Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə506/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   502   503   504   505   506   507   508   509   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

287 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Aşiq xəstə yatağında ona uğrayan lakin mərəzini tapmaqda aciz qalan təbibə  dərdini  anladıb xalqdan onu gizli  

saxlamağı xahiş edir.  Təbibdən mərəzini sağaldacaq dərman yox, onu düşdüyü bəlanın betərinə giriftar edən tədbirdə 

bulunmağını istəyir.  

                            Vaizin küfrün mənim rüsvaylığımdan qıl qıyas, 

                            Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?                            

Dindarın dinsizliyi ilə  mənim rüsvayçılığımı müqayisə etsən  əgər onda sidq bağlılığı olsaydı  mən də dinə qadağan 

olunan bu nişandan  əl çəkərdim.  Əgər onun tutduğu yolda aşiqliyi,  əqidəsinə bağlılığı  həqiqət olsaydı gerçəyi  görərdi. 

Mənim aşiqliyimi rüsvayçılıq bilməzdi. Nə  qədər ki, o bu yoldadı  məni anlamayacaq, məni rüsvay biləcək. Mən də bu 

“nişandan” əl çəkməyəcəm. 

Orta  əsrdə insanın-insana bağlılığı sevgisi, məhəbbəti  şəriətə zidd hesab edilirdi. Füzuli bu “nişandan  əl çəkərdim” 

deməklə ona işarə etmişdi. Özünü “Quran ayəsi” kimi təmiz göstərib insani  duyğuları şəriətə zidd hesab edən bundan öz 

manafeləri üçün yararlanan  əslində dinsiz, imansız din nümayəndələrini ifşa edir. Şair çox gözəl bilirdi ki, “Qurani-

Kərim”də,  şəriətdə insanın, insana olan sevgisi, bağlılığı yasaq deyildir. Əksinə Allah insanları bir-birini sevməyə dost 

olmağa çağırıdı. Din nümayəndələri insanın-insana olan sevgisini şəriətə zidd hesab etməklə  özlərini ifşa edir, ariflər, 

aqillər içərisində rüsvay olurdular. 

                           Getdikcə hüsnün eylə ziyadə nigarımın, 

                           Gəldikcə dərdinə betər et mübtəla məni! 

Aşiq tanrıdan nigarının parlaqlığını daha da artırmasını və onun gözəlliyinin üstünə nə qədər gözəllik bəxş edəcəksə, 

bir o qədər çəkdiyi eşq bəlasının ağırlıqlarından betərini ona nəsib etməsini diləyir.  

Füzuli qəzəllərinin əsas motivi hüsn və eşqdir. Hüsn nə qədər parlaq nə qədər cazibədardısa bir o qədər və ondanda 

artıq eşqin ağırlıqları olur. Bu hüsn-camal qarşısında aşiq fələkləri, dağları, daşları yandıran ahlar çəkir, qəlbinin atəşi, 

ürəyinin yanğısı selə, çoşqun çaya dönüb gözlərindən yağış kimi axır. 

                                            Sənsiz gecələr ahü fəğanım məh eşitdi, 

                                            Ey məh, sənə həm yetdi ola ahü fəğanım? 

Füzulinin qəhrəmanı onu cəlb edən məşuqənin hüsnü-camalı və onun vücudunun hər hansı bir xüsusatı gözəlliyinin aşiqidir 

və çəkdiyi ağırlıqlar onun müqabilindədir.  

                                         Hicran ilə yanar gecələr rişteyi-canım, 

                                         Rövşən ola, ey şəm, sənə suzi-nihanım 

Aşiq yalvarır: “Mən qandanü mülaziməti- etibarü-cah, Qıl qabili- səadəti fəqrü fəna-məni! Öylə  zəif qıl tənimi 

firqətində kim Vəslinə mümkün ola yetirmək səba məni!” Yarın vəslinə yetmək səadətini ruhların qovuşduğu məkanı mən 

yazığa rəva bil. Bədənimi eylə zəif qıl ki, mehin ona yetirməyə gücü çatsın.     

                                  

Naxvət qılıb nəsib Füzuli kimi mənə, 

                

              Ya rəbb, müğəyyəd eyləmə mütləq mana məni 

Füzuli kimi mənə qürur nəsib et ki, yarın vəslinə yetdikdən sonra çəkdiyim eşq bəlalarını məndən alma.                                                

Məhəmməd Füzuli elə bir sənətkardır ki, onun yaradıcılığı zaman-zaman araşdırılmış  və bu gün də onun ədəbi irsi 

öyrənilməkdə davam etməkdədir. Əsrlər bir-birini əvəz edəcək, lakin Füzulinin ədəbi irsinin öyrənilməsi bitməyəcək. Füzuli 

ədəbi -bədii yaradıcılığı ilə bütün zamanlara öz möhrünü vurub. Onu da qeyd edək ki, şair  nəzəri görüşləri ilə bağlı xüsusi 

əsər yazmasa da yaratdığı əsərlər nəzəri baxışlarının  təcəssümüdür.  

 

 



 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   502   503   504   505   506   507   508   509   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin