Zülfün qaralığı və gözəlliyi
Qara saç sözü ürək oxşayan buruq və qıvrım ifadələri ilə birlikdə, xüsusilə üzün ağlığı və parlaqlığı qarşısında
işləndiyi zaman aldadıcı dünyanın gözəlliyini ifadə edir:
Sənin qara zülfün yanağının cənnət gülşənindədir. Sanki tovuz quşu naz-nemət bağına düşüb.
Zülfün küfrü
Zülf küfr, pərdə, örtük, formalar, şübhə və insanı öz halından ayrı salan hər bir vasitəni simvolizə edir. Zülf üzə
düşdüyü zaman onu gizlədir. Bu səbəbdən ona kafr deyilir. Kafirin mənası örtən deməkdir, zülf də haq camalı üçün bir
pərdədir. Kafir haqqı gizlətdiyi kimi, zülf də Allah zatını simvolizə edən surəti gizlədir:
Zülfünün küfrü din yolunu kəsirdi və daşürəkli onun arxasınca üzü ilə bir məşəl yandırmışdı.
Dostları ilə paylaş: |