsis (geri) “Azərbaycan
dilində mürəkkəb sintaktik bütövlər, 135)
|